Keçid linkləri

Təcili xəbərlər

ABŞ-ın yeni siyasi kursu – ilin ən böyük siyasi sürprizi


SNL satirik televerilişindən Donald Trump və Vladimir Putini təsvir edən kadr.
SNL satirik televerilişindən Donald Trump və Vladimir Putini təsvir edən kadr.

TRAMPIN BİR “XİDMƏT”İ...

Doğrusu, son illərdə dünyada ABŞ-dakı prezident seçkilərinə elə bir böyük maraq yox idi. Siyasi liderlər biri-birini əvəz edir, ölkə Yaxın Şərq və Şimali Afrika bölgələrindəki münaqişələrin torunda çabalayırdı.

Siyasətdə monotonluq vardı – prezidentlər arabir vəziyyətə aydınlıq gətirmək üçün etiraflar edir, sanki bununla cəmiyyət qarşısında özlərinə bəraət qazandırmağa çalışırdılar.

Siyasətdə monotonluq vardı – prezidentlər arabir vəziyyətə aydınlıq gətirmək üçün etiraflar edir, sanki bununla cəmiyyət qarşısında özlərinə bəraət qazandırmağa çalışırdılar.

Hətta Barak Obamanın seçilməsi və üstəlik Nobel mükafatı alması da ciddi dinamika gətirmədi. Təsadüfi deyil ki, Obama ABŞ tarixində daha çox ilk qaradərili prezident kimi qaldı, digər böyük siyasi məziyyətlərilə elə də fərqlənmədi.

Ona görə də Donald Trampın ən azı bir məsələdə xidmətini etiraf etmək lazım gəlir – o, dünyanın diqqətini ABŞ-dakı seçkilərə yönəldə bildi...

Demirəm ki, Tramp əvvəldən qarşısına belə bir məqsəd qoymuşdu. Yox, sadəcə, bu adam siyasətdə yeni adam idi və onun siyasi bioqrafiyası “ağ kağız” idi.

Elə bu səbəbdən də bəzən mühüm məsələlərlə bağlı elə fikirlər deyirdi ki, istər-istəməz adamlar diqqət kəsilməyə məcbur olurdular, çünki onun dediklərinin çoxu standart siyasi şablonlardan, “sloqanlar”dan tam fərqlənirdi.

AXTARANDA MƏNTİQ TAPMAQ OLUR

Budur, artıq yanvar ayı da girdi. Bu ay çox şeylər bəlli olacaq. Bütün dünyada insanlar həqiqətən də Amerikaya diqqət kəsiliblər, hamı ABŞ siyasətinin “yeni tapmaca”larının açılımını gözləyir.

...hakimiyyətdən getmək ərəfəsində sanki Obama Trampa daha ağır miras qoymağa çalışır. Trampın bu “mirası” necə çözəcəyi isə hələ qəliz bir tapmacadır.

Məsələnin qəlizliyi həm də başqa bir amillə də şərtlənir – hakimiyyətdən getmək ərəfəsində sanki Obama Trampa daha ağır miras qoymağa çalışır. Trampın bu “mirası” necə çözəcəyi isə hələ qəliz bir tapmacadır.

Tramp haqqındakı “ümumi fikir” budur ki, onu proqnozlşadırmaq çox çətindir. Amma diqqətlə baxanda görürsən ki, bu adamın çıxışlarında, bəyanatlarında bir məntiq var. Hətta ötən il Çinlə yaratdığı “qalmaqalı” da başa düşmək mümkündür.

Çin dünya iqtisadiyatında ABŞ-ı daban-dabana təqib edir. Daha çox iş adamı olan Tramp da hesab edir ki, ABŞ üçün təhlükə ac-yalavac Rusiya deyil, artıq dünyanın iqtisadi lderlərindən birinə çevrilən Çindir...

Eləcə də onun digər çıxışlarına diqqət etmək olar. Məsələn, bu yaxınlarda BMT haqqında dedikləri yanlış idimi? Böyük və kiçik dövlətlər hər dəfə imkan düşəndə bu qurumun formal bir struktura çevrilməsindən gileylənmirmi? Və yaxud da Trampın NATO ilə bağlı bu günə qədər səsləndirdiyi arqumentləri əsassız saymaq olarmı? Qərbi Avropa ölkələri daha İkinci Dünya Savaşından sonrakı ölkələr deyillər və razılaşmalıdırlar ki, təhlükəsiz həyat üçün də pul xərcləmək, yaxud ən azı “iki faizlik tələb”i yerinə yetirmək lazımdır.

Təbii ki, Donald Trampın bütün çıxışlarına münasibət sərgiləmək imkanlarımızın xaricindədir. Üstəlik, onu da etiraf edirəm ki, bu adam çox mübahisəli şeylər də deyir.

Fəqət, bir şey var ki, indi Tramp da, ABŞ da növbəti keyfiyyət keçidi ərəfəsindədir. Bu vaxta qədər onun dedikləri bir namizədin və yaxud da hələ səlahiyyətlərinin icrasına başlamamış prezidentin dedikləri idi. Artıq Yanvardan sonra bu adamın dedikəri ABŞ prezidentinin dedikləri olacaq...

KİMİ SEÇƏK? GÜCLÜ RUSİYANI, YOXSA...

Burada proqnoz xarakterli hər hansı fikir səsləndirmək istəməzdik. Birincisi, ona görə ki, axtarsan, bütün proqnozlarda bir subyektivizm var. Üstəlik, elə bir böyük vaxt da qalmayıb. Bir aydan, ay yarımdan sonra bir çox məsələlərə aydınlıq gələcək. Biz Trampın Rusiya ilə də, Çinlə də, NATO ilə də, hətta BMT ilə bağlı da əsl niyyətlərini biləcəyik. Ona görə də bir azacıq da səbirli olmaq lazım gələcək.

Bir siyasi təhlilçi və ya adi müşahidəçi kimi mənim bütün bu proseslərdə bir marağım var. Rusiya Tramla dil tapacağına ümid edir.

Səhv etmirəmsə, Yanvarın 10-da Barak Obamanın vida nitqi olacaq. Bundan bir neçə gün sonra isə Donald Tramp and içəcək...

Bir siyasi təhlilçi və ya adi müşahidəçi kimi mənim bütün bu proseslərdə bir marağım var. Rusiya Tramla dil tapacağına ümid edir. Hətta prezident Vladimir Putin Obamanın bir neçə Rusiya diplomatını ABŞ-dan çıxarmasına cavab jesti etmədi...

Amma Rusiyanın gözləntilərində xoş niyyət görmürəm. Sadəcə, bu ölkə hesab edir ki, ABŞ-la “bir araya gəlib” dünyanı bölüşdürə biləcək...

Yox, Rusiyanın Krımı qaytarmaq, Ukraynadan əl çəkmək, keçmiş MDB məkanındakı münaqişləri çözmək fikri yoxdur. Ona görə də bu ölkənin siyasi niyyətlərinin və gözləntilərinin çin olmasını adam heç istəmir...

Amma nə bilmək olar? Bəlkə Tramp bu bölgüyə gedəcək? Bizim bu gün üçün bildiyimiz yalnız bir şey var. Trampın sevimli şüarlarından biri “Amerikanı daha da güclü edək!” şüarıdır...

Ümid edək ki, bu sözlər quru şüar kimi qalmayacaq, bir gerçək olacaqdır. Hər halda, şəxsən məndən “Kimi seçərdin? Güclü Rusiyanı, yoxsa güclü Amerikanı?” deyə soruşsaydılar qətiyyən düşünməzdim və dərhal Amerikanın adını çəkərdim...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG