Keçid linkləri

Təcili xəbərlər

Üzünə baxıb nə istəndiyini bilən restoran açılıb


Pekində açılan bir restoranda sözün həqiqi mənasında, müştərilərin üzünə baxıb, nə istədikləri təxmin edilir.

Çinin texnologiya şirkətlərindən “Baidu”nun hazırladığı sistem “KFC” restoranında quraşdırılıb. Burada üz tanıma texnologiyası ilə yaş, cins, üz ifadəsinə əsasən, müştərinin nə sifariş verə biləcəyi müəyyənləşdirilir və ona tövsiyə olunur.

Məsələn, sistem 20 yaşlı, kişi cinsindən olan bir müştəriyə günorta yeməyinə toyuq hamburqeri, qızarmış toyuq qanadları, sok tövsiyə edə bilər. 50 yaşında bir qadına səhər yeməyinə sıyıq və soya südü təklif oluna bilər.

Təbii ki, müştəri sistemin məsləhətləriylə seçim etməyə bilər, bunlar sadəcə təklif xarakteri daşıyır. Sistemdə daxili tanıma özəlliyi də var. Bu özəllik daha öncə restoranda olan müştərinin nə sifariş etdiyini xatırlaya bilir, sevdiyi menyuları ona yenidən tövsiyə edir.

Hələlik, Pekində bu texnologiyayla çalışan bir restoran var. Əgər insanlar sistemi bəyənərlərsə, belə restoranların sayı artacaq.

Ən son yazılan

XS
SM
MD
LG