Keçid linkləri

Təcili xəbərlər

Müəllim


Onu təsadüfən avtobusda gördüm. Mən onu görən kimi tanıdım, o da xatırladı. Bir xeyli yol getdik. Irəli keçib, hər ikimizin pulunu verdim. Etiraz etmək istədi, gülümsündüm, gözlərinə baxaraq, gözlərimi qırpdım. Bu tələbəlik illərimdə məndən rüşvət alan, iki müəllimdən birincisiydi...

Universitetə qəbul olunduqdan sonra bir müddət sovet dövründə böyüyüb, təhsil almış valideyinlərimin tərbiyəsi (gözü) ilə baxdım təhsilə, tələbəlik həyatıma.

Universitetə qəbul olunduqdan sonra bir müddət sovet dövründə böyüyüb, təhsil almış valideyinlərimin tərbiyəsi (gözü) ilə baxdım təhsilə, tələbəlik həyatıma. “Oxumaq, oxumaq, yenə də oxumaq”. Müəllimlərə sonsuz ehtiram, səhv də desələr yenə əməl etmək və s. bu kimi fikirlər. Onsuz da maddi sıxıntılar içində olan biri bundan artıq nə edə bilər ki (ailəni çox xərcə salmq olmazdı). Nə qədər ağır fənn olsa da it kimi çalışıb, ən azı giriş balın maksimum alırdım ki, imtahan balımla cəmi 51 etsin (heç vaxt qiymət üçün oxumamışam). Müəllimlərin tapşırdığı hər kitabı gedib saatlarca kitabxanada oturub oxuyur, qisa məzmunun da dəftərə yazırdım. Bu savadlanma üçüncü kursun ikinci hissəsinə kimi davam etdi.

Sevinirdim ki, nəhayət bizə professor dərs keçəcək. Tam həvəslə onu gözləyirdim. Fənn də maraqlı idi (sonralar anladım ki, maraqlı olan təkcə adı imiş). Mühazirələrdən sonra seminarlar başladı. Və hələ də ona heyranam. Məndən əvvəl danışan yoldaşlarım demək olar ki, əzbər danışsalar da maksimum qiymətləri yeddi olurdu.

Beləcə ilk rüşvətimi verdım. Amma hər zaman fikirləşirdim o bizdən aldığı pulları neyləyir, necə xərcləyir...

Artıq hər heş aydın idi. Üç ay boyunca sadəcə 31 giriş balı yığa bildım. Məndən aslı olmayan səbəbdən “qiymət haqqını” verməli idim, başqa yolum yox idi. Onsuz da pis olan ailənin maddi durumu sadəcə 50 manatdan artığa çatmırdı (bu da sadəcə 51 bal edirdi), cəhənnəm olsun. Təki kəsir olmasın. Beləcə ilk rüşvətimi verdım. Amma hər zaman fikirləşirdim o bizdən aldığı pulları neyləyir, necə xərcləyir...

İlk vaxtlar oxuyub qiymət ala bilmədiyim üçün, özümü çox pis hiss edirdim. Amma vaxt keçdikcə, özüm də bilmədən bu müəllimə münasibətim dəyişdi. Əvvəl onu görəndə qaçmağa çalışırdım, utanırdım. Amma sonra hər imtahan sonrası ona diqqət etməyə başladım. Tamam dəyişirdi. Yeni paltar alırdı, fikirləşirdim ki, biz verdiyimiz pulla alib, yeni saç düzümü elətdirirdi, fikirləşirdim ki, biz verdiyimiz pulla edib. Bu düşüncə get-gedə böyüyürdü, genişlənirdi. Artıq nə almağından aslı olmayaraq, fikirləşirdim ki, biz verdiyimiz pulla edir. Sanki aldıqlarını bizə göstərmək üçün də daim avtobusla gedib-gəlirdi. Bunu fikirləşə-fikirləşə o, gözümdə adiləşirdi, kiçilirdi, hörmətsizləşirdi.

Düşündüyüm daha bir sual vardı. Hər imtahanda ona bu qədər pul veririk, hər şey alır, bəs nə üçün bu pula o, bir dənə də olsun kitab almır? Onu tanıdığım bu müddət ərzində, əlində kiril əlifbası ilə yazılmış sadəcə bir kitab və köhnəlikdən rəngi sap-sarı saralmış (görünür öz tələbəlik illərindən qalmaydı) bir topa mühazirə kağızları gördüm, vəssalam. Əgər o, kitab alib oxusaydı bizi kəsməzdi ki...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG