Dəyərli oxucu,
Bu dəfəki yazıda son zamanlar ailə-məişət zəminində baş verən cinayət hadisələrindən, onların artma statistikasına səbəb olan bəzi məqamlardan yazmağa çalışdım.
Hər gün bu başlıqda ən azı 2-3 xəbər oxuyuruq - “Ər arvadını qısqanclıq zəminində öldürdü”, “Qardaşı bacısının sevgilisini...” və s.
Görəsən, biz texnologiyanı niyə faydalı məqsədlər üçün istifadə etməkdə acizik?!
Çox faciəvi xəbərlərdir. Cəmiyyətimiz həddindən artıq “dəyişir”. Dünən bir yazı oxudum. Yenə də bir ailə faciəsi və yazılana görə səbəb yenə də bu “zəhrimar” telefon və qısqanclıq olub.
Görəsən, biz texnologiyanı niyə faydalı məqsədlər üçün istifadə etməkdə acizik?!
Böyüklərdən çox üzr istəyirəm, telefon, internet, kompüter və s. pornoqrafiya, çat, yazışma, başqalarının namusuna göz tikmə, “qız tutma” yalnız vasitəsi deyil axı. Cəmiyyəti internet pozur deyənlərə isə bir sualım var: “Bıçaq hər kəsin evində var, deyilmi? Çoxlarımız bıçağı təyinatı üzrə yalnız mətbəxdə istifadə edirik, bəziləri isə cinayət tərkibli əməllərdə. İnterneti pis məqsədlə istifadə edənlərin olması, internetin yararsız, faydasız, milli mənəvi dəyərləri pozduğu anlamına gəlirmi?”
İnternetin, sosial şəbəkələrin təyinatı üzrə istifadə edilməsi halbuki necə faydalıdır. Evinizdə əyləşib dünyanın istənilən universitetində distant təhsil almaq imkanı, internet üzərindən ən yeni kitabları yükləmək, qloballaşan dünyada bir "ENTER" düyməsini sıxmaqla, hər hansı beynəlxalq konfranslara qoşulmaq imkanının olması, beynəlxalq sərgilərdə, elmi simpoziumlarda iştirak imkanları, evinizdən dünyanın istənilən nöqtəsindəki ticarət markalarından sifariş edə bilmək, biletlərin alınması və sair. Saatlarla internetin faydalılıq indeksindən danışmaq olar.
Sonra da Avropadakı, ABŞ-dakı, Yaponiyadakı elmi-texniki tərəqqinin bizdə olmadığından şikayətlənirik. Olmaz da, necə olsun axı?! Onda var məndə də olsun deməklə olmur bu işlər.
Di gəl ki, qardaş biz nəsə bu interneti yöndəmsiz "məşğuliyyətlər" üçün istifadə etməyi üstün tuturuq. Sonra da Avropadakı, ABŞ-dakı, Yaponiyadakı elmi-texniki tərəqqinin bizdə olmadığından şikayətlənirik. Olmaz da, necə olsun axı?! Onda var məndə də olsun deməklə olmur bu işlər.
Dəbdəbəli Qərb hər zaman cazibəli görünüb, onların keçdiyi yola diqqətlə nəzər salsaq, nə qədər çalışdıqlarının, yeni-yeni ixtiralara imza atdıqlarının bilavasitə şahidi oluruq.
Cənablar və xanımlar, demək istədiyim odur ki, səbirli olaq, çalışqan olaq, bizə verilən nemətləri gərək faydalı şəkildə istifadə etməyə çalışaq, axı bizdə də o potensial var, hətta ondan da artığı var deyərəm. Sadəcə onu doğru zamanda və doğru şəkildə təqdim etmək vacibdir.
Növbəti yazılarda oxunmaq ümidilə...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.