Keçid linkləri

Təcili xəbərlər

Avropa Təhsil Sistemi: İkinci yazı


ATS-də hər bir tələbənin ildə iki dəfə hər imtahan sessiyasından 10 gün əvvəl universitetin web-saytına daxil olmaqla universitet, kitabxana, yeməkxana, maddi-texniki baza, təhlükəsizlik xidməti və xüsusilə də həmin semester üzrə keçirilən dərs üzrə professorları qiymətləndirmək şansı var.

Salam, dəyərli oxucular! Əvvəlki yazıda Avropa Təhsil Sistemi (ATS), xüsusilə Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə sistemi, müəllimlər, maddi-texniki baza, kitabxana, yeməkxana barəsində danışmışdım.

Bu dəfə isə əsasən müəllim-tələbə münasibətləri və tələbələrin müəllimləri qiymətləndirmə mexanizmləri barədə sizi məlumatlandırmağa çalışacam.

Bəlkə də çoxlarınız tələbələrin müəllimləri necə qiymətləndirməsi barədə düşünür. Hər zaman gördüyümüz klassik universitet həyatında müəllimlər tələbələri qiymətləndirib və belə də davam edir.

Müəllim... Dəyərli və şəxsiyyətli müəllimlər hər zaman olub və olacaq. Bu yazını oxuyarkən çoxlarınız yaxşı və ya pis kimlərisə xatırlayacaq, ya üzündə təbəssüm, ya da nifrət yaranacaq. Nə isə, sözüm onda deyil.

ATS-də hər bir tələbənin ildə iki dəfə hər imtahan sessiyasından 10 gün əvvəl universitetin web-saytına daxil olmaqla universitet, kitabxana, yeməkxana, maddi-texniki baza, təhlükəsizlik xidməti və xüsusilə də həmin semester üzrə keçirilən dərs üzrə professorları qiymətləndirmək şansı var.

Professorların tədris metodları, dərsə hazırlıqlı gəlib-gəlmədiyi, dərsi idarə etmə bacarığından tutmuş bir çox məsələləri barədə anonim şəkildə səs verib, rəy bildirmək hüququna malikdir.

Ən maraqlısı isə həmin sorğuların növbəti semester başlamazdan öncə açıq şəkildə universitetin web-saytında dərc olunmasıdır. Bununla da həm universitet rəhbərliyi, həm də tələbələr müəllimlərin reytinq əmsalı ilə tanış olurlar.

İmtahan sesiyyası başlayanadək bu sorğularda tələbələr könüllü şəkildə iştirak edə bilərlər. Ən maraqlısı isə həmin sorğuların növbəti semester başlamazdan öncə açıq şəkildə universitetin web-saytında dərc olunmasıdır. Bununla da həm universitet rəhbərliyi, həm də tələbələr müəllimlərin reytinq əmsalı ilə tanış olurlar.

Təhsil aldığım Portuqaliyada dərslərdə iştirak etmək məcburi deyil, buna baxmayaraq demək olar ki, tələbələr bütün dərslərdə çox həvəslə iştirak edir. Səbəb isə əvvəlki yazıda da qeyd etdiyim kimi professorların dərslərdə maraq yarada bilməsi, tələbə- müəllim münasibətlərini düzgün tənzimləməsindədir.

Düşünürəm ki, gözəl bir sistemdir. Müəllim məsuliyyətini dərk edərək semester boyunca bütün nüanslara diqqət edir, tələbələr isə müəllimlər barədə öz rəylərini azad şəkildə deyə bilirlər. Müəllim-tələbə asılılığı aradan qalxır. Müəllim-tələbə dostluğu yaranır.

Azərbaycanda da bu sistemin tətbiqini görmək xoş olardı. Məzun olduğum Qafqaz Universitetində tətbiq edilməyə çalışır. Lakin Azərbaycan yalnız Qafqaz, ADA və s. 3- 5 universitetdən ibarət deyil. Bütün universitetlərdə bu sistemin tətbiqi üçün artıq təkliflər planı üzərində çalışıram. Başa çatandan sonra universitet rektorlarına şəxsən göndərəcəm.

Buna da bax: Fərdləşən cəmiyyət

Tətbiq edib-etməmək barədə isə qərar təbii ki, hər bir universitetin daxili işidir. Təhsil aldğım Leiria Universiteti maliyyə baxımdan o qədər güclü universitet deyil. Cəmi 11 000 tələbə, 3 ayrı şəhərdə 5 korpusa malikdir. Çox kiçik maliyyə vəsaiti tələb edən bir sistemdir. Azərbaycanda demək olar ki, bütün univeristetlərin web-saytları var, sadəcə müvafiq sorğu formaları yerləşdirməklə tələbələrin iştirakının təmin edilməsinə nail olmaq olar.

Ümid etmək istərdim ki, Azərbaycanda 3-5 deyil 40-50 universitet artıq sözün əsl mənasında dünya standartlarına cavab verə bilər. Yetər ki, istəyək və bunun üçün əlimizdən gələni etməyə çalışaq. Nəticənin uğurla olacağına əminəm.

Unutmayaq ki, təhsil bizim gələcəyimizdir. Uğurlu gələcəyə doğru addımlamaq ümidilə....

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG