ERMƏNİSTAN HƏLƏ DƏ SUSUR...
Əslində artıq ilə yekun vurmağa və növbəti il üçün proqnozlarımı bölüşməyə başlamalıydım. Elə Qarabağla da bağlı. Amma xarici işlər nazirləri və həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini Hamburqda görüşdürməyə israrlıdırlar.
Əvəzində isə Ermənistan prezidenti Serj Sarkisyan bir gün bir şey deyir, sabah tamam başqa.
Çox az bir vaxt qalsa da, görüşün baş tutub-tutmayacağını deyə bilmərəm. Bu günlərdə xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, Azərbaycan bütün formatlar üzrə danışıqlara hazır olsa da, Ermənistan hələ də bu məsələyə münasibət bildirməyib.
Əvəzində isə Ermənistan prezidenti Serj Sarkisyan bir gün bir şey deyir, sabah tamam başqa. Məsələn, bu yaxınlarda dedi ki, millətlərin öz müqəddaratlarını təyinetmə hüququ ərazi bütövlüyü prinsipilə ziddiyyət təşkil etmir. Prinsipcə, o, haqlıdır və ilk baxışda belə təəssürat yaranır ki, nəhayət, ərazi bütövlüyünün də vacibliyini qəbul etməyə başlayıb...
Amma ciddi bir nüans var: Azərbaycan ərazi bütövlüyü prinsipilə ziddiyyət təşkil etməyən bütün muxtariyyat modellərini artıq Dağlıq Qarabağa təklif edib.
Amma ciddi bir nüans var: Azərbaycan ərazi bütövlüyü prinsipilə ziddiyyət təşkil etməyən bütün muxtariyyat modellərini artıq Dağlıq Qarabağa təklif edib.
Bəs cavabında nə eşitmişik? Sarkisyana qədərkilər də, elə onun özü də “Dağlıq Qarabağ müstəqil olmalıdır!” deyib durublar. Ona görə də bir daha əmin olursan ki, Ermənistanın prezidenti sadəcə, danışır və bəzən heç özü də dediklərinin fərqinə varmır...
Bədbəxtlikdən danışmaqda o, tək deyil. Bu yaxınlarda amerikalı həmsədr Ceyms Uorlik (James Warlick) özünün həmsədrlik missiyasına xitam verdi. Bu adam da yadımızda daha çox sosial şəbəkələrdə yazdığı statuslarla qalıb.
İndi məlum olur ki, Hamburq ərəfəsində həmsədrlərin sayı bir nəfər azalıb. Bunun ümumi prosesə təsir edib-etməyəcəyi haqda söz demək olmur, çünki Uorlikin həmsədr olduğu vaxtlarda nəyə və necə təsir etməsilə bağlı yalnız mübahisə açmaq olar...
RUSİYANIN İKİBAŞLI OYUNLARI
O ki qaldı ümumi prosesə, Rusiya yazda etmək istədiklərinin üstündən payızda böyük xətt çəkdi. Apreldəki uğursuzluqdan sarsılmış Ermənistan siyasi elitası Rusiyanın sayəsində yenidən özünə gəlib.
Düzdür, Rusiya lap bu yaxınlarda qəbul etdiyi xarici siyasət konsepsiyasında Dağlıq Qarabağ probleminin həllini özü üçün prioritet elan edib. Amma bu onun son vaxtda etdiklərini heç də kölgələmir. Rusiya ilə Ermənistan artıq vahid hərbi komandanlığa keçib. Rəsmi Moskva özünün forpostu adlandırdığı Ermənistana satdığı və ya hədiyyə etdiyi silahları dövlət sirri kimi təsnif etmək niyyətindədir...
Azərbaycanda isə bir çoxları hələ də iddia edir ki, guya, Qarabağ problemi Rusiya ilə Qərb arasındakı ziddiyyətlər ucbatından həll olunmur.
Azərbaycanda isə bir çoxları hələ də iddia edir ki, guya, Qarabağ problemi Rusiya ilə Qərb arasındakı ziddiyyətlər ucbatından həll olunmur.
Halbuki, hətta siyasi təhlil və araşdırmalardan uzaq bir adama da aydındır ki, Qərbi yalnız bircə məsələdə ittiham etmək olar: o, Qarabağ probleminə Rusiya konteksində yanaşır və Moskvaya bu məsələdə çox böyük sərbəstlik verir.
Təəssüf, Qərb Qarabağa yanaşmada, məsələn, Ukrayna problemində olduğu qədər prinsipial və səmimi deyildir. Düşünürlər ki, Rusiya problemi həll edərsə, biz də yardımçı olarıq. Amma gəl ki, özləri təşəbbüs göstərməyə elə də həvəsli deyillər...
Buna da bax: Manat dolları necə "udur"?
Məsələ bundadır ki, Dağlıq Qarabağ onlar üçün Ukraynadan da qəliz problemdir. Məsələn, Amerikanın demokratları üçün də, respublikaçıları üçün də erməni əsilli seçicilərin səsləri vacibdir. ABŞ-ın problemə diqqətsizliyinin səbəbləriindən biri budur.
Avropaya gəldikdə isə, onlar həmişə ABŞ-a baxaraq istiqamət götürüblər. Mən hələ Ermənistanı nəvazişlə ölkələrinin “kiçik bacısı” adlandıran fransalı siyasətçiləri demirəm...
TÜRKİYƏNİN FƏALLIĞI NƏSƏ VƏD EDİRMİ?..
Ona görə də nikbin proqnozlara sayğımla bahəm, bu il üçün elə də ciddi tərpəniş gözləmirəm. Hərçənd, Moskva–Ankara təmasları da müəyyən ümidlər verir.
Əslində Türkiyənin rolu yazda, “Lavrov-Putin planı” dövriyyəyə buraxılarkən anons edilmişdi və azərbaycanlılar da bundan olduqca ruhlanmışdılar.
Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etdi və Dekabrda prezident Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya işgüzar səfərə yollanacağı deyilir. Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu isə ötən həftə Bakıya gəldi. Sözsüz ki, bütün bu təmasların bir predmeti də Qarabağdır.
Əslində Türkiyənin rolu yazda, “Lavrov-Putin planı” dövriyyəyə buraxılarkən anons edilmişdi və azərbaycanlılar da bundan olduqca ruhlanmışdılar. Əgər Moskva onda dediklərini yenidən yada salırsa, bu, çox yaxşı haldır.
GƏLƏN İL HƏR HALDA, MARAQLI OLACAQ...
Növbəti ilə gəldikdə isə, düşünürəm, o, maraqlı olmağı vəd edir. Bilirsiniz, hazırda Qərbdə ziddiyyətli proseslər gedir. Bir tərəfdən Avropa ilə Rusiya arasındakı uçurum dərinləşir. Bu yaxınlarda hətta Avropa Rusiyanı öz dəyərlərini gözdən salmaqda ittiham etdi. Bu isə o deməkdir ki, Avropa Rusiyaya qarşı təbliğat savaşına start verə bilər.
Sərt təbliğatın ardınca isə həmişə daha sərt siyasət və eləcə də diplomatiya gəlir. Amma digər tərəfdən, Rusiyanın Donald Trampla bağlı ümidləri hələ də böyükdür. Baxmayaraq Vladimir Putin özü də dedi ki, seçkidə deyilənlərlə real siyasəti qarışdırmaq lazım deyil...
Rusiya indi həm də azacıq çaşqınlıq içindədirlər: Trampın bu vaxta qədər söhbətə dəvət etdiyi kadrlar Rusiyaya kəskin neqativ münasibətlərilə seçiliblər...
Hər şey normal bitərsə və Tramp da nəhayət, prezident kimi birdəfəlik və yekdilliklə təsdiq olunarsa (üç ştatda səslər təzədən sayılır!), onda öncə respublikaçılarla münasibətlərini qurmağa çalışacaq. Bu isə özünü ilk növbədə komanda seçimində təzahür etdirəcək. Rusiya indi həm də azacıq çaşqınlıq içindədirlər: Trampın bu vaxta qədər söhbətə dəvət etdiyi kadrlar Rusiyaya kəskin neqativ münasibətlərilə seçiliblər...
Qabağa qaçmaq istəmirəm, amma respublikaçılar bir az “qəliz” adamlardır, onlar danışmaqdan daha çox iş görməyə üstünlük verirlər. Məsələn, respublikaçı Ronald Reyqan demokratiyadan, insan haqları və söz azadlığından çox da danışmırdı, amma onların dünyada təsdiq olunması üçün hamıdan çox iş gördü – bu adam SSRİ-ni dağıtdı...
Ona görə də hələ bilmək olmaz, Ağ Evlə Kreml arasında hansı siyasi sular axacaq və hansı küləklər əsəcək. Ona görə ki, bu, siyasətdir. Siyasət isə sürprizləri sevir...
Ümumilikdə isə, bir daha deyərdim ki, növbəti il maraqlı olacaq. Ən azından, yazmalı və təhlil etməli məsələlər çoxalacaq...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.