Keçid linkləri

Təcili xəbərlər

Müsəlmanların elm tarixi və reallıqlar


İslam dini elmə layiqincə dəyər vermiş, hamını oxumağa, öyrənməyə, düşünməyə səsləmişdir. İslamın erkən çağında məhz Quran təlimləri və İslam peyğəmbərinin tövsiyələri sayəsində müsəlmanlarda elmə böyük həvəs yarandı. Bəs müsəlmanlar bu fürsətdən necə istifadə etdilər, elmdə hansı irəliləyişlərə nail oldular və bu gün elmi baxımdan hansı durumdadırlar? Yazıda bu suallara cavab verməyə çalışacağıq.

ORTA ƏSRLƏR AVROPASI VƏ MÜSƏLMANLARIN ELMİ NAİLİYYƏTLƏRİ

Kilsənin hakim olduğu Avropanın fanatizmdən, cəhalətdən, inkvizisiyadan əziyyət çəkdiyi dövrdə İslam şərqində qeyri-islam bilgiləri üzrə Xarəzmi, İbn Sina, Biruni, İbn Rüşd, Razi, Xəyyam, Xacə Nəsirəddin Tusi kimi alimlər yetişib dünya elminə böyük töhfələr verdilər.

Qərbin qaranlıq və cəhalət dövrü saydığı Orta əsrlər İslam dünyasında elm və sivilizasiyanın parlaq çağıdır. Kilsənin hakim olduğu Avropanın fanatizmdən, cəhalətdən, inkvizisiyadan əziyyət çəkdiyi dövrdə İslam şərqində qeyri-islam bilgiləri üzrə Xarəzmi, İbn Sina, Biruni, İbn Rüşd, Razi, Xəyyam, Xacə Nəsirəddin Tusi kimi alimlər yetişib dünya elminə böyük töhfələr verdilər.

Bu alimlərin hər biri haqqında xüsusi kitablar yazılmış, elm tarixinə dair qələmə alınmış əsərlərdə geniş məlumatlar verilmiş, əsər və bioqrafiyaları Avropa və Amerika universitetlərində tədris olunmuşdur. Bəzi qərəzli Qərb tarixçiləri bu dövrü görməzliyə vursalar və Orta əsrləri bütün dünya üçün qaranlıq dövr kimi səciyyələndirsələr də, şübhə yoxdur ki, müsəlman aləmi antik dövr elmini renessansa birləşdirən körpü rolunu oynamış, qədim irsləri qoruyub zənginləşdirmiş və səxavətlə dünyanın hər tərəfinə - Hindistana, Afrikaya, Avropaya ötürmüşdür.

Erkən İslam çağında məscidlər həm də tədris mərkəzi kimi fəaliyyət göstərirdi. Lakin sonralar elmə tələbatın artdığına, tədrisin ibadətə mane olduğuna və firqə maraqlarından irəli gələrək bəzən şagirdlər arasında münaqişələrin yarandığına görə məscidlərin nəzdində xüsusi mədrəsələr tikildi. Bu mədrəsələr özfəaliyyət layihəsi olub din alimləri və ruhanilər tərəfindən idarə olunurdu. Bir qədər sonra isə dövlət tərəfindən rəsmi elm mərkəzləri və təhsil ocaqları açıldı.

Bundan əlavə, dünyanın hər tərəfindən gətirilmiş yüz minlərlə, bəzən milyondan artıq kitabı olan kitabxanalar, çoxlu kitab mağazaları, bəzi şahların səfərləri zamanı onları müşayiət edən səyyar mədrəsə və klinikalar da olmuşdur.

Doqquzuncu əsrin birinci yarısında Bağdadda təsis olunan "Beyt əl-hikmət" elmi-tədqiqat mərkəzi, həmin əsrin ikinci yarısında Qahirədə tikilən əl-Əzhər və on birinci əsrdə müxtəlif şəhərlərdə inşa olunan Nizamiyyə mədrəsələri İslamın ilk yüzilliklərində fəaliyyət göstərən yüksək səviyyəli təhsil ocaqları sayılırlar. Bundan əlavə, dünyanın hər tərəfindən gətirilmiş yüz minlərlə, bəzən milyondan artıq kitabı olan kitabxanalar, çoxlu kitab mağazaları, bəzi şahların səfərləri zamanı onları müşayiət edən səyyar mədrəsə və klinikalar da olmuşdur.

Bütün bunlar Avropanın cəhalət dövrünə aiddir. O zaman Avropada sözügedən elm ocaqları ilə rəqabətə girəcək bir mərkəz də yox idi. Xaç yürüşləri zamanı Avropada tibb elmi o qədər zəif idi ki, insanlar ən elementar xəstəliklərə görə həyatla vidalaşmalı olurdular. Soyuqlamış adamın bədəninə cin girdiyini düşünür və onu çıxarmaqdan ötrü xəstəni möhkəmcə döyürdülər. Halbuki tanınmış Amerika tarixçisi Vil Dürantın da yazdığına görə, hələ ondan öncə - 931-ci ildə təkcə Bağdadda 860 rəsmi həkim çalışırdı. O dövrdə ən məşhur təbib olan Məhəmməd ibn Zəkəriyya Razinin bir kitabı 1498-1866-cı illər arasında qırx dəfə ingilis dilində çap edilmişdi. İbn Sinanın bir qədər sonra tibbə dair yazdığı Qanun kitabı isə on ikinci əsrdə latın dilinə çevrilib on yeddinci əsrin ortalarına qədər Avropanın tibb universitetlərində tədris olunmuşdu (Dürant V. Sivilizasiyalar tarixi, 4/1934).

ELMİ GERİLİK VƏ AVROPA RENESSANSI

Digər ilahi dinlər, o cümlədən yəhudilik və məsihilik daha tez təhrifə məruz qaldığı üçün dünya elminə xüsusi töhfə verə bilmədilər. İslamda isə bu proses bir qədər gecikdiyinə görə elmin inkişafında güclü stimul rolunu oynadı.

Biz bütün müsəlman alimlərini dahi təqdim etmək fikrindən uzağıq. Onların arasında kitablarını cəfəngiyat və xurafatla dolduranlar da var. Lakin doğrusu-yanlışıyla bunların hamısı İslamın elmə və alimə verdiyi dəyərin nəticəsidir. İnkar etmək olmaz ki, İslamın gəlişindən sonra tədricən bütün Orta Şərqdə elmi intibah və İslam renessansı yarandı. Digər ilahi dinlər, o cümlədən yəhudilik və məsihilik daha tez təhrifə məruz qaldığı üçün dünya elminə xüsusi töhfə verə bilmədilər. İslamda isə bu proses bir qədər gecikdiyinə görə elmin inkişafında güclü stimul rolunu oynadı. Burada söhbət müqəddəs kitabların və dini mətnlərin deyil, dinin ruhunun, məğzinin, əsl mahiyyətinin, ictimai proseslərdə aparıcı rolunun təhrifindən gedir.

İslam dünyasının elmi inkişafı önündə sədd çəkən amillərdən biri də dini dözümsüzlük idi. Bu dində elmi fikir ayrılığına, plüralizmə normal yanaşılsa da, bəzən hətta ən xırda məsələlərdə böyük münaqişələr yaranmış, görkəmli alimlər kafir elan olunmuşlar. Bu isə firqə, məzhəb və elmi məktəblər arasındakı fərqlərdən irəli gəlmişdir. Rəqibi sıradan çıxarmağa, məhv etməyə çalışan şiə-sünni, əşəri-mötəzili, əxbari-üsuli, hədisçi-mütəkəllim, sufi-filosof qarşıdurmaları və digər belə konfliktlər sonucda elmi baxımdan deyil, fiziki və siyasi baxımdan məğlub alimlərin təcrid olunmasına, əsərlərinin "kutub zallə" – azdırıcı kitablar elan edilməsinə və elmi inkişafın zəifləməsinə gətirib çıxardı. Bunlardan əlavə, müxtəlif siyasi və iqtisadi amillər, daxili müharibələr də müsəlman aləmində elmin tənəzzülünə səbəb oldu.

Əsasən Səlib müharibələrində (1096-1270) İslam dünyası və onun elmi əsərləri, həmçinin antik Yunan, Hind, İran və Çin alimlərinin ərəbcəyə çevrilmiş kitabları ilə tanış olan Avropa alimləri elə o zamandan ciddi elmi araşdırmalara başladılar.

Əsasən Səlib müharibələrində (1096-1270) İslam dünyası və onun elmi əsərləri, həmçinin antik Yunan, Hind, İran və Çin alimlərinin ərəbcəyə çevrilmiş kitabları ilə tanış olan Avropa alimləri elə o zamandan ciddi elmi araşdırmalara başladılar. Klerikal hakimiyyət güclü elmi yeniliklər önündə tab gətirməyib devrildi, mürtəce qanunlar əvəzləndi. Sonralar isə müstəmləkə amili meydana çıxdı, Avropa zəif, ancaq sərvətli bölgələrin istismarından əldə etdiyi gəliri elmin daha da gücləndirilməsinə sərf etdi, sənaye inqilabları baş verdi. Bu ərəfədə qeyri-islam bilgiləri üzrə dahi astronom, riyaziyyatçı və memar Şeyx Bəhai (1547-1621) kimi alimlər yetişsə də, ümumilikdə İslam dünyası elmi, dini, siyasi və geosiyasi baxımdan acınacaqlı durumda idi, bir qədər sonra isə demək olar ki, istisnasız olaraq müstəmləkəyə çevrilmişdi.

ƏN GÜCLÜ SİLAH VƏ MÜSƏLMANLARIN YEGANƏ ÇIXIŞ YOLU

İmam Əli belə buyurur: "Elm öyrənin! Elm düşmənlər əleyhinə silahdır!" Ardınca deyir ki, elmə yiyələnmiş tayfa və millətlər digərlərinə örnək olar, əməllərinə göz dikər, əsər və məhsullarından istifadə edərlər (Səduq. Əl-Əmali, 713).

Bu gün elmin ən güclü silah olması heç kimdə şübhə doğurmur. Elm həm güclü iqtisadiyyat deməkdir, həm pul, rifah, tərəqqi, həm misilsiz təbliğat imkanları, həm də odlu silah və müasir texnika. İmam Əliyə aid edilən başqa bir hədisdə məhz belə də deyilir: "Elm şahlıqdır. Elmi olan onunla hökmranlıq edər, olmayana isə digərləri hökmranlıq edərlər!" (İbn Əbilhədid. "Şərh Nəhcül-bəlağə", 20/319)

Bu gün Orta əsrlərdəki İslam iqtidarını bərpa etmək üçün elm və düşüncə istehsalı hava-su kimi zəruridir. Müsəlmanlar həm müasir metodlarla İslamı yenidən yazmalı, bütün sahələrdə mütərəqqi dini təfəkkürü ortaya qoymalı, həm də qeyri-islam bilgilərində özlərini ön sıralara çatdırmalı və yeni İslam sivilizasiyası yaratmalıdırlar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG