Keçid linkləri

Təcili xəbərlər

Avropa Təhsil Sistemi


students
students

Bu dəfəki mövzu Avropa Təhsil Sistemi (ATS), xüsusilə Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə sistemi, müəllimlər, maddi-texniki baza, kitabxana, yeməkxana barəsində olacaq və keçirəm əsas məsələyə...

İlk öncə ümumi olaraq bəzi məsələləri qeyd etmək istərdim.

Avropada müəllim ayağını stolun üstünə qoya, dərsə cinslə və ya gündəlik geyimdə, saqqallı gələ bilər, ancaq əsas odur ki, müəllim dərsi maraqlı idarə edə bilir.

Bəziləriniz bəlkə də bunu ədəbsizlik adlandıracaq, məncə ədəbsizliyi auditoriyaya hazırlıqsız gəlib, tələbələrlə kobud davranan, semester sonunda onlardan pul alan müəllimlər edir.

Bəziləriniz bəlkə də bunu ədəbsizlik adlandıracaq, məncə ədəbsizliyi auditoriyaya hazırlıqsız gəlib, tələbələrlə kobud davranan, semester sonunda onlardan pul alan müəllimlər edir.

Təsəvvür edin davamiyyətə əhəmiyyət verilməsə də (yəni davamiyyət limiti yoxdur, tələbə dərslərə gəlməyə bilər), tələbələr bütün dərslərdə iştirak etmək istəyir. Səbəbsə çox sadədir- müəllim maraq yarada bilir, təəccübləndirməyi bacarır.

Tələbələr üçün də geyimdə heç bir məhdudiyyət yoxdur, tələbə cinsdə, şortikdə, qısa geyimdə, hicabda, saqqallı, saqqalsız – necə istəsə dərsə gələ bilər, professorlar yaxşı bilirlər ki, bu kimi şeylər bilik qiymətləndirilməsi üçün meyar hesab edilə bilməz.

ATS tələbələri sıxmır. Əksəriyyətinin 18-24 yaşı olan tələbələrə əsl şəxsiyyət kimi yanaşır. "Oxu, oxu, dərsə gəlməsən, davamiyyət olmasa kəsiləcəksən!" kimi sözlərlə tələbələri bezdirmir. Ən əsası isə tələbə anlayır ki, dərsdən keçmək və yaxşı mütəxəssis olmaq üçün mütləq oxumalıdır, az və ya çox, ancaq oxumaq vacibdir.

Burada qiymət kitabçası və jurnal kimi XX əsrdən qalmış vasitələrdən istifadə edilmir. Hər tələbənin universitetin web-səhifəsindən qeydiyyatdan keçmiş tələbə nömrəsi olur və bununla tələbə qiymətlərini, dərslərini izləyə bilir, müəllimlərlə birbaşa əlaqə yarada bilir (Magistratura təhsil aldğım Qafqaz Universiteti bu təcrübədən olduqca mükəmməl istifadə edir).

MÜƏLLİMLƏR

Auditoriyada tələbəyə verilən bu imkanlar onun gələcək inkişafı üçün əvəzsizdir. Problemlə qarşılaşanda hər zaman sənə yardım etmək üçün əllərindən gələni etməyə çalışırlar...

Müəllimlər kifayət qədər sadə, səmimi və mehribandırlar. Dərsləri maraqlı idarə etməyi bacarırlar, hər zaman dərsə hazırlıqlı gəlirlər, müasir texnikadan kifayət qədər məlumatlıdırlar, yenilikçidirlər, video və audio materiallardan istifadə edərək dərsə rəng qatmağı bacarırlar, üzündən mühazirə oxumurlar, yalnız özləri danışmırlar, mütəmadi olaraq diskussiyalar şəklində davam edən dərslərdə tələbələrə şəxsi və azad fikirlərini ifadə etmək üçün şərait yaradırlar. Tələbələrə əsl şəxsiyyət kimi yanaşılır.

Auditoriyada tələbəyə verilən bu imkanlar onun gələcək inkişafı üçün əvəzsizdir. Problemlə qarşılaşanda hər zaman sənə yardım etmək üçün əllərindən gələni etməyə çalışırlar. Hər bir müəllimin xüsusi ayrılmış saatları var ki, bu zaman kəsiyi yalnız tələbələrin problemlərini dinləməyə ayrılır.

QİYMƏTLƏNDİRMƏ SİSTEMİ

Qiymətləndirmə sistemi fərqlidir. Tələbənin dərsi müvəffəqiyyətlə başa vurması üçün hər bir şans yaradılır. Müəllimlər qiymət yazmaqda xəsislik etmirlər. Belə ki, qiymətləndirmə sistemi 3 mərhələdən ibarətdir:

İlk mərhələ semester boyunca davam edir. Tələbə dərslərdə iştirak etməklə müəllimin verdiyi tapşırıqları yerinə yetirir. Tapşırıqlar məqalələrin yazılması, tədqiqatların aparılması, layihələrin təqdim olunması və s. kimi ola bilər. Bu qiymətləndirmə dövründə tələbələrə araşdırma metdolarının, tədqiqat üsullarının dərinlikləri aşılanır. Bu dövrü müvəffəqiyyətlə başa vuran tələbələr imtahanlardan azaddırlar.

3 mərhələli qiymətləndirmə sisteminin məqsədi tələbələrin uğur qazanması, nəyisə öyrənməsi və imtahanlardan keçməsini təmin etməkdir. Bu yolda tələbələr üçün heç bir əsassız maneə yaradılmır.

İkinci mərhələ isə ilk mərhələdən uğursuz keçənlər, işləyənlər üçün əla fürsət hesab edilə bilər. Belə ki, semester boyunca dərslərə gəlməsən də, yenə bu imtahanlardan müvəffəqiyyətlə keçmək şansın var. Düşünürəm ki, bu tələbələrə azad seçim etmələri üçün verilən gözəl imkandır. Tələbə seçim etmək hüququna malikdir: ya bütün semestr dərsə gəlib, verilən tapşırıqları uğurlu yerinə yetirə bilər, ya da birbaşa olaraq semestr daxili dərslərdən imtina edib imtahanlara girə bilər.

Üçüncü mərhələnin adına isə “Bundan keçməsən tələbə deyilsən” demək olar, çünki suallar ikinci mərhələdəki suallarla oxşar olur. Bir qədər oxusan asanlıqla keçə bilərsən.

3 mərhələli qiymətləndirmə sisteminin məqsədi tələbələrin uğur qazanması, nəyisə öyrənməsi və imtahanlardan keçməsini təmin etməkdir. Bu yolda tələbələr üçün heç bir əsassız maneə yaradılmır.

MADDİ-TEXNİKİ BAZA

Böqük fərq yoxdur. Avropada auditoriyalar Azərbaycanda olandan heç də fərqli deyil - stol, stullar, lövhə və proyektor. Əsas məsələ bu bazadan kimlərin necə istifadə etməsidir. Müəllimlər hər zaman dərsi xüsusi maraqlı şəkildə - təqdimatlar, vizual görüntülü materiallar, videolar, audio yazılar və s. ilə zənginləşdirməyi çox yaxşı bacarırlar.

KİTABXANA

Hətta kitabxanada xüsusi otaqlar var ki, 2-3 tələbə dostunuzla həmin otaqları sifariş etməklə (heç bir ödəniş etmədən) rahat şəkildə istənilən məsələni müzakirə edə bilərsiniz.

Kitabxanalar universitetlərin ən əhəmiyyətli hissələrindən biridir. Elektron qurulmuş kitabxana sistemi tələbələrin işini asanlaşdırır. Avropada, xüsusilə təhsil aldığım Portuqaliyada kitabxanalar saat 09:00-dan 22:00-dək açıq olur. Bəli, 22:00-dək, çünki, bizim kimi magistratura təhsili alan tələbələrin dərsləri 19:00-da başladığı üçün buna ehtiyac var. Hətta kitabxanada xüsusi otaqlar var ki, 2-3 tələbə dostunuzla həmin otaqları sifariş etməklə (heç bir ödəniş etmədən) rahat şəkildə istənilən məsələni müzakirə edə bilərsiniz.

Qeyd edim ki, təhsil aldığım hər iki universitet - Mingəçevir Politexnik İnstitutu (indiki Mingəçevir Dövlət Universiteti) və Qafqaz Universitetində bu şansımız olmayıb, xüsusilə Qafqaz Universitetində kitabxana 18:30-da bağlanırdı, dərslərimiz axşam olduğu üçün bir qədər çətinlik çəkmişik. Məncə bunu tənzimləmək o qədər də çətin məsələ deyil. Azərbaycan universitetlərində kitabxanalarda ən azı 4 nəfər çalışır, iş saatlarını düzgün tənzimləməklə Avropa təcrübəsini bilavasitə tətbiq etmək olar.

YEMƏKXANA

Hər universitetdə bir neçə yeməkxana fəaliyyət göstərir. Bütün növbələrdə oxuyan tələbələri nəzərə alaraq yeməkxanalar saat 09:00-dan 22:00-dək açıq olur. Cəmi 2.95 avroya şorba, əsas yemək, meyvə, meyvə şirəsi və çərəzlər təklif edirlər. Tələbələr bu əlverişli təklifdən istifadə edirlər. Universitetimizdə 4 yeməkxana olmasına baxmayaraq hər zaman ən azı 20-25 dəqiqə növbə gözləməli olursan.

Unutmayaq ki, bugünün tələbəsi sabahın prezidenti, naziri, dövlət idarəçisidir! Növbəti yazılarda oxunmaq ümidilə...

Bunlar son 6 ayda bilavasitə Portuqaliyada şahidi olduqlarımdır. Universitetimiz o qədər də böyük hesab edilmir, cəmi 11 000 tələbəsi və 3 şəhərdə korpusu olan bir universitetdir. Ancaq olduqca maraqlı universitetdir, istər layihələr, istərsə də professorlarına görə. Yuxarıda qeyd etdiyim təklifləri məncə bizim universitetlərdə də tətbiq etmək olar. İnşAllah ümid edirəm ki, sözün əsl mənasında biz də Avropa təhsilinə inteqrasiya edə biləcəyik. Gələcəkdə uyğun təkliflər olsa gördüklərimi, öyrəndikərimi Azərbaycan universitetlərində tətbiq etmək olduqca mənə xoş olardı.

Unutmayaq ki, bugünün tələbəsi sabahın prezidenti, naziri, dövlət idarəçisidir! Növbəti yazılarda oxunmaq ümidilə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG