Keçid linkləri

Təcili xəbərlər

Dünyanın ən böyük kosmik teleskopu hazırlanır


Teleskopa NASA-nın ikinci rəhbəri, 1961-68-ci illərdə quruma rəhbərlik etmiş Ceyms Vebbin (James Webb) adı verilib.

Bu barədə məlumatı NASA rəhbəri Çarlz Bolden (Charles Bolden) yayıb. O bildirib ki, teleskopun güzgüsünün diametri təqribən 6,5 metrdir.

Alimlərin üzərində 20 il çalışdıqları teleskop 8,8 milyard dollara başa gəlib və hal-hazırda sınaq mərhələsindədir.

Alimlərin üzərində 20 il çalışdıqları teleskop 8,8 milyard dollara başa gəlib və hal-hazırda sınaq mərhələsindədir.

2018-ci ildə kosmosa buraxılacaq "James Webb" teleskopu 13 milyard işıq ilinə qədər uzağı görməyə qadirdir. Yəni faktiki olaraq çox uzaq keçmişi müşahidə edə biləcək. Beləliklə, o, köhnəlməkdə olan məşhur Habl (“Hubble”) teleskopundan qat-qat güclü olacaq.

«Bu, iyirmi illik gərgin işin nəticəsidir. İndi biz astronomiya nəzəriyyəsində tamamilə yeni imkanlar qazanırıq», teleskopun yaradılması layihəsinin elmi rəhbəri, astrofizik Con Mazer (John Mather) bildirib. Bu, Yerdən kənarda fəaliyyət göstərən ən böyük teleskop olacaq. Cihazın berilliumdan hazırlanmış 18 seqmentinin hərəsi 20 kiloqram çəkisindədir. Teleskop Kainatı infraqırmızı spektrdə müşahidə edəcək. Məlum olduğu kimi infraqırmızı spektrdə işıq dalğalarının uzunluğu istiliyin ayrılması ilə bağlıdır. Yüngül berilliumdan hazırlanmış, üzəri qızıl qatı ilə örtülmüş 18 altıguşəli güzgü işığı toplayacaqlar.

Buna da bax: Marsda dəmir “yumurta” tapılıb

Gələn ilin fevralında, sınaqlar başa çatdıqdan sonra, teleskop Hyustondakı Jonson (Johnson) adına NASA Kosmik mərkəzinə göndəriləcək. Burada onun üzərində kriogen təcrübə apararaq cihazın çox aşağı temperaturlarda işləmək qabiliyyətini yoxlayacaqlar. Bu yerdəyişmə teleskop üçün təhlükəlidir. Yolda "James Webb" deformasiyaya məruz qala, güzgüsünün forması dəyişə bilər. Bu isə onun işinə təsirsiz ötüşməz.

Bundan sonra teleskopu Kaliforniyaya göndərərək kosmik aparatın digər hissəsi və tenis kortu ölçüdə olan istilik displeyi ilə birləşdirəcəklər.

“Biz Kainatda okean qədər suyu olan planetin olub-olmamasını bilmək istəyirik. Hesab edirik ki, bunu bacaracağıq"

"James Webb" kosmik teleskopunun günəş paneli iki işi birdən görəcək. Onun üzü Günəşə olan tərəfi günəş enerjisini toplayıb cihazı qidalandıracaq. Digər tərəfi isə qurğunu işlək temperaturda, yəni - 220 dərəcədə saxlayacaq ki, teleskopun öz istisi müşahidələrə mane olmasın. Teleskopun əsas güzgüsü Habl-ınkından beş dəfə böyükdür.

Yeni teleskopun daha güclü olması həm də onun planetləri daha detallı görə bilməsi deməkdir. Onun köməyilə alimlər planetlərin atmosferlərini, onlardakı fəsilləri, ahavanı və hətta həyat izlərini görə biləcəklər.

“Biz Kainatda okean qədər suyu olan planetin olub-olmamasını bilmək istəyirik. Hesab edirik ki, bunu bacaracağıq", - Mazer deyir.

Çarlz Boldenin (Charles Bolden) sözlərinə görə, yeni teleskop alimlərə Kainatın yaranmasının şahidi olan ulduz və planetləri görmək imkanı verəcək. “NASA daim bizim Kainatın sirlərini aşkar etməyə can atıb, bizim haradan gəldiyimizi, hara getdiyimizi və Kainatda tək olub-olmadığımızı öyrənməyə çalışıb. Biz "James Webb" kosmik teleskopunu bu köhnə suallara cavab tapmaq üçün yaradırıq", deyə, o, bildirib.

Ən son yazılan

XS
SM
MD
LG