Keçid linkləri

Təcili xəbərlər

Artıq çəkidən bu meyvə qoruyacaq


Luiziana Universitetində aparılmış tədqiqat nəticəsində artıq çəki zamanı armuddan istifadə etməyin ciddi profilaktik təsiri aşkar edilib. Armud insanı təkcə köklükdən qorumurmuş.

Bu meyvədən müntəzəm istifadə edən adamlar piylənmənin və bir çox başqa xəstəliklərin qarşısını almış olurlar.

Amerikalı dietoloqlar müntəzəm armud yeməyi tövsiyyə edirlər. Mütəxəssislər deyirlər ki, armud sağlamlıq üçün çox xeyirlidir. Bu meyvədən müntəzəm istifadə edən adamlar piylənmənin və bir çox başqa xəstəliklərin qarşısını almış olurlar.

Luiziana Universitetinin alimləri bir qrup könüllünün həyat tərzini müşahidə edərək belə nəticəyə gəliblər ki, öz qida rasionlarına armudu daxil edən insanlar çəki artımı problemi ilə 35% daha az üzləşirlər. Məlum olub ki, armudu sevən və çox yeyən könüllülər ümumən digərlərindən yaxşı qidalanır, şəkər və yağlarla zəngin qidalardan az istifadə edirlər. "Armud insana toxluq hissini uzun müddət saxlamağa kömək edir. Eyni zamanda, bu meyvənin tərkibində yağların, xolesterin və duzların miqdarı azdır. Beləliklə armud arıqlamaq istəyənlər üçün ideal qidadır", deyə mütəxəssislər bildirirlər.

Buna da bax: Smartfon xərçəng diaqnostikası üçün istifadə edilə bilər

Alimlər deyirlər ki, armud bundan başqa orqanizmin hipertoniya, diabet və osteoporozdan müdafiəsinə yardım edir. Bundan əvvəl metabolik sindromdan əziyyət çəkən xəstələrlə aparılmış təcrübələr zamanı da armuddan istifadənin müsbət nəticələri üzə çıxmışdı.

XS
SM
MD
LG