Keçid linkləri

Təcili xəbərlər

Zika virusunu daşıyan ağcaqanadlar Britaniyada da tapılıb


Britaniyada ilk dəfə tropik xəstəlikləri, o cümlədən Zika virusunu daşıya bilən ağcaqanadların yumurtaları aşkar olunub. BBC xəbər verir ki, Kent qraflığının Stenford şəhərciyinin sakinlərinə bu ərazilərdə Asiya pələng ağcaqanadının peyda olması barədə məktub göndərilib.

Zika qızdırması ilk dəfə 1947-ci ildə Uqandada aşkar olunub. Virusa yoluxmuş xəstədə yüksək temperatur, titrətmə, dəridə səpkilər, halsızlıq müşahidə olunur. Ancaq çox zaman xəstəlik simptomsuz keçir.

Əsas təhlükə hamilə qadınların virusla yoluxmalarıdır. Bu zaman körpənin inkişafında müxtəlif problemlər yaranır.

Əsas təhlükə hamilə qadınların virusla yoluxmalarıdır. Bu zaman körpənin inkişafında müxtəlif problemlər yaranır. Onlardan ən ağırı mikrosefaliyadır. Belə uşaqların kəllə sümüyü çox kiçik olur, bu da öz növbəsində əqli çatışmazlıq, görmə və eşitmə problemlərinə yol açır.

Xəstəlik Asiya, Afrika, Cənubi və Şimali Amerika, habelə Sakit okean hövzəsində qeydə alınıb.

Britaniyanın səhiyyə xidməti bildirib ki, ölkədə mövcud olan ağcaqanad növlərinin daimi monitorinqi, habelə bu ölkə üçün yeni olan növlərin axtarışı həyata keçirilir. İdarə bildirib ki, hələlik təhlükəli həşərat növü aşkar olunmayıb.

Buna da bax: Tatu qanda alkoholu göstərəcək

Entomoloq (həşəratlar üzrə mütəxəssis) Jolyon Medlokun sözlərinə görə, hələlik əhali üçün heç bir təhlükə yoxdur. «Qabaqlama tədbiri kimi biz, yerli hökumətə vəziyyətə nəzarət vasitəsi kimi insektisiddən (həşəratlara qarşı vasitə) istifadə etməyi məsləhət görmüşük", deyə o bildirib.

XS
SM
MD
LG