Keçid linkləri

Təcili xəbərlər

2016 tarixin ən isti ili ola bilər


Son 12 ayın 11-i orta qlobal temperaturun yeni rekordlarını vurub. NASA bildirir ki, ötən Sentyabr ayı müasir meteomüşahidələrin 136 illik tarixində ən isti Sentyabr olub.

Sentyabr ayı müasir meteomüşahidələrin 136 illik tarixində ən isti Sentyabr olub.

Agentlik qeyd edir ki, bu rekordla ikinci yerdə olan 2014-cü ilin Sentyabrı arasında fərq azdır, amma yeni rekord 1980 və 1951-ci illərdə qeydə alınmış göstəricilərdən 0,91 dərəcə yüksəkdir.

NASA bildirir ki, bu ilin rekord temperatur göstərməyən yeganə ayı İyun olub. Ancaq o da 2015 və 1998-ci illərin İyun aylarından sonra üçüncü yerdədir.

Bu ilin bütün meteomüşahidələr tarixinin ən isti ili olması şansı çox yüksəkdir.

«Biz bir daha vurğulayırıq ki, aylıq temperatur reytinqləri mətbuatda işıqlandırılmağa layiqdir. Ancaq onlar uzunmüddətli tendensiyalar qədər mühüm deyil", deyə Qoddard adına Kosmik Tədqiqatlar İnstitutunun direktoru Qavin Şmit qeyd edir.

NASA məlumatları bütün dünyada yerləşdirilmiş altı mindən çox meteoroloji stansiyadan alır.

Buna da bax: "Amazon" “polis dronu” patentini udub

İqlim dəyişikliyi artıq dünyaya ciddi təsir göstərir. Bu yaxınlarda alimlər müəyyən ediblər ki, son 30 ildə ABŞ-ın qərbində meşə yanğınlarından zərər görmüş ərazilərin sahəsi iki dəfə artıb. Kaliforniya və bəzi başqa regionlarda bitki örtüyü quruyur.

Bundan başqa, atlantik qasırğaların yaranması ehtimalı artıb. Bu yaxınlarda baş vermiş "Sandy" qasırğası Nyu York və Nyu Cersidə 157 insanın həyatına son qoyub. Alimlər həmçinin subasma ilə nəticələnən qasırğaların baş verməsi ehtimalının da 1800 və 2000-ci illər arasında üç dəfə artdığını hesablayıblar.

Ən son yazılan

XS
SM
MD
LG