Dietoloqlar hesab edirlər ki, gün ərzində qidalanma arasında uzun fasilələr artıq iştaha və piylənməyə səbəb olur. Ona görə də, ekspertlər saat 6-dan sonra yeməyin mümkün və vacib olduğunu vurğulayırlar. Lakin yatmağa hazırlaşan orqanizmdə maddələr mübadiləsinin yavaşladığını da unutmamalıyıq.
Dietoloqlar artıq çəki riski gətirməyən məhsulların siyahısını dərc ediblər.
Dietoloqlar artıq çəki riski gətirməyən məhsulların siyahısını dərc ediblər. Onların fikrincə, bu məhsullardan biri kələmdir. İstənilən formada və miqdarda kələmi yemək olar. Kələmin kalorisi azdır, həzminə isə çox vaxt lazım olur. Bundan başqa, bu tərəvəz, insan orqanizminə lazım olan vitamin və minerallarla da zəngindir.
Ekspertlər həmçinin gec şam yeməyi üçün ərik və nektarini də tövsiyə edirlər. Bu meyvələr az kalorili olsa da, tərkiblərində “düzgün” – yağ mübadiləsini hərəkətə gətirən karbohidratlar və bol sellüloza var.
Gecə qaynadılmış qarğıdalı və çuğundur da yemək olar. “Qarğıdalı orqanizmi xolesterindən xilas edən elementlərlə zəngindir. Bundan əlavə, qarğıdalı piy ehtiyatının yığılmasının da qarşısını alır. Çuğundur tərkibində olan betainə görə orqanizmdə piyi əritməyə kömək edir. Çuğundur həmçinin orqanizmi şlaklardan təmizləyərək bağırsağın işini də tənzimləyir”, deyə dietoloqlar bildirir.
Buna da bax: Gərəksiz vitamin istifadəsi də təhlükəli ola bilər
Dəniz məhsulları – dəniz balığı, krevetka və kalmar da axşam yeməkləri üçün uyğundur. Onların tərkibində asan həzm olunan fosfor və yağ turşuları var. Lakin ekspertlər tövsiyə edirlər ki, qəbul edilən dəniz məhsullarının çəkisi 100 qramdan artıq olmamalıdır və qaynadılmış tərəvəzlərlə istifadə edilməlidir.
Həkimlərin sözlərinə görə, qaynadılmış tərəvəzlərin axşam qəbulu həmişə arzuolunandır. Çünki onlar tər tərəvəzlərdən daha yaxşı həzm olunur. Məhz bunun sayəsində də orqanizm daha çox faydalı maddələr, vitamin və mineralla qidalanmış olur. “Badımcan, kök, yaşıl noxud və digər tərəvəz pörtləmələri – doyumlu və yüngül şam yeməyidir. Kartof isə yeganə tərəvəzdir ki, ondan sui-istifadə edilməməlidir”, dietoloqlar qeyd ediblər.