Keçid linkləri

Təcili xəbərlər

Körpəlikdə olan xasiyyət ömür boyu dəyişmir


Amerikalı alimlər hesab edirlər ki, yeni doğulmuş körpənin davranışı onun gələcəkdə necə insan olacağı haqda məlumat verə bilər.

Ekspertlər, ABŞ-da son onillik ərzində arapdıqları tədqiqatlardan sonra bu nəticəyə gəliblər. Belə ki, alimlərin fikrincə, körpənin ilk aylarda göstərdiyi davranış xüsusiyyətlərinin onun gələcək şəxsiyyətində də yaranacağı ehtimalı böyükdür.

Buna da bax: Alimlər kolbasa məhsullarının ziyanından danışır

Son 10 il ərzində amerikalı alimlər 135-dən çox körpənin böyüməsini və inkişafını müşahidə ediblər. Hər altı aydan bir onlar uşaqları müəyyən testlərdən keçirərək, ilk müşahidə zamanı əldə edilən nəticələrlə müqayisə ediblər.

Körpələr üç qrupa bölünüb: temperamentlərinə görə “çətin” və “asan” olanlar, üçüncü qrup isə “asta inkişaf edən temperament” adlandırılıb. Eksperimentin nəticələrinə görə, uşaqların 90%-i ilk aid edildiyi qrupda da qalıb.

Beləliklə, alimlər müəyyən ediblər ki, həqiqətən də uşaqların körpəlikdə göstərdikləri davranışlara görə onların gələcək davranışlarını da müəyyən etmək mümkündür.

XS
SM
MD
LG