Keçid linkləri

Təcili xəbərlər

Çin də kosmik turizmə qoşulur


Dövlət dəstəyi alan Çin Raket-Daşıyıcı Texnologiya Akademiyası kosmik turizm üçün nəzərdə tutulan 20 nəfərlik raket təyyarəsi hazırlayır. Avadanlığın konsepsiyasını tədqiqatçılar Meksikanın Qvadalaxara şəhərində baş tutan Beynəlxalq Astronomiya Konqresində təqdim ediblər.

Bir yerin qiyməti 200-250 min ABŞ dolları arasında dəyişəcək.

Qeyd edilir ki, Akademiya kosmik turizm layihələri üzərində işləyən Virgin Galactic və Blue Origin şirkətləri ilə rəqabətə qoşulacaq. Sözügedən raket təyyarəsi rəqiblərindən daha böyük olacaq.

Çin raket təyyarəsində yanacaq kimi maye metan və oksigendən istifadə olunacaq. Təyyarə ancaq şaquli vəziyyətdə havaya qalxacaq və lazımi yüksəkliyə qalxdıqdan sonra adi təyyarə kimi eniş edə biləcək.

İnşaatçılar bu təyyarənin iki növünü tikməyə ümid edirlər. Birinci təyyarə 10 ton çəkisində, 6 metr qanad genişliyində olacaq və 5 nəfəri 100 km yüksəkliyə qaldıra biləcək.

İkinci təyyarənin isə 100 ton çəkisində, qanadlarının genişliyinin isə 12 metr olacağı planlaşdırılır. Bu təyyarə, hesablamalara görə, 20 nəfəri rahatlıqla 130 km-dək yüksəkliyə qaldırmalıdır.

Buna da bax: Xoşbəxtlik hormonu dini hissləri gücləndirir

Tədqiqatçılar artıq gələcək aparatın ayrı-ayrı hissələrini sınaqdan keçirməyə başlayıblar. Onların fikrincə, kosmosa uçuşları artıq yaxın iki il ərzində reallaşdıra biləcəklər.

Təyyarənin 50 dəfəyə qədər uçuş resursu olacaq. Akademiyanın rəhbəri Han Penqksinə görə, bir yerin qiyməti 200-250 min ABŞ dolları arasında dəyişəcək ki, bu da digər kosmik turizm şirkətləri ilə rəqabət aparmaq üçün kifayət qədər aşağı qiymətdir.

Ən son yazılan

XS
SM
MD
LG