Keçid linkləri

Təcili xəbərlər

Pokemon Go oynayan öldürüldü


Belçikada Pokemon Go oynayan
Belçikada Pokemon Go oynayan

San-Fransiskodan olan tələbə pokemon toplayarkən parkda öldürülüb.

Dünyada məşhur olan mobil telefon oyununu oynayan 20 yaşlı tələbə naməlum şəxs tərəfindən arxadan açılan atəşlə qətlə yetirilib.

Gənc hadisə yerində ölüb, qatil isə gizlənməyə müvəffəq olub.

Bu, oyun zamanı yaşanan ilk ölüm deyil. Florida və Qvatemalada pokemon toplamaq üçün həyətlərə iznsiz girən gənclər ev sahibləri tərəfindən öldürülmüşdülər.

Qısa müddətdə bütün dünyaya yayılan oyuna artıq bəzi ölkələr qadağa qoyub, bəziləri isə bu populyarlığı biznesə çevirməyin yollarını düşünür. Belə ki, Sinqapurda pokemon ovçularına şəxsi sürücü xidməti təklif edilir. Sürücü ilə avtomobilin kirayəsi 22 dollara başa gəlir.

İndoneziya hökuməti məktəblilərin Pokemon Go oynamasına qadağa qayub. Malayziya hökuməti isə bu müsəlman ölkəsində bu oyunun oynanılmasını qadağan edib.

Qadağanı ilk tətbiq edən ölkə isə İran olub.

Ən son yazılan

XS
SM
MD
LG