Keçid linkləri

Təcili xəbərlər

70 illik yola baxanda...


BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

-

DÜNYAYA BAXIŞIN İKİ MEYARI...

Bir az darıxdırıcı və yeknəsəq bu ildə maraqlı bir siyasi tarix - BMT-nin 70 illiyi qeyd ediləcək. İstər-istəməz suallar doğur: Bu tarix cəmiyyət və dövlətlərə nə verib? Həqiqətən önəmli bir tarixdənmi söhbət gedir? Və s.

İşğal olunmuş əraziləri barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyi bir ölkənin vətəndaşı kimi boynuma alıram ki, həmin sualları cavablamaq mənə asan gəlmir. Dərhal yalnız onu deyə bilərəm ki, ötən 70 ildə dünyaya baxışın iki meyarı müəyyənləşib. Bir hissə bütün proseslərə dövlətlərin suverenliyi prizmasından baxır, digərləri isə hər bir məsələdə insan haqlarını önə çəkir...

Daha maraqlısı da odur ki, hər iki baxışın tərəfdarları BMT-dən narazıdır –suverenlik tərəfdarlarının fikrincə, bu qurum dövlətlərin suverenliyini müdafiə etməkdə acizdir. İnsan haqlarına önəm verənlər isə, əskinə, düşünürlər ki, BMT suverenlik məsələsinə daha çox diqqət yetirdiyindən insan haqlarını effektiv şəkildə qoruya bilmir...

Təkcə bunlarla iş bitsəydi, necə deyərlər, dərd yarıydı. Bir dəfə BMT-nin insan haqları komitəsində çalışan bir nəfərin çıxış etdiyi seminara qatılmışdım. Bu adam deyirdi ki, biz BMT-dən azadlıq və demokratiya umuruq, amma onun üçüncü ölkələrdən olan əməkdaşları hətta dağılmış Yuqoslaviya şəhərlərinə bərəlmiş gözlərlə baxırlar, çünki keçmiş Yuqoslaviya belə onlara cənnət kimi görünür...

Ya Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalıydı, ya da daimi üzvlərin veto hüququ ləğv edilməliydi. Bu gün belə unudulmayan həmin planlar gerçəyə çevrilmədi...

BMT DƏ DƏYİŞMƏLİYDİ...

Amma heç də həmişə belə deyildi. Təxminən 15-20 il əvvəl dünya sanki böyük dəyişikliklər ərəfəsində idi. Həmin dəyişikliklər baş tutsaydı, bəlkə də hər şey başqa cür olacaqdı... O vaxt yeni dünyada BMT-nin yeri və rolu məsələsi gündəmə gəlmişdi, axı elə düşünürdülər ki, bəşəriyyət savaş gerçəkləriylə birdəfəlik vidalaşmalıdır...

Məsələ bundadır ki, BMT də özündə İkinci Dünya müharibəsinin və soyuq savaşın reallıqlarını təcəssüm etdirirdi. Bir sözlə, BMT-nin ciddi şəkildə modifikasiyası gündəmə gəlmişdi: ya Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalıydı, ya da daimi üzvlərin veto hüququ ləğv edilməliydi. Bu gün belə unudulmayan həmin planlar gerçəyə çevrilmədi...

Lap yaxınlarda Böyük Britaniya və Fransa veto hüququnun götürülməsi təklifini yenə gündəmə daşıdı. Təklif özünə reaksiyanı çox da gözlətmədi. Rusiyanın xarici işlər naziri Sergei Lavrov dərhal bəyan etdi ki, bu, yolverilməzdir, çünki veto hüququ BMT nizamnaməsində əksini tapıb.

Belə ildırımsürətli reaksiyalar heç də təsadüfi deyil, axı veto hüququ Rusiyanın əlində təsirli bir alətdir. Kim gücünün azalmasını istər?..

İkinci Dünya müharibəsindən qaynaqlanan qaliblər və məğlublar bölgüsü qalıb. Hətta Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin də belə iddialar irəli sürməyə başlayıb ki, onun son dünya savaşındakı rolu yetərincə qiymətləndirilməyib...

Amma bircə anlığa təsəvvür edin ki, veto hüququ götürülür. Hər şey BMT Təhlükəsizlik Şurasında səsverməylə çözülür. Bu halda BMT-nin fəaliyyəti nə qədər canlanar, Təhlükəsizlik Şurasına seçkilər ayrıca diqqət oyadar, burada səs çoxluğu qazanmaq istəyən dövlətlər qızğın bir yarışa girərdilər. Amma indi bunların heç biri yoxdur... Əvəzində beş dövlətin veto hüququ var - onlar da bu hüquqdan öz maraqları üçün gen-bol istifadə edirlər.

Bəs dünya, o biri dövlətlər bu vəziyyətdən nə qazanır? BMT özü bu prosesdən nə əldə edir? Demək olar ki, heç nə...

DÜNYA FEDERASİYASI BAŞ TUTMADI...

Yanılmıramsa, ilk dəfə dünya federasiyası haqqında ciddi düşünən adam Immanuel Kant olub. O, dünyanı federativ respublika kimi təsəvvür edirdi. İki əsrdən sonra da olsa, dünya səylərin əlaqələndirilməsi, böyük problemlərin birgə həlli zərurətini anladı. Amma BMT yarananda dünya bütöv deyildi - artıq iki sistemə - qaliblərə və məğlublarabölünmüşdü...

İndi keçmiş sovetlərin yönəltdiyi hərbi-siyasi blok (Varşava Müqaviləsi ölkələri) yoxdur və NATO da məzmunca dəyişib. Bunlar doğru, amma İkinci Dünya müharibəsindən qaynaqlanan qaliblər və məğlublar bölgüsü qalıb. Hətta Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin də belə iddialar irəli sürməyə başlayıb ki, onun son dünya savaşındakı rolu yetərincə qiymətləndirilməyib...

İndi real baxanda görürsən ki, dünya beş dövlətin - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nəzarətindədir. Onlara nə xoş gəlirsə, ona səs verir, bəyənmədikləri məsələyə isə veto qoyurlar...

Bir ara qalib-məğlub bölgüsünün götürüləcəyi və dünyanın bütünləşəcəyi təsəvvürü yaranmışdı, amma baş tutmadı. İki quruluşlu dünyanı çoxqütblü dünya əvəzlədi. İndi dövlətlər bu qütblərin siyasi şıltaqlarıyla hesablaşmağa məcburdur...

Problem yaradan ölkələrdən, ilk olaraq, Rusiyanın adını çəkdim. Demirəm ki, digər dövlətlər mələkdir. Yox,heç kim mələk deyil, hərə öz yaşam tərzini, dünyagörüşünü və ideologiyasını başqalarına sırımaq istəyir... Ancaq bir «nisbətən» anlayışı da var və bir çox hallarda «yaxşı» ilə «pis» arasında deyil, «pis» və «nisbətən pis» arasında seçim etməyə məcbur qalırıq.

BEŞ DÖVLƏTİN NƏZARƏTİNDƏ...

İndi real baxanda görürsən ki, dünya beş dövlətin - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nəzarətindədir. Onlara nə xoş gəlirsə, ona səs verir, bəyənmədikləri məsələyə isə veto qoyurlar...

Çox vaxt da elə olur ki, birinin xoşuna gələni o birisi xoşlamır. Belə durumda məsələ lap qəlizləşir və nəticədəheç nə alınmır...

Amma veto hüququ olmasaydı, çox şey başqa cür olar və BMT, sözün əsl mənasında, daha işlək quruma çevrilərdi... Dünya da daha ciddi nizama sahib olar, yeni nizam-tərəzi qurulardı. Amma indi nə var? Sadəcə, beş dövlətin bitib-tükənməyən maraq və şıltaqları...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG