Keçid linkləri

Təcili xəbərlər

İnsan qismətini bilir?


Foto illüstrasiya
Foto illüstrasiya

-

ADİ SOVET KƏNDİNDƏ...

İnsanları passivlik bataqlığından, ictimai və siyasi süstlükdən çıxarmaq üçün adamın ağlına nələr gəlmir, yadına hansı bənzərliklər düşmür?

...Uşaqlıqda yayı kənddə - babamgildə keçirməyi xoşlayırdım. O vaxt kənddə klub yox idi. Kinonu elə açıq havada, köhnə məktəb binasının kiçik həyətində göstərirdilər. Bəli, bir də görürdün, deyirdilər ki, axşam kino olacaq...

Vədə çatanda kişilər stul, qadınlar və qızlar da döşəkcə-mütəkkə götürüb məktəbin həyətinə yollanardılar. Beləcə, kino başlardı...

Kəndə daha çox hind və yaxud o vaxtlar deyildiyi kimi, «ağlamalı kino»lar gətirərdilər... Kino getdiyi yerdə - filmin dramatik məqamlarında bir də görərdin ki, zərif cinsin oturduğu yerdən ağlaşma səsləri ucalır. Kişilər də sakit dayanmaz, siqaretə güc verər, açıq havada, o ki var, siqaret tüstülədərdilər...

Hələ o vaxt hind filmlərinin bir özəlliyini «kəşf» etmişdik – onlar, adətən, xoşbəxt sonluqla bitər, necə deyərlər, ədalət zəfər çalardı... O vaxt bunu, təbii ki, yetərincə anlamazdıq, amma sonda – filmin finalında qəhrəmanın qələbəsi, heç sözsüz, hamının ruhunu oxşardı. Ertəsi gün özümüz də həmin filmlərdəki süjetləri «canlandırmağa» çalışar, oradan öyrəndiyimiz döyüş fəndlərini təkrarlardıq...

MƏLUM VƏ NAMƏLUM HİNDİSTAN...

Hələ uşaqlıqdan Hindistan vurğunu olduğumu demək istəmirəm. Belə hissim yox idi, əksinə, yaşa dolduqca bu ölkənin filmlərinə daha çox tənqidi yanaşırdım, axısüjetlər elə bəsit olurdu ki, hətta «ən ağlamalı yerdə» adamı gülmək tuturdu...

Bəli, qəhrəman təkbaşına çarpışar, qalib gələr və məsələ bitəndən sonra polislər özünü yetirərdi... Belə süjetlər çox sadəlövh və bəsit təsir bağışlasa da, sosial məzmundan xali deyillər.

O vaxtlar ağlıma da gəlməzdi ki, günün birində hind Mahatma Gandhi siyasi kumirimə çevriləcək. «Ən yeni tarix» dərsində bu adam haqqında geniş məlumat verilsə də, gerçək tanışlıq sonra oldu...

...Bəli, sonradan Hindistana aid çoxlu kitab oxudum. Birinin adını hələ də yaxşı xatırlayıram – «Hindistanın kəşfi»ni. Həmin kitabdan Mahatma Gandhi, Jawaharlal Nehru və Rabindranath Tagore-nin fikriləri ilə tanış oldum...

Amma sözüm bunda deyil. Və bu boyda girişlə, sadəcə, uşaqlıq və yeniyetməlik təəssüratlarımı çatdırmaq məqsədini də güdmürəm. Elə bir nostaljim – xiffətim də yoxdur. Bizdə hind filmlərini hələ də göstərirlər və doğrusu, bunun əsl səbəblərindən xəbərsizəm. Bilmirəm ki, bizim telekanallar hələ də və az qala hər həftə, köhnə və yeni hind filmlərini niyə göstərirlər...

Daha onlara baxmıram. Bilirəm ki, geniş baxışa buraxılan bu filmlər heç Hindistanın özündə də «kinematoqrafiya incisi» sayılmır. Bilirəm ki, mütləq elə «hind kinosu» da var ki hələ Azərbaycan auditoriyasına yol tapmayıb. Başqa ölkələrdə çəkilən başqa filmlər kimi...

AXIRDA POLİS GƏLƏRDİ...

Bu yazıda köhnə hind filmlərinin sosial tərəfinə toxunmaq istərdim. Az əvvəl qeyd etdiyim kimi, o filmlərin sonunda mütləq ədalət zəfər çalardı. Bəli, qəhrəman təkbaşına çarpışar, qalib gələr və məsələ bitəndən sonra polislər özünü yetirərdi...

Belə süjetlər çox sadəlövh və bəsit təsir bağışlasa da, sosial məzmundan xali deyillər. Göz önündə olanlar və hər gün rastlaşdığımız status-kvo heç də həmişə ədalətin təcəssümü olmur. Ədalət, bir çox hallarda, tam başqa sosial-siyasi konfiqurasiyada təzahür edir, axı elə ədalət də sənət əsərinə bənzəyir və onu da hələ yaratmaq və doyum nöqtəsinə çatdırmaq lazım gəlir...

Düzdür, bir məsələ var ki qismət - alınyazısı anlayışı da xristianlarda -kalvinistlərdəki qurtuluş məsələsi kimidir. O baxışa görə, insanlar, əslində, kimə aid olduqlarını – «qurtulmuşlar»dan, yoxsa «qurtulmayanlar»dan olduqlarını bilməzlər...

OLANLAR HƏLƏ QİSMƏT DEYİL...

Olanların ədalətli olması, bir növ, qismət anlayışı ilə bağlıdır. C.Afqani «qismət» anlayışını islam dünyasının başlıca əngəllərindən saymışdı (Cəmaləddin Əfqani. Əslən azərbaycanlıdır. Yaradıcılığı, əsasən 19-cu əsrin ortalarına təsadüf edən görkəmli islam islahatçısı və maarifçisidir. Bütün müsəlman Şərqinin çox nüfuzlu siması olub. Gerçək adı Məhəmməd Səfdər oğludur – red.).

Düzdür, bir məsələ var ki qismət - alınyazısı anlayışı da xristianlarda -kalvinistlərdəki qurtuluş məsələsi kimidir. O baxışa görə, insanlar, əslində, kimə aid olduqlarını – «qurtulmuşlar»dan, yoxsa «qurtulmayanlar»dan olduqlarını bilməzlər...

Eynilə demək olar ki, əslində, insan hələ qismətini bilmir və gerçək qismətini tapması üçün çalışıb-vuruşmalıdır. Baş verənləri, varlığı öz qismətin saymaqsa, olsa-olsa, passivlik və reallıqla barışmaq deməkdir...

Bəli, bəzən ədalətin zəfər çalması üçün mövcud ictimai qaydaları və konfiqurasiyanı da dəyişmək tələb olunur. Amma hər insan həm də taleyini özü qurmağa çalışmalıdır. Hər bir insanın taleyi onun öz səylərinin məhsuludur - qismət anlayışını da bu kontekstdə anlamaq lazımdır... Azərbaycanda isə böyük əksəriyyət mövcud gerçəkliklə barışır və buna sanki alınyazısı kimi baxır. Amma sual doğur:Hamının malik olduğu onun qədəri və qisməti hesab oluna bilər? Təəssüf ki, adamların çoxu, hətta bəzi ictimai qurumlar «hə» cavabını verir. Qətiyyən belə deyil. Hətta yüksək sosial status sahibləri də əsl qismətlərinin nə olduğunu bilmirlər... Demək, ədalət elə bir şeydir ki, onun bərqərar olması üçün gərək çalışasan. Gərək onun uğrunda hər gün, hər saat mübarizəyə hazır olasan. Bax o zaman demək olar ki, mən cəhd etdim, amma qismətim bu imiş!.. Cəhd edən maneədən qorxmaz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG