Keçid linkləri

Təcili xəbərlər

Yalnız dilənçilər qayıtmadı...


Foto illüstrasiya
Foto illüstrasiya

-

DÜŞÜNDÜK Kİ, BİTİB...

Öz aralarında fərqli dildə danışırlar. Geyimləri də fərqlidir, dərhal diqqət çəkir. Davranışlarına da söz ola bilməz, az qala, camaatın əlindən pul kisəsini qapırlar. Üstəlik, harada olsalar, səsləri aləmi başına götürür, yalnız «yalvarış» dolu «nitq»ləri eşidilir...

Yəqin, söhbətin dilənçilərdən getdiyini anladınız. Bəli, Avropa Oyunları dövründə yoxa çıxmış, sanki qeybə çəkilmişdilər. Adam hətta sevinirdi ki, şəhərin canı, deyəsən, bunlardan qurtardı...

Amma yox, oyunlar bitər-bitməz, bu adamlar yenə peyda oldular və hər şey təzədən başlandı - insan əzalarının eybəcər təzahürlərinin nümayişi, «yanıqlı» ah-nalə, «yalvarış»...

Onların yanından gözəçarpmadan ötüb keçmək mümkün deyil. Adamı səsləyir, əlindən yapışır, mərhəmətini istismar edirlər. Əlbəttə, kimsə deyə bilər ki, bu adamlar da belədir də, əsrlər boyu belə yaşayıb, belə dolanıblar.

Amma razılaşmaq çətindir. Hələ indi, nisbətən, dözüləsidir, heç olmasa, metroda az rastlaşırsan. Amma əvvəllər dilənçi uşaqlar çirkli və tərli əlləriylə adamın paltarından yapışır və razı salmayınca buraxmırdılar...

Məncə, onlara acımağa dəyməz və şəhəri onlardan təmizləmək lazımdır. Axı bu ölkədə onların missiyasını «mədəni», daha «təmiz» və daha «kübar» şəkildə həyata keçirən böyük «kontingent» var (!). Və dilənçiləri görəndə, məhz o «kontingent»i xatırlayıb, acığını bunlardan çıxır, «bircə siz çatmırdınız» deyirsən...

...Şəhər yayda çox isti olur - adamı boğacaq dərəcədə isti. Belə vəziyyətdə azca sərinlik və bir az da xoş səs arzulayırsan. Amma əvəzində nə eşdirsən? Onların «ah-nalə»sini...

Və min təəssüf ki, bütün bunlar parlament seçkisi ərəfəsində baş verir. Sanki ona görə dönüb özümüz olduq ki, bu seçkini də öz bildiyimiz kimi keçirək... Axı dəyişsək, dönüb başqa adamlar olsaydıq, çaşıb seçkini də başqa cür keçirərdik...

Yazdıqlarıma nifrət manifesti kimi baxmayın. Mən Alexander Pushkin-in «Qaraçılar» poemasını da oxumuşam, hətta «Tabor göyə çəkilir» filminə də bir neçə dəfə baxmışam. Hətta deyim ki, onların musiqi və mahnılarını da çox sevirəm... Amma onlar - təbii ki, burada söhbət dilənçilərdən gedir, - şəhərin ab-havasını korlayırlar. Az əvvəl səbəbini söylədim və onu da deyim ki, başqa insanlar kimi yaşayan, oturaq və ya köçəri həyat tərzi keçirən, deyib-gülüb-oynayan, hamını şənləndirən, uşaqların üzünü güldürən başqa qaraçılarla işim yoxdur. Söhbət metro girişlərində və qatarda əl-ayağa dolaşan dilənçilərdən gedir...

İSTƏYƏNDƏ QAYDA-QANUN YARADIRIQ...

Avropa Oyunları göstərdi ki, istəyəndə qayda-qanun yarada bilirik. Amma çox təəssüf ki, oyunlar bitincə hər şey qayıtdı öz məhvərinə. Təkcə qaraçı və dilənçilər qayıtmadı, əvvəlki münasibətlər və əvvəlki davranış tərzi qayıtdı...

Bəli, yenə siyasi məhkəmələrə meydan verdik, yenə Avropanın və ABŞ-ın qarasınca asıb-kəsdik... Və min təəssüf ki, bütün bunlar parlament seçkisi ərəfəsində baş verir. Sanki ona görə dönüb özümüz olduq ki, bu seçkini də öz bildiyimiz kimi keçirək... Axı dəyişsək, dönüb başqa adamlar olsaydıq, çaşıb seçkini də başqa cür keçirərdik...

Elə o üzdən deyirəm ki, hər şey öz axarına qayıtdı. Amma insanlar tam başqa şeylərin qayıtmasının intizarını çəkirlər...

İŞ YERLƏRİDƏ «QAYIDACAQ»?

Avropa Oyunları ərəfəsində çox sayda iri layihələr dayandırılmış, insanlar da məcburən «məzuniyyət»ə çıxmışdılar. İndi onlar səbirsizliklə öz iş yerlərinin yenidən açılmasını gözləyirlər...

...İndi necə düşünməyəsən ki, biz yenə başlanğıca – sıfır nöqtəsinə qayıtmışıq. İstər seçilən, istərsə seçən kimi. İstər idarə edən, istərsə idarə olunan kimi. İstər işçi, istərsə işsiz kimi. İstər varlı, istərsə yoxsul kimi...

Əvvəlki iş yerləri də qayıtsa və layihələrə yenidən start verilsəydi, çox yaxşı olardı. Xüsusən rayon əhli iş yerlərinin açılmasını saatbasaat gözləyir...

ARABİR SEÇKİNİ DƏ YADA SALAQ...

Bu il Türkiyədə də parlament seçkiləri oldu. Üstəlik, seçki ərəfəsində Çanaqqala zəfərinin 100 illiyi qeyd edildi. Amma seçki və ona hazırlıq bir an da arxa plana atılmadı...

Bizsə sanki parlament seçkilərini tam unutmuşuq. Anlayıram, insanları daha bir aldadıcı şouyla maraqlandırmaq çətindir. Elə siyasi partiyalar da qarşıdakı seçkilərin bir daha «ənənə»yə uyğun keçiriləcəyini bilir...

Doğrusu, düşünürdüm ki, Avropa Oyunları ictimai rəyi hakimiyyətin xeyrinə tam dəyişəcək. Amma insanlarla söhbət edəndə görürəm ki, yox, belə deyil - onları daha çox bahalıq, işsizlik və ölkədəki özbaşınalıq narahat edir. İnsanların çoxunun Avropa Oyunlarına da yersiz bir dəbdəbə kimi baxdığı da diqqət çəkir...

...İndi necə düşünməyəsən ki, biz yenə başlanğıca – sıfır nöqtəsinə qayıtmışıq. İstər seçilən, istərsə seçən kimi. İstər idarə edən, istərsə idarə olunan kimi. İstər işçi, istərsə işsiz kimi. İstər varlı, istərsə yoxsul kimi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG