-
FUTBOL AZARKEŞLƏRİ DAHA NƏYƏ AZARKEŞLİK EDİR?
«İdman da siyasətdir!» deyimini heç vaxt qəbul etməsəm də, bu dəfə susdum.
Bu yaxınlarda azərbaycanlı və gürcü azarkeşləri arasındakı qalmaqalı bəlkə qabartmamaq da olardı.
Ən azı ona görə ki, hadisəyə Gürcüstanın baş naziri səviyyəsində reaksiya verilmişdi.
Cavab görüşündə də oxşar olayın baş verəcəyi gümanlaşdırılsa da, Azərbaycanın hüquq-mühafizə orqanları sayıq tərpəndi və bunun qarşısını ala bildi...
Amma cavab görüş zamanı da insanlara siyasi xarakterli bəyanatlar səsləndirməyi yasaq etmək elə də asan olmadı və Gürcüstanda hansı ərazi iddiaları səslənmişdisə, Azərbaycanda da buna bənzər cəhdlər edildi...
AZƏRBAYCANIN ETDİKLƏRİNİN «CAVAB»I...
Əvvəldə dedim ki, bunu qabartmamaq və sırf azarkeş qalmaqalı kimi səciyyələndirmək olardı. Axı düşünürdüm ki, son illərdə Azərbaycanın öz qonşusu üçün etdiklərini gürcü cəmiyyəti unutmayacaq... Amma məlum oldu ki, minnətdarlıq bir yana, iki ölkənin münasibətlərini qarşıdurma səviyyəsinə qaldırmaq istəyənlər də var...
YADDAŞLARDA «QAFQAZ EVİ» İDEYASI DA VAR...
Təbii ki, bu insident də sovuşacaq. Azərbaycanla Gürcüstan arasındakı tellər o qədər möhkəmdir ki, ölkələrarası münasibətlərə xələl gəlməyəcək. Amma bir fikirlə razılaşırsan ki, nə qədər möhkəm olsa da, həmin münasibətlər «Qafqaz evi» kimi ideyaların gerçəkləşməsinə yetərli deyil...
«Qafqaz evi» ideyasının yaşı 100-ü keçib. Onu ötən əsrin əvvəllərində də gerçəkləşdirmək mümkün olmayıb. Nə qədər qəribə görünsə də, o vaxtlar siyasətçilərin münasibəti daha dözümlü idi, nəinki cəmiyyətlərin.
Bu vaxtadək çox adam elə düşünüb ki, sözügedən ideya, əsasən, qonşu Ermənistan hakimiyyətinin çoxillik siyasəti ucbatından baş tutmur. Bəli, Cənubi Qafqazda ölkələrin birliyini və həmrəyliyini yaratmaq mümkün olmayıb. Bu baxımdan Baltikboyu ölkələr örnək sayıla bilər. Düzdür, orada da hələ mübahisəli sayılan ərazilər var, amma bu fakt üç Baltik ölkəsinin münasibətlərinə xələl gətirməyib. Cənubi Qafqazda isə durum fərqlidir...
«Qafqaz evi» ideyasının yaşı 100-ü keçib. Onu ötən əsrin əvvəllərində də gerçəkləşdirmək mümkün olmayıb. Nə qədər qəribə görünsə də, o vaxtlar siyasətçilərin münasibəti daha dözümlü idi, nəinki cəmiyyətlərin. Elə bu günlərdə baş vermiş insidentin də hansısa formada yerli hakimiyyətlərlə bağlılığını iddia etmək ədalətsizlik olardı, heç kim futbol azarkeşlərini öyrətməmişdi ki, onlar oyun zamanı ərazi iddialarına diqqət çəkən plakatlar qaldırsınlar...
AVROPA BİRLİYİ NÜMUNƏ OLA BİLƏRDİ...
Gürcüstan Azərbaycan üçün çox önəmli ölkədir. Amma istəməzdik ki, bu münasibət birtərəfli olsun, hər halda, Gürcüstan cəmiyyəti də bunun fərqində olmalıdır. Təbii ki, bu insident də sovuşacaq, amma bir sual qalacaq: Nədən bölgədə özünü daim Avropanın bir parçası sayan Gürcüstan «Qafqaz evi» ideyasına bu qədər biganədir? Anlayırıq ki, Gürcüstan istəsə də, Ermənistan hakimiyyəti buna getməyəcək. Amma ən azı iki ölkə münasibətləri birlik səviyyəsinə yüksəldə və Ermənistanı «şirnikləndirə» bilərdi...
Bəlkə Gürcüstan da Azərbaycandan qazı dünya qiymətləriylə alsaydı, bir çox mətləblərin fərqində olardı.
Avropa Birliyi inteqrasiyanın – bütünləşməninmükəmməl formasıdır. İndi Yunanıstan kimi bir problem yaşansa da. Bu problemlə bağlı onu deyə bilərəm ki, Yunanıstan həmin problemin həllini «Kapital»da deyil, Adam Smith-in kitablarında axtarmalıdır. Təbii ki, bu bir zarafatdır, amma acı həqiqəti əks etdirir-Yunanıstan hələ də fərqində deyil ki, yaşanan bu böhran daha çox sosial kapitalizmin böhranıdır. Son illərdə kapitalist ölkələri sosial proqram və öhdəliklərlə o qədər yüklənmişdi ki, bir çox hallarda onların sosialist, yoxsa kapitalist ölkəsi olmasını müəyyənləşdirmək çətinləşirdi...
Bəlkə Gürcüstan da Azərbaycandan qazı dünya qiymətləriylə alsaydı, bir çox mətləblərin fərqində olardı. Amma indi çox ucuz qiymətə alır və ola bilsin, bir çoxları düşünür ki, elə belə də olmalıdır.
Ərazi iddiaları baxımından, əslində, Avropa Birliyi qədər «zəngin» region yoxdur. Amma demək olar ki, heç kim bu iddiaları gündəmə gətirmir. Hətta bir qədər bundan əvvəl iki Almaniya dövləti birləşərkən də, belə şərt qoyuldu ki, birləşmiş Almaniya dövləti heç kimə qarşı ərazi iddiası ilə çıxış etməyəcək. Almaniya da bu tələbi qəbul etdi...
MÜBAHİSƏLƏR TARİXDƏ QALSIN...
Demək, Qafqazda da bir çox məsələləri tarix və tarixçilərin öhdəsinə buraxmaq olardı. Hərçənd, belə iddiaların meydana çıxmasında elə tarixçilər az rol oynamırlar. Amma tarix tarixdir. Onu qaytarmağa və bütün millətlərin ərazi iddialarını təmin etməyə bəlkə 10 Yer Kürəsi də yetməzdi...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.