Keçid linkləri

Təcili xəbərlər

Müxalifətin ən ümidsiz vaxtı....


Arxiv fotosu. Azərbaycanda istifadə edilən seçki qutuları
Arxiv fotosu. Azərbaycanda istifadə edilən seçki qutuları

.

SEÇKİNİ UDMUŞDULAR...

Bir neçə il əvvəlin, daha doğrusu, 2000-ci ilin söhbətidir. Parlament seçkiləri ərəfəsində məndən ölkədəki siyasi mərkəzlərin təhlilini, seçki mühitinin araşdırılmasını xahiş etdilər.

Mən də cəhd etdim və o qənaətə gəldim ki, ölkədəki siyasi müxalifət elə də ümidsiz vəziyyətdə deyil, tam tərsi, xeyli şanslı görünür. İnanın ki, o dönəm müxalifət yetərincə güclü idi. Bu, elə oilkiparlament seçkilərində də təsdiqləndi.

80-ci illərin ictimai-siyasi dalğasında siyasətə gələnlər indi hər yerdə memuar yazır. Azərbaycanda isə “köhnə hamam, köhnə tas” durumudur. ...Siyasi partiyalar get-gedə daha çox qocalar evini xatırladırsa, bundan elə də təəccüblənməyin, çünki bu bir gerçəklikdir...

​İndiisə, heç bir xahişsiz-ricasız, eyni işi görmək, durumu özüm üçün aydınlaşdırmaq istədim. Amma çox ümidsiz bir vəziyyət alındı. Belə vəziyyəti 1988-ci ildən bəri müşahidə etməmişdim. O üzdən builki parlament seçkiləri haqqında danışmağa adamın həvəsi də yoxdur.

Məncə, elə bir vəziyyət yaranıb ki, hakimiyyət seçkini tam qaydalara uyğun keçirə bilər. Amma bunu sınayacaqmı?Qələbəni rəsmiləşdirmək, hakimiyyət partiyasına öz məğlubiyyətini etiraf etdirmək mümkün olmasa da. Müxalifət partiyalarının qələbəsi şübhə doğurmurdu...

BU DA VƏRDİŞDİR, YOXSA...

Qəribədir, siyasi müxalifətin zəif və güclü vaxtlarını görsək də, hakimiyyətin, - güclü də deməyim, - özünəinamlı vaxtını görmək, deyəsən, bizə qismət olmayacaq. Hakimiyyət, böyük ehtimalla, bu dəfə də seçkini “ənənəvi üsullarla” keçirməyə cəhd göstərəcək. Başqa sözlə, seçki məntəqələrinə gələn adamların kimə və necə səs verməsi, elə bir önəm qazanmayacaq...

Bu barədə çox yazmış, səbəbini araşdırmağa çalışmışam. Belə bir qənaətə gəlmişəm ki, bu hakimiyyəti təkcə müxalifət çəkindirmir, o, həmişə olduğu kimi, ümumiyyətlə, düzgün seçki keçirməkdən, seçkilərdə müstəqil adamların qələbəsindən ehtiyatlanır...

Özü seçilən adamın dili uzun olar, axı mandatı sədəqə kimi almayacaq və buna uyğun davranacaq... Belə perspektiv hakimiyyəti çox qorxudur. O səbəbdən ölkə daim müstəqil adamlardan “təmizlənir”, ortada yalnız “buyruq qulları” qalır...

Bəli, kimdəsə elə təsəvvür yaranmasın ki, onu cəmiyyət seçib. Parlamentə və yaxud bələdiyyə şuralarına seçilən hər kəs yalnız və yalnız hakimiyyətə minnətdar olmalıdır. Kim bilmir ki, özü seçilən adamın dili uzun olar, axı mandatı sədəqə kimi almayacaq və buna uyğun davranacaq...

Belə perspektiv hakimiyyəti çox qorxudur. O səbəbdən ölkə daim müstəqil adamlardan “təmizlənir”, ortada yalnız “buyruq qulları” qalır...

Bir maraqlı məqama diqqət yetirin: Hakimiyyətdə, demək olar, parlaq simalar qalmayıb və əsas vəzifələrdə öz siyasi fəaliyyətinin qürub çağını yaşayan insanlar, bir çox hallarda isə, sadəcə, qocalardır...

Amma bir müddət əvvəl belə deyildi və baxırdın ki, bəli, filan məmurun siyasi perspektivi ola bilər. Onların arasında elələri də olurdu ki, onları ən yüksək postlarda belə təsəvvür etmək çətinlik törətmirdi. Bunlar indi arxada qalıb və bir daha qayıtmayacaq keçmişə çevrlib...

BU, ASILI OLMAQ DEYİLSƏ, NƏDİR?

Məncə, müxalifət düşərgəsi də eyni yolla addımladı. Bütün müxalifət siyasəti iki-üç nəfərin ambisiyasına qurban verildi. Sanki hər şey, elə əvvəldən, bu adamların “siyasi karyerası” naminə edilmişdi...

Bir müddət əvvəl belə deyildi və baxırdın ki, bəli, filan məmurun siyasi perspektivi ola bilər. Onların arasında elələri də olurdu ki, onları ən yüksək postlarda belə təsəvvür etmək çətinlik törətmirdi. Bunlar indi arxada qalıb və bir daha qayıtmayacaq keçmişə çevrlib...

“Siyasi karyera” ifadəsini dırnaqda yazıram, axı daha bunu ciddi qəbul etmək çətindir. Ən başlıcası, müxalifətdə yeniliklərə və yeni adamlara start vermək cəsarəti tapılmadı. Hərəyə bir ad yapışdırdılar, sanki müxalif partiyada başçı, yaxud aparıcı sima dəyişsəydi, əvvəlki lider asılı duruma düşəcəkdi. Gülməlidir, deyilmi?!.

Yəni müxalifətin bundan da asılı və zəif halını təsəvvür etmək mümkündür? Necə deyərlər, islanmışın yağışdan nə qorxusu?

Beləcə, ümid yalnız “siyasi sövdələşmə”lərə qalıb. Yalnız sövdələşmələr və hətta deyərdim ki, siyasi alver müxalifəti yenidən gündəmə gətirə bilər. Amma “sövdələşmə” də, “alver” də güclü tərəflə aparılar. Azərbaycan müxalifəti indi güclü tərəf deyil. Belə vəziyyətdən hamı itirir. Nəticədə, müstəqil sözə, müstəqil baxışa, müxalif mövqeyə maraq tükənir...

“MÜXALİFƏT” KƏLMƏSİ UNUDULUR...

Arabir əyalətə yol düşəndə, görürsən ki, insanlar “müxalifət” sözünü də yadırğayıblar. Heç paytaxtda da durum ürəkaçan deyil...

Bəli, məncə, siyasi mühitimiz çox qısırlaşdı. Üzr istəyirəm, ötən dönəmlərdən bəri xeyli “siyasi abort” gördük.

...“sövdələşmə” də, “alver” də güclü tərəflə aparılar. Azərbaycan müxalifəti indi güclü tərəf deyil.

​ Cəmiyyət yeni siyasətçilərə tamarzı qaldı, onların meydana çıxmasına nə hakimiyyət imkan verdi, təəssüf ki, nə də müxalifət.

Amma qonşu Gürcüstanda və Ukraynada siyasi komandalar və siyasi nəsillər ard-arda dəyişdi!..

Azərbaycandakı siyasi palitranı heç bir yerdə görməzsən. 80-ci illərin ictimai-siyasi dalğasında siyasətə gələnlər indi hər yerdə memuar yazır. Hətta Ermənistanda vəziyyət başqa cürdür.

Azərbaycanda isə “köhnə hamam, köhnə tas” durumudur. Demək, böyük ümidlərə də əsas yoxdur. Burada siyasət də, rəhbəri olan bir neçə şəxs kimi, yan-yana qocalır və qocalmağa məhkumdur...

...Siyasi partiyalar get-gedə daha çox qocalar evini xatırladırsa, bundan elə də təəccüblənməyin, çünki bu bir gerçəklikdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, sən də fikirlərini bölüş.

Ən son yazılan

XS
SM
MD
LG