Keçid linkləri

Təcili xəbərlər

Bomba...


«Evlənmək istəyirəm» filmindən kadr
«Evlənmək istəyirəm» filmindən kadr

-

Ə.HAQVERDİYEV SENZORUN QƏZƏBİNƏ NECƏ TUŞ GƏLDİ?..

Adətən, insanlar hər şey haqqında onun nəticəsinə görə mülahizə yürütməyi sevirlər. Prinsipcə, sən çox əlləşib-vuruşa bilərsən, amma bunun ciddi bir nəticəsi olmayacaqsa, ən yaxşı halda sənə acıyacaq, ən pis halda isə səni bir «nooolsun?!» kəlməsiylə mükafatlandıracaqlar...

Bunları niyə dedim? Üstündən xeyli keçsə də, arabir, adamın yadına «Azadlıq» qəzetində işlədiyi dövrlər düşür. Bəli, onda cəmiyyətimizi azad etmək istəyirdik, amma heç özümüz azad ola bilmədik. Bunlar öz yerində. Məncə, az da olsa, etiraflar bizə qarşı acığı azaldar...

O vaxtlar maraqlı hadisələr olurdu. Belə hadisələrdən biri də 1990-cı illərin əvvəlində baş vermişdi. O hadisəni tez-tez xatırlayıram, axı insanlar, zaman-zaman, «Əşi, o vaxtlar bundan yaxşı idi!» deyirlər. Əslində, heç nə dəyişməyib, elə o vaxtlar da belə, bəlkə daha pis idi...

Qərəz, həftə səkkiz- mən doqquz, hər yanda axtarış aparırdılar. Bir gün qəzet redaksiyalarında, ertəsi gün partiya qərargahlarında... Belə axtarışlardan biri təzəcə olmuşdu. Nə edib-etməyəcəyimizi, necə və nə yazacağımızı düşündük, çünki senzura qılıncının dalı da, qabağı da kəsirdi. Nə yazsaydıq, çıxaracaqdılar. Axırda qərara gəldik ki, Ə.Haqverdiyevin «Bomba» hekayəsini, necə var, nöqtəsinə-vergülünə toxunmadan, qəzetdə dərc edək...

Yenə əsl «əcinnə ovu» gedir: gah burada axtarış aparırlar, gah orada. Gah buranı möhürləyirlər, gah oranı. Gah bu QHT-ni bağlayırlar, gah o birini...

Nə başınızı ağrıdım, axşam qəzetin təzə nömrəsini götürüb senzuraya yollandıq. Senzor hekayəni nömrədən çıxardı. Dedi ki, olmaz. Nə qədər «əşi, bu, Ə.Haqverdiyevdir, onu hətta sovet dövründə də dərc edirdilər» desək də, senzor sözündən dönmədi...

Ertəsi gün yenə də həmin hekayəni təzə nömrədə yerləşdirdik. Dedik, bəlkə bu dəfə sovuşdu. Amma yenə eyni hadisə təkrar olundu... Qərəz, beləcə, bir neçə gün cəhd göstərdik, amma Ə.Haqverdiyevin «Bomba» hekayəsini dərc edə bilmədik ki, bilmədik... Təsəvvür edin, sovetlər dönəmində adını hamının əzbər bildiyi adama – Əbdürrəhim bəy Haqverdiyevə qadağa qoymuşdular!..

ƏCİNNƏ OVU...

Bunları niyə deyirəm? Axı 5-6 ay, bəlkə də daha çox olar, ölkədə yenə əsl «əcinnə ovu» gedir: gah burada axtarış aparırlar, gah orada. Gah buranı möhürləyirlər, gah oranı. Gah bu QHT-ni bağlayırlar, gah o birini...

Nə olub, ay balam? Nə baş verir? Səbəb nədir? Heç kim bilmir... İnanın, heç bunları edənlərin özləri də əməlli-başlı bilmirlər ki, nə baş verir?!

Onsuz da Azərbaycanda hamı buna alışıb: bu ölkədə əvvəlcə adamı tuturlar, sonra ona maddə tapır, «iş tikirlər»...

AH, AVROPA, AVROPA...

Bu Avropa Oyunları ərəfəsində siyasət əməlli–başlı isterik forma alıb: gündə bir bəyanat verirlər ki, bəs filan təşkilat, nə bilim, filan əcnəbi oyunları boykot etməyə çağırıb...

Vallah, şəxsən mən özümü çox da məlumatlı adam saymıram, amma gəlib-gedəndən az-maz xəbərim var. Ha cəhd edirəm, gözümə bir şey dəymir...

Bu Avropa Oyunları ərəfəsində siyasət əməlli–başlı isterik forma alıb: gündə bir bəyanat verirlər ki, bəs filan təşkilat, nə bilim, filan əcnəbi oyunları boykot etməyə çağırıb...

İnkar etmirəm ki, prinsipcə, belə bir şey ola bilər. Adətən, dünya hüquq-müdafiə təşkilatları böyük tədbirlər ərəfəsində, yumşaq desək, o qədər də yaxşı reputasiyası olmayan siyasi sistemləri boykot etməyə çağırırlar. Bu, təkcə Azərbaycanla bağlı deyil, problemli ölkələrin hamısı belə münasibətə tuş gəlir...

İndi hüquq müdafiəçilərinin dediyinə görə, ölkədə, azı, 10-15 siyasi məhbus var, özü də əvvəlki illərdən fərqli olaraq, onların arasında çox tanınmış insanlara rast gəlmək mümkündür. Bu insanların böyük qismi bu vaxtadək çox fəal olublar, beynəlxalq təşkilatlarla daim təmas saxlayıblar, tədbirlərdə fəal iştirak ediblər. Heç mümkündürmü ki, beynəlxalq təşkilatlar indi həmin adamların müdafiəsinə qalxmasın?

ÇIXIŞ YOLU YOXDUR?

Bəs vəziyyətdən necə çıxmaq olar? Bunun çox sadə yolu var. Böyük idman tədbirləri həm də böyük bayramdır. Avropa Oyunları ərəfəsində siyasi məhbusları azad etmək olardı. Sayca da elə çox deyillərsə, təxminən 15 nəfərdirlərsə, burda çətin nə var ki?

Doğrusu, mayın 10-dək əfv olacağını düşünürdüm. Olmadı. Olanda da elə olur ki, adamın qanı qaralır - iki-üç siyasi məhbusu cinayətkar cərgəsinə qatıb əfv edir, adına da «humanist addım» deyirlər...

Amma yenə bununla da barışmaq olar. Yetər ki siyasi məhbuslar buraxılsınlar. Hələ vaxt var. Oyunların başlanmasına 28 gün qalıb. Və o günlərin hər birində bu sual aktuallığını qoruyacaq: Görəsən, əfv olacaqmı?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG