-
“ANA!”-- desən, yetər!
(Dünyadan köçən və yaşayan bütün ANAların xatirəsinə)
Tanrı ana bətnindəki körpəyə can verəndə onunla söhbətləşir.
Tanrı deyir:
-Mən sənə can verdim, bir az keçsin, səni başqa bir dünyaya uğurlayacağam.
Körpə soruşur:
-O dünyada nələr var?
- Orda Günəş var, Ay var, meşələr, dağlar var, yaxşı və yaman insanlar var...
- Bəs mən o dünyada yaman insanlardan necə qorunacağam?
- Qəm yemə... Sənə qoruyucu mələk göndərəcəyəm. O, səni bütün bəla, pislik və çətinliklərdən qoruyacaq.
- Kimdir o? Onu necə tanıyacağam?
- Boş ver... Ona “Ana!” – desən, yetər!
8 mart 2015-ci il.