Keçid linkləri

Təcili xəbərlər

Böyük sənətə sən deyə müraciət edənlər...


Yury Lyubimov, 2011
Yury Lyubimov, 2011

-

Gözlə

No media source currently available

0:00 0:04:30 0:00
Direct-ə keçid

HƏTTA BİR PARAQRAFA SIĞSA BELƏ...

Bəlkə də o şeylər ki, bizim üçün - keçmiş sovet gəncliyi üçün dəyərli və əlamətdardır, onlar indiki gənclik üçün bir o qədər də önəm kəsb etmir və ola bilsin, hətta bir az da maraqsız görünür...

Təbii ki, indi tamam başqa dövrdür. Amma bu dövrün dəyərləri, kumir hesab edilən şəxsləri kimdir, təəssüf ki, bunu müəyyən etmək elə də asan deyil.
Ona görə ki, “SMS dili”ndə danışan, telefonu və kompyuteri artıq beyninin bir hissəsinə çevirmiş gənclərin önəm verdiyi dəyərlər, sayğı göstərdiyi kumirlər və ideallar hələ ciddi şəkildə araşdırma mövzusu olmayıb...

Amma həmişə belə hesab etmişik ki, konkret bir zaman kəsiyinə sığmayan mədəniyyət hadisələri və xadimləri də olur. Düşünmüşük ki, onlar bütün vaxt intervallarında maraq kəsb edir...

Yuriy Lyubimov-un ilk müsahibələrinin birində dediyi “Mən tamaşaçının rəyinə heç tüpürmək də istəmirəm, tamaşanı mən qoyuram!” fikri məni bir azca sarsıtmışdı da. Mən də özümü həmin tamaşaçılardan biri hesab ediridim. Deməli, o, mənim rəyimə də tüpürmək istəyirdi...

Ona görə də eşidəndə ki, tanınmış rejissor Yuriy Lyubimov vəfat edib, bu, bizə bir zəng kimi göründü. Məsələ bundadır ki, bu insanların timsalında elə həqiqətən də bir era başa çatır.

Sonralar bu eranı necə anacaqlar, ona hansı dəyər verəcəklər, bunu bilmirik.
Bəlkə də 70 illik dövr tarix dərsliklərində bir paraqrafa sığacaq. Bilmirik. İndi bunu demək olduqca çətindir...

Amma hiss edirik ki, o dövrdən də müəyyən şeylər götürmək lazım gələcək.

Dirindən fikirləşəndə, axı nə fərqi var ki? Heç xüsusi önəmi varmı ki, bəzi böyük musiqiçilər, böyük sənətkarlar və böyük ədiblər hansı dövrdə yaşayıb- yaradıblar?

NİZAMİ DƏ ŞAHLARIN DÖVRÜNDƏ YARATMIŞDI...

Doğrudanmı, Dmitriy Shostakovich-in simfoniyalarına qulaq asanda adamın ağlına gələn ilk fikir bu böyük bəstəkarın hansı dövrdə və hansı bir rejimdə yaşaması olur?

Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası

Deyilənə görə, musiqinin, kinonun və ədəbiyyatın öz dili və öz sehri var. Bir çox halllarda bu dil, bu sehr bir dövrün və hətta bir siyasi sistemin çərçivəsinə sığmır...

Axı Nizami, Nəsimi və Füzuli də “gündən-günə çiçəklənən demokratik ölkədə” yaşayıb-yaratmayıblar. Amma buna rəğmən biz onların yaradıcılığına böyük önəm veririk...

Ona görə ki, onlar öz yaradıcıqlarında bir meyar biliblər - əsl sənət meyarı...

Razıyıq, sovet dövründə yazılanların, çəkilənlərin və göstərilənlərin bir hissəsi kənara tullanacaq.

Buna şübhə yoxdur. Onların arasında hətta elələri olacaq ki, bu gün siyasi konyunktura baxımından çox təbliğ olunur və yad edilir. Amma Qara Qarayev və Fikrət Əmiriov qalacaq, “Dəli Kür” qalacaq və “Axırıncı aşırım” qalacaq...

Sovet dövründə iki teatr və kino əfsanəsi vardı - biri Yuriy Lyubimov, biri də Andrey Tarkovsky idi... Onlar o dövrün dissidentləri idi. Ən azı bu detalın özü bir çox mətləblərə işıq salır. Baxmayaraq ki, tək dissident olmaq hələ hər şey demək deyil. Amma onların hər ikisi sənətin dissidenti idi...

Bu adamlar sovet realizmini qəbul etməyənlər, öz sənətini yaşayanlar idi. Mən Yuriy Lyubimov haqqında təbii ki, ilk dəfə rus tələbə yoldaşlarımdan eşitmişdim.

Çində hətta şairlər və filosoflar məşhurlaşanda imzalarını dəyişirlərmiş, çünki məşhurluq onlara yazıb-yaratmağa mane olurmuş...

​Amma sonradan, o, bir daha Sovet İttifaqına qayıdarkən bu adama daha diqqətli oldum və onun dediklərini, onun haqqında yazılanları, deyilənləri izləməyə çalışıdım.

Onun ilk müsahibələrinin birində dediyi bir fikir - “Mən tamaşaçının rəyinə heç tüpürmək də istəmirəm, tamaşanı mən qoyuram!” sözləri məni bir azca sarsıtmışdı da. Ona görə ki, mən də həmin tamaşaçılardan biri hesab ediridim özümü. Deməli, o, mənim rəyimə də tüpürmək istəyirdi...

MƏŞHUR OLMAQ ASANDIRMI?

Amma sonradan başa düşdüm ki, böyük sənətə “sən” deyə müraciət edənlərin hamısı belədir. Bizə elə gəlir ki, məşhurların hamısı bu məşhurluqdan xoşlanır. Amma belə deyil.

Bu məşhurluq deyilən anlayış böyük sənətkarlara hətta əziyyət verir və yaşamağa mane olurdu. Yalnız meşşanlar belə düşünür ki, məşhur olmaq çox gözəl şeydir...

Nizami, Nəsimi və Füzuli də “gündən-günə çiçəklənən demokratik ölkədə” yaşayıb-yaratmayıblar. Amma buna rəğmən onlar öz yaradıcıqlarında bir meyar biliblər - əsl sənət meyarı...

Bir dəfə oxumuşdum ki, Çində hətta şairlər və filosoflar məşhurlaşanda imzalarını dəyişirlərmiş, çünki məşhurluq onlara yazıb-yaratmağa mane olurmuş...

Yaradıcı insan üçün hər bir yaradıcılıq aktı yenidir. Ona elə gəlir ki, birinci dəfə piano arxasına keçir, birinci dəfə dirijot çubuğunu götürür, birinci dəfə öz əlinə qələm alır. Biz də həmişə bu kredonu qəbul etmişik. Düşünürük ki, jurnalist-publisist də hər yazısını elə yazmalıdır ki, sanki birinci yazısını yazır.
Belə olmasa sənət, peşə alınmaz. Ona görə də Yuriy Lyubimovun bir az əvvəldə qeyd etdiyimiz fikrinə qayıtmaq istərdik.

Məsələ bundadır ki, bir müddət keçəndə hər bəstəkar, rejissor və ədib haqqında bir obraz və qəlib formalaşır. İnsanlar həmin sənətkardan yalnız bu qəilbdən sənət gözləyir. Sənətkar isə hər dəfə əvvəl deyə bilmədiyi yeni bir söz deməyə çalışır...

Rejissor Yuriy Lyubimov da belələrindən idi. Hər dəfə yeni söz deməyə cəhd edən bir sənətkar - La Skalada tamaşaya quruluş vermiş rejissor...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG