Keçid linkləri

Təcili xəbərlər

Nobel mükafatı beyində «daxili GPS sistemi»ni tapanlara verilir


Soldan sağa: John O'Keefe, May-Britt Moser, Edvard Moser
Soldan sağa: John O'Keefe, May-Britt Moser, Edvard Moser

-

2014-cü il fiziologiya və tibb üzrə Nobel mükafatına ABŞ-Britaniya alimi John O’Keefe və norveçli 2 alim - May-Britt Moser və Edvard Moser layiq görülüb.

Onlar beyində insanın fəzada mövqeyini müəyyənləşdirən hüceyrələr tapıblar.

Qaliblər haqda qərarda deyilir ki, onların kəşfi filosofların və alimlərin əsrlərlə düşündükləri problemi həll edir. "Beyin bizi əhatə edən fəzanın xəritəsini necə yaradır? Biz mürəkkəb ətraf mühitdə necə naviqasiya edirik?"

Kəşf olunan hüceyrələr beyində mövqenin müəyyənləşməsi sisteminə cavab verir. Bu sistem beyində "daxili GPS sistemidir".

Qərarı İsveçin Karolinska İnstitutu oktyabrın 6-da elan edib.

Bu ilki Nobel mükafatı 8 milyon İsveç kronu və ya 1 milyon 100 min dollardır.

Edvard və May-Britt Moserlər ər-arvaddırlar.

İlk dəfə 1971-ci ildə O'Keefe sistemin ilk hissəsini-xüsusi hüceyrələri kəşf edib. Bu hüceyrələr xəritəni yaratmağa kömək edir.

2005-ci ildə isə Moserlər bu sistemin digər hissəsini tapdılar. Onların kəşf etdiyi hüceyrələr koordinasiya sistemini yaradır.

Yeni qaliblərin kəşfləri Qərbdə hər il yüz milyardlarla dollar xərclənən Alzheimer xəstəliyi ilə mübarizədə də böyük rol oynaya bilər. Çünki bu xəstəliyə tutulanlar çox vaxt məhz yolu itirirlər.

Ən son yazılan

XS
SM
MD
LG