-
Avqustun 12-də riyaziyyat sahəsində nüfuzlu beynəlxalq "Fields Medal"ının gənc ABŞ professoru Maryam Mirzakhani-yə verilməsi barədə xəbər yayılandan dərhal sonra 37 yaşlı alimin mənşəyi Azərbaycanda çox maraq doğurdu. Bəzi media qurumları bu mükafatın ilk qadın laureatı olan Mirzakhani-nin İran Azərbaycanlısı olduğunu yazdı.
Məsələyə aydınlıq gətirmək üçün AzadlıqRadiosu bilavasitə Maryam xanımın özünə üz tutub. Medianın xəbərlərini təkzib edən Mirzakhani deyib:
- Bildiyim qədər, mənim Azərbaycanla heç bir bağlılığım yoxdur. Ailəmdə Azərbaycanlı mövcud deyil, nənə-babalarım Tehran yaxınlığında yerləşən kənddəndirlər”.
Onun Azərbaycanlı olmasına dair məlumatların haradan qaynaqlanmasından xəbərsizliyini bildirən gənc professor əlavə edir:
“Əlbəttə ki, Tehranda böyüdüyüm üçün mənim çoxlu və yaxşı Azərbaycanlı dostlarım var və mən Azərbaycan kültürünə böyük hörmət bəsləyirəm. Bütün hallarda, hesab edirəm ki, belə məsələlərin əhəmiyyəti böyükdür”.