Keçid linkləri

Təcili xəbərlər

Hər inqilabın bir Robespierre-i, bir Foushe-si olur...


Fransa inqilabı
Fransa inqilabı

-

Gözlə

No media source currently available

0:00 0:04:11 0:00
Direct-ə keçid

ÜÇÜNCÜ YOL VARMI?

Düz 225 il bundan əvvəl iyulun 14-də Bastiliyanın alınması ilə Böyük Fransa İnqilabı başladı. İnsanlar «Azadlıq, bərabərlik, qardaşlıq!» şüarları ilə küçələrə, meydanlara axışdılar. Avropa və dünya siyasətində yeni era başladı...

O vaxt bəlkə də heç kim bilmirdi ki, bu inqilab haqqında yüzlərlə kitab yazılacaq, o vəsf ediləcək və lənətlənəcək. Amma hamı onun adındakı Böyük sözünü etiraf edəcək. Bu, həqiqətən də Böyük İnqilab idi - bunu hamı etiraf edirdi...

O vaxtdan sonra çox inqilablar oldu. Onlara bu günə qədər təsadüf olunur. Amma hamı bu günə qədər bir sual üzərində baş sındırır: inqilablar nə qədər zəruridir?

Hələ bu suala cavab tapan olmayıb. Ona görə ki, hələ də bəşəriyyət böyük dəyişikliklərin yalnız iki yolunu bilir: islahatlar və inqilablar... Üçüncü yolun tərəfdarları, üçüncü yol uydurmaq istəyənlər də var...

İnqilab nə qədər dinc, nə qədər «məxməri» olsa da o, özündə çox kiçik həddə olsa da, bu aqibəti yaşadır.

Amma o yerdə ki, üçüncü yol uydurmaq istəyirlər, orada gec-tez, labüdən inqilab baş verir. İnqilab istəməyənlərin bu günə qədər bir çarəsi məlumdur və hələ ki, başqa yol tapılmayıb: kim inqilab istəmirsə, zəhmət çəkib islahat aparsın...

BÜTÜN İNQİLABLAR BİRİ-BİRİNƏ BƏNZƏYİR...

Bir daha deyirik ki, inqilabları sevənlər də var, lənətləyənlər də. Bəlkə də ona görə ki, bütün inqilabların bir Maximilien Robespierre-i və bir də Joseph Fouche-si olur. İnqilab nə qədər dinc, nə qədər «məxməri» olsa da o, özündə çox kiçik həddə olsa da, bu aqibəti yaşadır.

Yazıçı Stefan Zweig-in məşhur əsəri var. Adı da «Fouche»dir. Əsərdə yazıçı Fransa inqilabının bəzi məqamlarını, Foche - Robespierre qarşıdurmasını təhlil etməyə çalışıb.

Amma düşünürük ki, bu qarşıdurma iki şəxsin qarşıdurmasından daha dərin idi. Bütün inqilablar idealizmlə (Pobespierre) realizmin (Fouche) çarpışması, vuruşması deməkdir. Robespierre idealist idi, o, insanları başa düşmürdü, ən kiçik ideya belə ona insan həyatından əzəl, önəmli idi. Amma Foushe bunun tərsi idi. Onun üçün ideya önəmli deyildi. O, adi insanı, onun ehtiyaclarını, zəifliklərini daha yaxşı başa düşürdü, çünki realist idi.

Bu mənada Robespierre yalnız inqilabçıların, özü də idealist inqilabçıların lideri idi. Amma Fouche-nin bazası daha böyük idi, çünki realizmə söykənirdi – o, gözəl bilirdi ki, Bastiliyaya hücum edənlərin heç də hamısı axıra, sona qədər idealist deyillər, onlara da adi insanlar kimi zəifliklər xasdır. Ona görə də Foushe axırda Robespierre-ə qalib gəldi.

İNQİLAB VƏ ƏKS-İNQİLAB BİRGƏ DOĞULUR...

Ümumiyyətlə, bütün inqilabların bətnində əks-inqilab olur, o, inqilabı təqib edir, daban-dabana onun ardınca gedir, inqilab idealistləşdikcə, ayaqları, dayaqları Yerdən üzüldükcə əks-inqilab daha realist olur...

Bu analogiyanı başqa inqilablara da şamil etmək olar. Vacib deyil ki, mütləq hər yerdə gilyotinlər qurulsun, dar ağacları basdırılsın. İnqilablar bunsuz da dramatik ola bilir. Ən əsası inqilabın bətnində idealizmlə realizmin, inqilabla əks-inqilabın çarpışmasıdır.

Trotsky ilə Stalin-in qarşıdurması yadınıza gəlirmi? Birinci idealist idi, permanent dünya inqilabının tərəfdarı idi, həm də düşünürdü ki, hamı onun kimi qəhrəmandır. Amma sovet Foushe-si-Stalin daha realist idi. O, adi rusu, o vaxt deyildiyi kimi, adi rus «mujiki»ni daha yaxşı başa düşürdü. Ona görə də qalib gəldi...

İnqilab qəhrəmanlıqdan başlayır. Ona görə də birinci, ilk olaraq Robespierre peyda olur. O, o qədər idealist olur ki, onun köməyilə inqilab başlayır özünün balalarını yeməyə.

Həm bu detal, həm də hamının idealist və qəhrəman ola bilməməsi ona gətirib çıxarır ki, bir gün Foushe peyda olur. O, Robespierre-lərin, idealistlərin yorduğu insanların müdafiəçisinə, hamisinə çevrilir. İnsan kütləsi əvvəlcə onun timsalında hansı bir şərin gizləndiyini duya bilmir, onlara elə gəlir ki, Foushe onları daha yaxşı duyur...

İNQİLABLARIN İKİ QANUNU

Ona görə ki, Fouche iki qanunu bilirdi. Birinci qanun bu idi ki, inqilab əbədi davam edə bilməz, insanlar gec-tez yorulur, sakit, adi həyata qayıtmaq istəyir.

İkinci qanun isə odur ki, insanların heç də hamısı qəhrəman olmur. Əksər hallarda onlar bir despotu ona görə devirirlər ki, onun əvəzinə başqa birisini taxt-taca çıxarsınlar...

Robespierre-lər bunu heç vaxt başa düşmür. Onlara elə gəlir ki, insanların hamısı idealist və qəhrəman olur. Ən başlıcası isə onlar düşünür ki, inqilablar əbədi davam etməlidir...

Trotsky ilə Stalin-in qarşıdurması yadınıza gəlirmi? Birinci idealist idi, permanent dünya inqilabının tərəfdarı idi, həm də düşünürdü ki, hamı onun kimi qəhrəmandır. Amma sovet Foushe-si-Stalin daha realist idi. O, adi rusu, o vaxt deyildiyi kimi, adi rus «mujiki»ni daha yaxşı başa düşürdü. Ona görə də qalib gəldi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG