-
SİYASƏT OYUN OLSA DA...
Bütün böyük siyasətçilərin davranışında aktyorluq elementləri olsa da böyük aktyorların heç də hamısına siyasətçi olmaq müyəssər olmur.
Nədənsə indiki geosiyasi vəziyyət və ondan bir çıxış yolu kimi fərz edilən soyuq müharibə və bir də bu müharibəni artıq bir dəfə finala çatdırmış keçmiş ABŞ prezidenti Ronald Reagan haqqında düşünərkən ağlımıza gələn ilk fikir bu oldu.
Bəli, lap uzaq keçmişdə yunan filosofu Plato da deyirdi ki, həyat bir oyundur. Bütün həyatı və bütün insanları bu rolda təsəvvür etmək elə də asan olmasa da siyasət haqqında düşünürkən görürsən ki, o, haqlı imiş.
ABŞ-da 40-dan çox prezident olub. Amma onların çox azı haqqında «Bəli, o dahi idi!» deyirlər. Belələrindən biri də Ronald Reagan idi.
İyun ayında bu adamın ölümündən 10 il keçsə də indi onun haqqında yazmaq fikrində deyilik. Ən azı ona görə ki, xarici nəşrlərdən biri bu adam haqqında elə bu günlərdə gözəl bir yazı dərc etmişdi.
Ronald Reagan bizi daha çox soyuq müharibə konteksində düşündürür. Bəli, məhz o, ilk dəfə SSRİ-ni «şər imperiyası» adlandırdı və «Mən bəşəriyyəti bu bəladan-soyuq müharibədən qurtaracağam!» dedi və qurtardı da...
O, soyuq müharibəni bir bəla adlandırırdı. Bəlkə də buna görə indi ABŞ siyasətçiləri bu ifadəni təkrar etməyə bir az ehtiyat edir, baxmayaraq ki, hamı ABŞ prezidenti Barack Obamanın çıxışlarında, bəyanatlarında Winston Churchill-in məşhur Fulton nitqinin izlərini axtarır.
Barack Obama Vladimir Putinə münasibətinin kəskin şəkildə soyduğunu inkar etmir, hətta Normandiyaya qoşun çıxarılmasının 70 illiyinə həsr olunmuş tədbirlərdə o, Rusiya prezidenti ilə bir araya gəlmədi, Fransa prezidenti onların hər ikisini ayrılıqda qəbul etməli oldu.
Amma bütün bunlara rəğmən Barack Obama Rusiyaya qarşı indi yürüdülən siyasəti soyuq müharibə adlandırmağa tələsmir.
O, niyə belə edir? İndi soyuq müharibə mümkündürmü? Barack Obama niyə öz keçmiş həmkarı Ronald Reaganı yada salmır?
OBAMA NİYƏ REAGAN-DAN ÖYRƏNMƏK İSTƏMİR?
Bəri başdan deyək ki, Rusiya ilə adi, isti müharibə aparmaq qeyri-mümkündür. Onun nüvə potensialı SSRİ-nin müvafiq potensialından 4-5 dəfə kiçik olsa da hələ də Rusiya qüdrətli nüvə dövləti hesab edilir.
Elə soyuq müharibə də asan məsələ deyil. Bu ifadə də müharibə sözü işlənir.
Bəlkə də siyasətçiləri bu addımdan çəkindirən də elə budur. Amma təbii ki, burada başqa amillər də var.
ABŞ prezidenti Barack Obama bir dəfə dedi ki, Rusiya əvvəlki kimi fövqəldövlət deyil, o, hansısa qlobal ideyanın da daşıyıcısı hesab edilmir. Bu sözlərdə müəyyən qədər həqiqət var.
Kommunizm bir ideya idi, bu ideya bütün dünyanın həyat tərzini, iqtisadi ukladını dəyişməyə iddialı idi, qərəz, o, bir növ qlobal təhlükə idi. İndi Rusiya bu ideyanın daşıyıcısı rolunda çıxış etmir, halbuki Valdimir Putin özünün sovet dəyərlərinə olan rəğbətini də gizlətmir.
Amma fakt faktdır, kommunizm artıq yoxdur, onu dirçəltməyə meyl edən qlobal qüvvə də görünmür. Bəs ortalıqda nə var? Rusiyada da bazar iqtisadiyyatı hökm sürür, o, qeyri-totalitar bir ölkədir...
Ona görə də Barack Obamanın Ronald Reagandan öyrənmək istəməməsinin səbəblərini başa düşmək elə də çətin məsələ deyil – indi dünya ideoloji sədlə iki hissəyə bölünməyib, ortalıqda kəskin ideoloji qarşıdurma yoxdur...
KİMİNİN GÖZÜNƏ SSRİ GÖRÜNÜR, KİMİNİN DƏ...
Amma problem də var. ABŞ da bu problemlərə daha çox regional münaqişələr kimi baxır. Təbii ki, Rusiyanın bu cür münaqişələr yaratmaq imkanlarını məhdudlaşdırmaq üçün ABŞ və Avropa dövlətləri müəyyən sanksiyalar tətbiq edirlər. Amma bu, hələ qlobal soyuq müharibə deyil.
İndi yaranmaqda olan Avrasiya İqtisadi Birliyi ilə bağlı da fövqəl qorxu hiss edilmir. Gəl, hətta SSRİ-ni ləğv etmiş insanlardan biri, keçmiş Belarus lideri Stanislav Shushkevich kimi adam da burada elə həmin SSRİ-ni bərpa etmək cəhdini görür.
Amma Qərbin buna münasibəti bir qədər fərqlidir. Onlar yaranmış birliklərə, regional ittifaqlara bir rəqabət elementi kimi baxırlar.
Təbii ki, bu yanaşmalarda bir arxayınlıq elementləri duyulur.
Düzdür, Rusiya öz iqtisadiyyatına görə Almaniya olmasa da artıq qeyd etdiyimiz kimi, onun çox böyük nüvə potensialı var və Rusiya özünün hərbi potensialı ilə ən azı ona yaxın olan dövlətlər üçün təhlükədir.
Amma nə etmək olar? Böyük dövlətlər hələki böyük soyuq müharibəyə start vermək istəmirlər. Onlar hətta bu ifadəni işlətməməyə çalışırlar. Amma buna rəğmən Rusiya öz siyasətindən əl çəkmir. Keçmiş SSRİ-nin az qala bütün ölkələrinin ərazisində etnik münaqişə ocaqları yaranıb. Məgər bu, qlobal və regional təhlükəsizlik üçün təhdid deyilmi?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
SİYASƏT OYUN OLSA DA...
Bütün böyük siyasətçilərin davranışında aktyorluq elementləri olsa da böyük aktyorların heç də hamısına siyasətçi olmaq müyəssər olmur.
Nədənsə indiki geosiyasi vəziyyət və ondan bir çıxış yolu kimi fərz edilən soyuq müharibə və bir də bu müharibəni artıq bir dəfə finala çatdırmış keçmiş ABŞ prezidenti Ronald Reagan haqqında düşünərkən ağlımıza gələn ilk fikir bu oldu.
Bəli, lap uzaq keçmişdə yunan filosofu Plato da deyirdi ki, həyat bir oyundur. Bütün həyatı və bütün insanları bu rolda təsəvvür etmək elə də asan olmasa da siyasət haqqında düşünürkən görürsən ki, o, haqlı imiş.
ABŞ-da 40-dan çox prezident olub, amma onların çox azı haqqında «Bəli, o dahi idi!» deyirlər
İyun ayında bu adamın ölümündən 10 il keçsə də indi onun haqqında yazmaq fikrində deyilik. Ən azı ona görə ki, xarici nəşrlərdən biri bu adam haqqında elə bu günlərdə gözəl bir yazı dərc etmişdi.
Ronald Reagan bizi daha çox soyuq müharibə konteksində düşündürür. Bəli, məhz o, ilk dəfə SSRİ-ni «şər imperiyası» adlandırdı və «Mən bəşəriyyəti bu bəladan-soyuq müharibədən qurtaracağam!» dedi və qurtardı da...
O, soyuq müharibəni bir bəla adlandırırdı. Bəlkə də buna görə indi ABŞ siyasətçiləri bu ifadəni təkrar etməyə bir az ehtiyat edir, baxmayaraq ki, hamı ABŞ prezidenti Barack Obamanın çıxışlarında, bəyanatlarında Winston Churchill-in məşhur Fulton nitqinin izlərini axtarır.
İndi soyuq müharibə mümkündürmü?
Amma bütün bunlara rəğmən Barack Obama Rusiyaya qarşı indi yürüdülən siyasəti soyuq müharibə adlandırmağa tələsmir.
O, niyə belə edir? İndi soyuq müharibə mümkündürmü? Barack Obama niyə öz keçmiş həmkarı Ronald Reaganı yada salmır?
OBAMA NİYƏ REAGAN-DAN ÖYRƏNMƏK İSTƏMİR?
Bəri başdan deyək ki, Rusiya ilə adi, isti müharibə aparmaq qeyri-mümkündür. Onun nüvə potensialı SSRİ-nin müvafiq potensialından 4-5 dəfə kiçik olsa da hələ də Rusiya qüdrətli nüvə dövləti hesab edilir.
Elə soyuq müharibə də asan məsələ deyil. Bu ifadə də müharibə sözü işlənir.
Bəlkə də siyasətçiləri bu addımdan çəkindirən də elə budur. Amma təbii ki, burada başqa amillər də var.
Valdimir Putin özünün sovet dəyərlərinə olan rəğbətini də gizlətmir
Kommunizm bir ideya idi, bu ideya bütün dünyanın həyat tərzini, iqtisadi ukladını dəyişməyə iddialı idi, qərəz, o, bir növ qlobal təhlükə idi. İndi Rusiya bu ideyanın daşıyıcısı rolunda çıxış etmir, halbuki Valdimir Putin özünün sovet dəyərlərinə olan rəğbətini də gizlətmir.
Amma fakt faktdır, kommunizm artıq yoxdur, onu dirçəltməyə meyl edən qlobal qüvvə də görünmür. Bəs ortalıqda nə var? Rusiyada da bazar iqtisadiyyatı hökm sürür, o, qeyri-totalitar bir ölkədir...
Ona görə də Barack Obamanın Ronald Reagandan öyrənmək istəməməsinin səbəblərini başa düşmək elə də çətin məsələ deyil – indi dünya ideoloji sədlə iki hissəyə bölünməyib, ortalıqda kəskin ideoloji qarşıdurma yoxdur...
KİMİNİN GÖZÜNƏ SSRİ GÖRÜNÜR, KİMİNİN DƏ...
Amma problem də var. ABŞ da bu problemlərə daha çox regional münaqişələr kimi baxır. Təbii ki, Rusiyanın bu cür münaqişələr yaratmaq imkanlarını məhdudlaşdırmaq üçün ABŞ və Avropa dövlətləri müəyyən sanksiyalar tətbiq edirlər. Amma bu, hələ qlobal soyuq müharibə deyil.
İndi yaranmaqda olan Avrasiya İqtisadi Birliyi ilə bağlı da fövqəl qorxu hiss edilmir. Gəl, hətta SSRİ-ni ləğv etmiş insanlardan biri, keçmiş Belarus lideri Stanislav Shushkevich kimi adam da burada elə həmin SSRİ-ni bərpa etmək cəhdini görür.
Amma Qərbin buna münasibəti bir qədər fərqlidir. Onlar yaranmış birliklərə, regional ittifaqlara bir rəqabət elementi kimi baxırlar.
Böyük dövlətlər hələki böyük soyuq müharibəyə start vermək istəmirlər