Keçid linkləri

Təcili xəbərlər

Cümhuriyyət dövrünün məmurları ilə indiki məmurları müqayisə etmək olarmı?


Azərbaycan parlamenti - 1918
Azərbaycan parlamenti - 1918
-
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00
Direct-ə keçid

GERÇƏK SƏBƏB SOMA FACİƏSİ İDİMİ?

Azərbaycanın xarici ölkələrdəki səfirliklərində Respublika Gününə həsr olunmuş tədbirlərin Soma faciəsilə bağlı təxirə salındığı deyilsə də əslində elə bir kütləvi tədbir də planlaşdırılmırdı. Səbəb də çox sadədir - 28 May hakimiyyətin önəm verdiyi bayramlardan deyil.

Düzdür, 28 May ərəfəsində əfv sərəncamı imzalandı. Amma bu vaxta qədər adları siyasi məhbus kimi hallanan insanların əksəriyyətinə həmin siyahıda təsadüf edilmədi.

2014-cü il birinci Respublika xadimləri və günü baxımından, ümumiyyətlə, çox əlamətdar idi.

İlin lap əvvəlində milli azadlıq hərəkatının liderləri Məmməd Əmin Rəsulzadə və Əli bəy Hüseynzadənin yubileyləri oldu. Di gəl ki, həmin yubileylər elə ötəri, elə səthi qeyd olundu ki, tarixə hörmət bəsləyən vətənpərvər insanların çarəsiz halda köks ötürməkdən savayı yolu qalmadı.

Amma elə bayramlar var ki, mövcud siyasi konyunktura nə qədər cəhd etsə də onların önəmini azalda bilmir, susmaqla, sükutla onları unutdurmağa çalışırlar və düşünürlər ki, bununla onların önəmini azaldırlar.

Amma əbəsdir. Elə bayramlar var ki, onlar həmişəyaşardır, çünki tarixin xoş məqamında baş veriblər. 28 May da belə bayramlardan biridir.

İndiki hakimiyyətin birinci Respublika ilə bağlı tarixlərə soyuq yanaşmasının səbəbləri haqda çox düşünmüşük. Bu, nədir? Qısqanclıq, psixoloji maneə, savaş, yoxsa başqa bir şey?

KEÇMİŞİ SEVMİRLƏR, ÇÜNKİ KEÇMİŞDƏKİLƏR KİMİ OLA BİLMİRLƏR...

Dəqiq cavabını bilmirik. İdeologiya sözünü sevməsək də, onsuz dövlət və elə cəmiyyət də olmur. İdeologiyada maraqlı bir mıqam var.
“Xalqımız onsuz da şahsevən xalqdır!” deyərək prezident olmaqdan imtina edən Məmməd Əmin Rəsulzadə hakimiyyət xatirinə hər şeyə gedə bilən və hər şeyə hazır olan indiki məmurlar üçün örnək ola bilərmi?

Siyasi liderlər və siyasi ideologiyalar özlərini sınanmış, tarixin imtahanından keçmiş hadisələrə və proseslərə proyeksiya edirlər ki, daha yaxşı qəbul olunsunlar, daha yaxşı oturuşa bilsinlər.

Bu günün hakimiyyəti özünü istiqlalçı hesab edir. Amma istiqlaliyyətlə bağlı birinci Respublikadan daha çox sınanmış proses varmı?

Bəs, onda onu niyə bir çox hakimiyyət təmsilçiləri inkar edirlər? Burada ən yaxşı cavab bəlkə də odur ki, onlar ideya insanları deyillər. Doğrudan da, kiçik bir ittihama görə baş nazir postundan istefa verən Fətəli xan Xoyski milyardlar mənimsəmiş indiki məmurlar üçün örnək ola bilərmi?

“Xalqımız onsuz da şahsevən xalqdır!” deyərək prezident olmaqdan imtina edən Məmməd Əmin Rəsulzadə hakimiyyət xatirinə hər şeyə gedə bilən və hər şeyə hazır olan indiki məmurlar üçün örnək ola bilərmi?

Bütöv bir xalqın milli kimlik, milli özünü tanıma problemini həll etmiş Əli bəy Hüseynzadə öz milli kimliklərini hələ də müəyyən edə bilməmiş bəzi məmurlara örnək ola bilərmi?...

Məsələ də ondadır ki, ola bilməz. İndi bütün siyasi postları bir-bir gözdən keçiririk - bu postda filankəs olmuşdu, bu postda isə filankəs idi. İndi kim bu postlara sahib olub?

Keçmiş sovet ölkələrində siyasi və iqtisadi islahatlar başlayanda politoloq Zbigniew Brzezinski bu prosesin natamamlığını çox düzgün sezmişdi. Həqiqətən də elə yeri gəldi-gəlmədi deyirik ki, siyasi islahatlar aparılmır. Amma kim aparmalıdır bu islaharları? Dünənə qədər sovetlərə məmurluq edənlərmi?
İndi yeni dövlətlərdə hakimiyyətdə olan kommunistlər demirik ki, kommunizm üçün sinov gedirlər. Amma müstəqillik onlara özlərini ağa kimi hiss etməyə, super həyat yaşamağa, başqalarını istismar etməyə imkan verir...

Tez-tez deyirik ki, tarixə qiymət verilmir. Amma kim verməlidir bu qiyməti? Dünənə qədər partiya tarixi yazanlarmı? Bəlkə onlar üçün tarix elə indi də partiya tarixidir?


Bəzən deyirlər ki, əgər müxalifət bəzi tarixi simvolları mənimsəməsəydi onlara hakimiyyətin münasibəti fəqrli olardı.

Düzdürmü? Əslində ortaq dəyər həmişə birləşdirici məqam kimi çıxış edir.

Əgər bu gün Azərbaycanda həm hakimiyyəti, həm də müxalifəti birləşdirən məqamlar olsaydı buna yalnız sevinmək olardı.

Amma sanki hakimiyyət belə ortaqlığı qəbul etmək istəmir, çünki real müxalifətin olmasını arzulamır.

DE-KOMMUNİZASİYA AKTI OLSAYDI...

Bu vəziyyətə nə son qoya bilərdi? Polşada mütərəqqi insanlar uzun müddət de-kommunizasiya aktını qəbul etdirməyə çalışdılar. Bu aktın qəbul ediləcəyi təqdirdə kommunist partiyasının üzvü olmuş adamlar vəzifə tuta bilməyəcəkdilər. Bunun hansısa mənəvi əsası vardımı? Vardı. Ona görə ki, kommunizm müstəmləkə və anti-demokratiya ideologiyası idi.

Sonrasını bilmədim. Bilmədim ki, polyaklar həmin aktı qəbul etdirə bildilər, ya yox? Deyəsən, qəbul etdirə bilmədilər. Amma Baltik ölkələrində de-yure olmasa da, de-fakto bu akt qüvvədə idi.

İndi yeni dövlətlərdə hakimiyyətdə olan kommunistlər demirik ki, kommunizm üçün sinov gedirlər. Yox, müstəqilliyin bəzi tərəfləri, cəhətləri onlara hətta xoş gəlir. Amma məsələ də ondadır ki, tam müstəqillik yox, yalnız onun bəzi cəhətləri - o cəhətləri ki, özünü ağa kimi hiss etməyə, super həyat yaşamağa, başqalarını istismar etməyə, onları əsarətdə saxlamağa imkan verir...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG