-
Ötən yazıda bu suallara cavab axtaracağımızı vəd etmişdim: «Troll» niyə yarandı, onu kim xoşlayır, onsuz ötüşmək olmaz? «Troll»un, özəlliklə troll jurnalistin nə ziyanı var, kimə ziyanı var?
TROLL JURNALİSTİN SUALI: «BİR SAAT ƏVVƏL ÖVLADINIZI İTİRDİNİZ, NƏ HİSS ETDİNİZ?»
Artıq bilməyənlər də bilir ki, bütün qüvvə və bacarığını müsahibinin haldan çıxmasına, təmkinini itirməsinə, kütlə adamına çevrilməsinə sərf edən jurnalist «troll»dur. Müsahibi, həmsöhbəti özünü itirib, ağzından da nəsə uyğunsuz bir söz, ya fikir çıxarınca, «troll» jurnalist əsl «bomba»sını indi partladaraq trolluğunu sona çatdırır. Birdən-birə mədəni davranış yada düşür və belə jurnalist sanki barmağıyla müsahibi göstərib deyir: – Bu da güvəndiyiniz filan adam!.. Görün necə gericil və tərbiyəsizmiş!..
Hövsələdən çıxan müsahib doğrudan da çox da abırlı görünmür. Qaba davranıb? Davranıb! Filan sözü deyib? Deyib! Jurnalistin çox sakit və tərbiyəli şəkildə soruşduğu «Ananız niyə 2-ci dəfə ərə gedib?» sualından yayınıb? Yayınıb! Prezidentliyə hansı namizədə səs verdiyini deməkdən boyun qaçırıb? Qaçırıb!..
KİMDİR «KÜTLƏ ADAMI»?
Orteqa-i-Qasset «Kütlənin qiyamı» əsərində həmin sualı belə cavablayır: «Kütlə adamı elə birisidir ki, özündə elə bir yetənək və onu başqalarından ayıran elə bir pis, ya da yaxşı özəllik görmür, özünü sıradan biri sayır. Üstəlik, o bundan zərrəcə incimir, tam tərsinə, hamı kimi olduğuna görə, özünü xoşbəxt hiss edir». Qasset kütlə adamının özəlliklərini də incələyərək bu fikrə gəlir: «Kütlə hiperdemokratiyanın təntənəsinə, peşəkar siyasətə saymazyanalığa gətirib çıxardı (kütlə insanları düşünürlər ki, vulqar olmaq haqlarını qorxmadan dilə gətirə və kafe (oxu: çayxana – Z.M.) söhbətlərini işə keçirib dövlət qanununa çevirə bilərlər)»... Beləcə, «troll»a meydan açılır. Keçmişin mədəni dəyərləri – titanizm, azmanlıq, gücə və biliyə dayanan hakimiyyətlər özünəxas şəkildə yenidən qiymətləndirilir. Əzəmətli və böyük olanın deyil, xırda olanın estetikasına üstünlük verilir.
KİMDİR «ORTA ADAM»?
Demokratiya sanki insanın mədəniyyətlə yaşamasını asanlaşdırır, ona zahiri əlamətlər, sosial normativ və nomenklatura «bağışlayır». Beləcə, «kütlə adamı» «orta adam»a çevrilir. «Orta adam» fenomeninin oluşması bütün mənzərəni dəyişdirir: «mədəni insan» «sivilizasiya» insanına çevrilir. Bu keçid kamil insan hədəfini də dəyişir və orta insan özünükamilləşdirməklə, xeyirxah əməllə, başqaları üçün yaratmaqla bağlı mədəni dəyərlərdən boyun qaçırır. Təkcə elm və sənətdə deyil, siyasi yaşamda da dahilik və titanlıq, azmanlıq və bənzərsizlik, ucalıq və əlyetməzlik kimi dəyərlər önəmini itirir.
Seçkinlərin mədəniyyətini kütlə mədəniyyəti əvəzləyir. Kütlə insanı avtoritet – nüfuz və ağsaqqal axtarmır və öz yaşamının tam yiyəsinə çevrilir. Bunun cəmiyyət üçün bütün yaxşı və pis özəllikləriylə...
«AL SƏNƏ TAMAŞA!..»
Kulturoloqlar yetkin kapitalizmdə publikanın istehlakçıya – tükədiciyə çevriləcəyi barədə həmişə xəbərdarlıq ediblər. Təsəvvür edin, bir teatr tamaşaçısı, hətta zəif pyesə baxarkən də düşünməyə meyllənir. Bir istehlakçı – tükədici isə, sadəcə, əylənmək, vaxtını öldürmək istəyir. Trollayan media da bildirib-xəbərləyib-anlatmağı deyil, stress atmağı, əyləndirməyi və nəticə etibarilə, gündəmi dəyişməyi hədəfləyir. Qorxunc ziyanı da bundadır, çünki gerçək medianı unutdurur...
Trollayan media sensasiya, hay-küy, qəzəb, nifrət, qaliblik hissləri doğurur, amma olayın dərininə varmaqdan, onu öyrənməkdən, «bütün bunlar nədən doğur» sualına cavab aramaqdan soyudub-yayındırır. Belə media olayı, prosesi, təşkilatçını deyil, olayın iştirakçısını, seyrçisini – fərdi önə çəkir və... «sənə tamaşa lazım deyil, al sənə tamaşa!» – deyərək işini bitmiş sayır.
Belə media tamaşa yaratmaqla bir çeşid narkoman – hər gün, hər an tamaşaya ehtiyac duyan uyuşdurucu bağımlısı törədir. Və troll jurnalist hər dəfə dozanı artırıb, daha bayağı, daha sərt, daha öcəşkən sual verir ki, artıq narkomana çevrilən auditoriya ayılmaq fikrinə düşməsin... Belə jurnalist hansı mövzuya üz tutsa da – daxili və ya xarici siyasətə, iqtisadi problemlərə, ailə qalmaqallarına və s.-ə, – bir prinsipə sadiq qalacaq: – müsahiblərini üz-üzə qoyacaq, onların bir-birini çirkaba bulaşdırmasına çalışacaq... Bir sözlə, trollayacaq ki, diqqət çəksin, rəqiblərinə uduzmasın, çoxbaxışlılıq aldanışı yaratsın!..
Niyə? Bəlkə bu sualı birgə cavablayaq?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir