Keçid linkləri

Təcili xəbərlər

Demokratiya "pripiskası"


Rəşid Şerifin karikaturası.
Rəşid Şerifin karikaturası.


DEMOKRATİYA TƏK RİTORİKA DEYİL...

Hakimiyyətin təqdimatında Azərbaycan dünyanın ən demokratik ölkəsi kimi görünür. Amma bu “demokratik” ölkədə adi bir siyasi çıxış, bəyanat böyük isterika ilə qarşılanır. Bu ölkədə hakimiyyətin qara siyahısına düşmək üçün yetər ki, kiçik bir etiraz edəsən, ayağını evinin kandarından azacıq çölə çıxarasan.

Ölkələr müxtəlifdir, siyasi sistemlər və ənənələr biri-birindən fərqlənir. Amma ümumi tendensiya var – ölkələr ya demokratik olur, ya da əksinə, demokratiyaya opponentlik edirlər. Elə ölkə tapmaq çətindir ki, onun liderləri səhərdən axşamadək demokratiyadan dəm vursun, amma ölkə özü feodal və arxaik üsullarla idarə olunsun.

Bunun kökləri haqqında çox düşünmüşük. İlk baxışda elə təsəvvür yaranır ki, bu köklər də sovetlərin ənənələrinə gedib çıxır. Amma bir az çək-çevir edəndə görürsən ki, məsələ başlanğıcını hətta sovetlərin ritorikasından da götürmür.

Sovetlərdə çox şey fərqli idi, onlar “burjua demokratiyası”na olduqca tənqidi yanaşır, hətta demokratik ölkələrdəki parlamentləri “qovorilnya” adlandırır və proletar diktaturasını ən ideal siyasi sistem hesab edirdilər.

ÇOX ŞEY BİR QƏDƏR GEC, 60-CI İLƏRDƏN BAŞLADI...

Ona görə də gec-tez belə qənaətə gəlirsən ki, Azərbaycan bu məsələdə müəllifliyə tam mənada iddia edə bilər, çünki indiki psevdo-demokratiya ritorikasının kökləri gedib “pripiska” illərinə şıxır.
Psevdo-demokratiya ritorikasının kökləri gedib “pripiska” illərinə şıxır. O zaman bir kilo 10 kilo kimi qələmə verilir, rəqəmlər şişirdilirdi. Onda pambıq tələb olunurdu, ona görə onun istehsalı şişirdilirdi. İndi isə demokratiya tələb olunur...

O dövrdə bir kiloqram on kiloqram kimi qələmə verilir, rəqəmlər şişirdilirdi. İndi də çox şey dəyişməyib, o vaxt pambıq tələb olunurdu, ona görə də onun istehsalı şişirdilirdi.

ndi isə demokratiya tələb olunur, elə bu səbəbdən də hakimiyyət ölkədə demokratiyanın və insan haqlarının səviyyəsini şişirdir.

Adamı bu ölkədə çox şey təəccübləndirir. Məsələn, Azərbaycan parlamentinin tərkibini səthi şəkildə tədqiq etsən görərsən ki, bu, təyinatla formalaşmış qurumdur, çünki heç bir real seçki belə struktura, mandatların bu şəkildə paylanmasına gətirb çıxara bilməz.

Amma bu, heç də yeganə amil deyil. Sünilik və sxematiklik bütün sahələrdə özünü biruzə verir. Bütün bunları demokratiya ritorikası ilə ört-basdır etməyə çalışırlar. Demirik ki, hakimiyyət nümayəndələri buna müvəffəq ola bilmirlər. Yox, olurlar. Əks təqdirdə 21 il idarə edə bilməzdilər.

DEMOKRATİYA İMİTASİYASINA HAMI SANKİ GÖZ YUMUR

Qəribədir ki, bu mənzərəni tam, birdəfəlik ifşa etmək istəyən də yoxdur. Burada hakimiyyətin təbliğat tezislərindən birini bir qədər fərqli konteksdə təkrar etmək zorundayıq: “Dünya birliyi 21 ildir ki, bu biabırçılığa dözür...”

Maraqlıdır ki, cəmiyyət də buna dözür. Bəlkə də beynəlxalq təşkilatlar insanların buna dözmədiyini görsəydi nəsə edərdilər.
21 ildir ki, hakimiyyət demokratiyanı immitasiya edir, onun görüntüsünü yaradır.

Ölkədə buna immitasiya da deyirlər. Düz 21 ildir ki, hakimiyyət demokratiyanı immitasiya edir, onun görüntüsünü yaradır. İmmitasiya özü də iki mərhələ keçib – 2003-cü ilə qədər və sonra...

Ən qəribəsi isə budur ki, bu keçiddə demokratiya artmayıb, əksinə azalıb və daha da məhdudlaşdırılıb. Adamı təəccübləndirən də elə budur.

İlk baxışda ölkə dünya birliyinə daha çox inteqrasiya edib. Güman etmək olardı ki, bu, demokratiyanın da artmasına səbəb olacaq. Amma əksinə oldu.

OLACAĞA ÇARƏ YOXDUR...

İndi hamı yorulub. Bir nəslin siyasi missiyası bitmək üzrədir. Yorulmayan, usanmayan keçmişdə sovet rejiminə, indi isə müstəqil dövlətə məmurluq edən insanlardır – onlar yorulmurlar, usanmırlar.

Tarixi səhvlər da yaralar, ağrılar kimidir. Adam onu əvvəl hiss etmir. Amma elə ki, bir az keçir, dəhşətli ağrılar başlayır.

93-cü ildə baş verənləri (AXC hakimiyyətinin devrilməsi və Heydər Əliyevin hakimiyyətə gəlişi - red.) elə o saat başa düşmək mümkün olmadı, indiki müxalifətçilər cəmi bir il hakimiyyətdə olmuşdular, amma onlara elə gəlirdi ki, bir əsr keçib.

93-cü ildə baş verənləri insanlar sonralar hiss etməyə başladı. İndi iyun ayı yaxınlaşır. Hər dəfə iyun ayı gələndə adamın beynindən bir fikri keçir: İlahi, o vaxt niyə bu boyda səhv edildi?

Amma bu, səhv idimi? 93-cü ilin iyununda baş verənlərin proqnozunu bəziləri hələ 80-ci illərin axırlarında - ilk müxalifət təşkilatları yarananda vermişdilər. İnsanlar əvvəl bunu qəbul etmək istəmədi, özlərini inandırmağa çalışdılar ki, yox, belə ola bilməz. Amma oldu. İndisə olanları dəyişmək əvəzinə “Olacağa çarə yoxdur” deyirlər...
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00
Direct-ə keçid
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG