Keçid linkləri

Təcili xəbərlər

VKontakte-ni yaradan Rusiyadan baş götürüb, qaçdı


Pavel Durov
Pavel Durov
-
Rusiyanın VKontakte social şəbəkəsini yaradan və bunun icra rəhbəri olan Pavel Durov Rusiyanı tərk edib və TechCrunch texnoloji saytına deyib ki, Rusiyaya qayıtmağı planlaşdırmır.

Durov deyir: “təəsüf ki, indiki məqamda Rusiya internet biznesinə uyğun deyil”.

O hazırda harda olduğunu bildirmir.

Durov bundan əvvəl demişdi ki, işdən çıxarılmağını mediadan öyrənib.
Oliqarx Usmanov
Oliqarx Usmanov

Onun sözlərinə görə, VKontakte hazırda Rusiya prezidenti Putinin 2 yaxın adamının – İgor Sechin və Alisher Usmanovun tam nəzarətindədir.

VKontaktenin 100 milyon istifadəçisi var.

VKontakte Kremlə fikirləri düz gəlməyənlərə özünü ifadə etməyə imkan verirdi.
Rosneftin rəhbəri Sechin
Rosneftin rəhbəri Sechin
Durov hesab edir ki, hakimiyyətin Vkontaktedə məzmuna nəzarət etmək istəməsi və onun hakimiyyətlə əməkdaşlıqdan imtina etməsi şirkət rəhbərliyindəki mübarizənin əsil səbəbidir.

Ən son yazılan

XS
SM
MD
LG