Keçid linkləri

Təcili xəbərlər

Rusiyanın özü üçün yaratdığı mif


Ukraynada Rusiyayönlü nümayişçilərin Sovet ordusu paltarında aksiyası
Ukraynada Rusiyayönlü nümayişçilərin Sovet ordusu paltarında aksiyası
-
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00
Direct-ə keçid

BU NECƏ FAŞİZMDİR Kİ...

Bu bir neçə gündə onlarla Rusiya təhlilçisinin və reportyorunun yazısını oxuduq. Hamısı da Rusiyanı başa düşmək üçün. Gəldiyimiz ilk nəticə bu oldu ki, Rusiyada ya söz azadlığı tamam yoxdur, ya da ki, rusiyalıların əksəriyyəti imperiya duyğusuna o qədər aludə olublar ki, tənqid və özünütənqid hissini tamamilə itiriblər.

Təbii, hamı öz hərəkətinə bəraət axtarır. Hətta bu bəraət olmayanda belə.

İndi Rusiya da özü üçün mif yaradıb: Ukraynada faşistlər hakimiyyətə gəlib və ona görə də rus və rusdilli əhalini onlardan qorumaq lazımdır...

Amma özlərinə bir sualı cavablandırmaq üçün əziyyət vermirlər. Bəli, bu necə faşistlərdir ki, nəinki Krımda, hətta şərqi Ukraynada etiraz edənlərə bircə dənə belə olsun güllə atmadılar? Halbuki Ukraynanın təkcə Krımda xeyli hərbi qüvvəsi vardı...

TARİXİ İSTİSMAR ETMƏYƏ DƏYƏRMİ?

İndi Rusiya da özü üçün mif yaradıb: Ukraynada faşistlər hakimiyyətə gəlib və ona görə də rus və rusdilli əhalini onlardan qorumaq lazımdır...

Ukraynalıları qatı millətçilikdə ittiham etmək üçün arqument axtarmalı olsaq, bəlkə də yalnız onu tapa bilərik ki, onlar S. Banderan-ı özlərinin milli qəhrəmanı elan ediblər.

Düzdür, Avropanın özündə də S.Bandera-ya münasibət birmənalı deyil, tarixçilər bu adamı müxtəlif cür səciyyələndirir - kimi ona faşist deyir, kimi də bu adamı Ukrayna xalqının böyük patriotu hesab edir.

Bizim indi belə mübahisələrin dərinliyinə varmaq və ən başlıcası isə onlara «nöqtə» qoymağa cəhd etmək fikrimiz yoxdur. Bircə onu qeyd edək ki, Rusiyanın özü qonşu əraziləri talamaqla məşğul olan adi soyğunçu S. Razini özünün milli qəhrəmanı hesab etmirmi? Və yaxud da bəziləri hətta müharibə vaxtı almanların tərəfinə keçən və Rusiya Azadlıq Ordusuna komandanlıq edən general A. Vlasovu reabilitasiya etməyə çalışmırmı?

Rusiyanın müstəmləkəsi olmuş respublikaların vətənpərvər qüvvələrinin vaxtilə A. Hitler Almaniyasına münasibəti ciddi problemdir. Bu problem tək Ukraynada olmayıb, Baltikyanı ölkələrdə və digər ərazilərdə də olub. Almanlar demək olar ki, keçmiş SSRİ-nin bütün millətlərindən legionlar təşkil etmişdilər. Bir çox yerlərdə kimi - legionerləri, yoxsa sovet ordusunun tərkibində vuruşanları milli qəhrəman hesab etmək haqda mübahisələr hələ də davam edir.

Əgər legionerlər Almaniya ordusunun tərkibində vuruşmuşdularsa digərləri də işğalçı sovet ordusunun tərkibində döyüşmüşdülər.

Əslində bu, işğala məruz qalmış millətlərin faciəsi idi. Özü də tarixi faciəsi.

Hər iki ordu - həm alman, həm də sovet ordusu onlar üçün eyni dərəcədə yad idi, özgə ordusu idi. Bəlkə də indi bunu unutmaq və tarixin böyük faciəsi kimi tarixin ixtiyarına buraxmaq ən düzgün yoldur...

ADİ FAŞİZM VƏ KOMMUNİZM
Sovetlər milyonlarla insanı həbs düşərgələrində məhv etmişdi, neçə milləti kütləvi şəkildə sürgün etmişdi! Bunlar unudulubmu?

Üstəlik, indi faşizmlə kommunizm arasında çox ciddi paralellər aparılır. Hələ sovetlərin vaxtında «Adi faşizm» adlı sənədli filmə baxmışdıq. Filmə baxa-baxa ağlımızdan bircə fikir keçirdi: ilahi, bu ki, lap SSRİ haqdadır...

Sovetlər milyonlarla insanı həbs düşərgələrində məhv etmişdi, neçə milləti kütləvi şəkildə sürgün etmişdi! Bunlar unudulubmu? Ukraynada müharibədən sonra aclıq keçirən və etiraz edən insanları kütləvi şəkildə güllələmişdilər. İndi Ukraynada həmin illərin hadisələri haqlı olaraq soyqırımı kimi dəyərləndirilir...

Ona görə də başqasını ittiham etməmişdən öncə bir yaxşı-yaxşı düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, istənilən müqayisə qüsurludur. Bir çox hallarda təəssüf ki, insanlar ittiham etdiklərinin onlara hansı ittihamlarla cavab verəcəyini düşünmədən ittiham edirlər...

Bəlkə ən düzgün və ən etibarlı yol «İncil»də göstəriləndir? Axı orada «İttiham etməyin, sizi də ittiham etməzlər!» deyilib...

Faşizmin və kommunizmin fəlsəfəsi demək olar ki, eyni idi: kim bizimlə deyilsə əleyhimizədir, düşmənimizdir...

İndi siyasətdə faşizmlə bağlı adam qalmayıb. Amma keçmişi kommunizmlə bağlı olan xeyli adam var. Psixoanalizin banisi Z. Freud (Z.Freyd) yazırdı ki, insanın davranışı uşaqlıqda topladığı təcrübədən asılıdır.

İndi görürsən ki, o, haqlı imiş. Bir çoxu kommunistlərin sırasında vaxtını boş keçirməyib, onların davranış tərzini və məsələlərə yanaşmasını yaxşıca əxz edib. Bəlkə elə ona görə faşistləri etiraz edən dinc insanları snayperlərə güllələtdirənlərin arasında deyil, başqa yerlərdə axtarırlar?...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG