Keçid linkləri

Təcili xəbərlər

Bakı «rusiyapərəst və qərbpərəst» rolunu eyni zamanda məharətlə ifa edir


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
AZƏRBAYCAN SEÇMƏSƏ DƏ ONU SEÇİRLƏR...

Bəli, böyük siyasətdə belə deyim var ki, əsl siyasət adamı dediyini etmir, etdiyini isə demir. Ona görə də Qərb ölkələri nə qədər desələr də ki, Rusiya ilə soyuq müharibə olmayacaq ABŞ çox intensiv şəkildə Avropaya qaz ixrac etmək yollarını arayır. Bunun üçün maye qaz müəssisələrinin yaradılmasından tutmuş yeni qaz mənbələrinin və onların tranzit imkanlarının ciddi şəkildə araşdırılması prosesi gedir.

Təbii ki, belə olan təqdirdə diqqət həm də Azərbaycana yönəlir. Ona görə ki, Avropanın idxal etdiyi 22 faizlik Rusiya qazını əvəz etmək üçün hər imkan qiymətlidir. Azərbaycan isə belə imkanları təklif etmək iqtidarındadır.

Bu günlərdə bildirildi ki, Azərbaycana da müəyyən ümidlər bəslənir və bu ölkənin həm karbohidrogen ehtiyatlarından, həm də tranzit imkanlarından geniş istifadə edərək Orta Asiya qazını da Avropaya ixrac etmək nəzərdə tutulur.

RUSİYA İLƏ ÜZ-ÜZƏ...

Bu, nə deməkdir? İstər-istəməz Azərbaycan Rusiyaya qarşı yönələcək təzyiqlərin mühüm həlqəsinə çevrilir.

Bəli, ilk baxışda o, neytraldır, yalnız öz qazını ixrac etmək və özəl geoiqtisadi resurslarından maksimum faydalanmaq istəyir.
NATO-nun 1200-ə yaxın əməkdaşlıq layihəsi var. Azərbaycan NATO-ya üzv olmamaq şərtilə həmin layihələrdən istədiyini seçə bilər. Bu Rusiyanı da qane edir, Azərbaycan rəsmilərini də. Buna isə siyasətdə anlaşma deyirlər...

Amma bunu yalnız təhlilçilər adi siyasi davranış tərzi kimi qəbul edə bilər. Moskva isə səmimi etiraflara və göz yaşlarına inanmır, ona görə ki, özü heç vaxt səmimi olmayıb.

Ona görə də sadlövhlük olardı ki, bu halda Kremlin Azərbaycanla bağlı heç bir tədbir, plan tökmədiyini zənn etməyəsən.

mma bunu başqa siyasi dairələrdə də nəzərə alırlar. Əvvəllər Türkiyə ilə Azərbaycan arasında dərinləşmiş hərbi əməkdaşlıq birincinin müttəfiqləri tərəfindən bir o qədər də təqdir olunmurdu. İndi isə buna yaşıl işıq yandırmaq istəyirlər.

Ona görə də xoşbəxtlikdən Rusiyanın imkanları arzularına adekvat deyil. O, bütün istədiklərini həyata keçirsəydi indi dünya xəritəsində yalnız bir ölkənin adı qalardı.
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00
Direct-ə keçid

RUSİYA XOFU ŞİŞİRDİLİRMİ?

Amma biz real siyasəti öyrənirik. Siyasətdə reallıq isə bütün ehtimalları nəzərə almağı tövsiyyə edir. Təbii ki, ölkə daim ilhaq və yaxud da işgal haqda düşünə bilməz. Hətta Rusiya təhlükəsinin qəsdən şişirdildiyini iddia edənlər də var. Onların fikrincə, təhlükə mövcuddur, amma o, düşünülən qədər də deyil.
İndi Azərbaycana rəhbərlik edənlər hamıdan çox rusiyapərəst, hamıdan çox qərbpərəst rolunu eyni zamanda məharətlə ifa edir, tərəflərin strateji hədəflərini çox düzgün müəyyənləşdirməyi bacarırlar.
Amma bunu şişirtməyin elə bir mənası da yoxdur. Ölkədə elə bir müxalifət qalmayıb ki, bu vəziyyətdən hansısa formada istifadə edə bilsin. Müxalifət çox zəif və pərakəndədir, üstəlik onun Rusiya siyasətinin girovu olmaq niyyəti də yoxdur.

Cəmiyyətə gəldikdə isə bütün yaşananlara rəğmən burada Avropada olduğu kimi Rusiya xofu yoxdur. Ola bilsin, çox az kəsim var ki, bu xofu yaşayır və Rusiyanın ehtimal və fərz edilən “gəlişi” ərəfəsində həqiqətən də nəsə itirə biləcəyini güman edir.

Ona görə də Rusiya xofunun dövriyyəyə buraxılmasından hansı faydanıı əldə edilə bilməsi bir qədər mübahisəlidir.

Sadəcə, hakimiyyət özünə haradan real təhlükə gələ biləcəyini hesablamağa cəhd edir.

HAMIDAN ÇOX RUSİYAPƏRƏST, HAMIDAN ÇOX QƏRBÇİ...

Ötən ilin avqustunda məlum oldu ki, aradakı bəzi anlaşılmazlıqlara rəğmən Rusiyanın indiki hakimiyyətin başqa bir siyasi qüvvə ilə əvəz edilməsinə yönələn cəhdlərə dəstək vermək niyyəti yoxdur.

Amma o vaxt Rusiya mühüm işarə etməyi də unutmadı. V.Putin Bakıya gəmilərin müşayiəti ilə gəlməklə Rusiyanın cənub sektorundakı nüfuz sferasını çızmaq istədi. Alındımı? Bilmirik.
Rusiya nə istəyir? Nəyi olmasa da bunu YAP funksionerləri bu sualın cavabını çox düzgün əxz edə biliblər. Ona görə həmişə səmt küləyini tuta bilirlər. Ən başlıcası isə onlar başqalarına öz yelkənlərini qaldırmağa imkan vermirlər.

Bircə onu bilirik ki, hakimiyyətdə yenə də eyni siyasi qüvvə qaldı.
İndi siyasi palitranı nəzərdən keçirəndə başqa bir qüvvə görmürsən də. Elə eyni adamlardır, eyni “stavka”dır. Maraqlıdır ki, Rusiyanın özünün də siyasi həyatında tamam yeknəsəqlik hökm sürür. Heç bir polyarlaşma yoxdur ki, heç olmasa, nəzəri cəhətdən olsa da ona istinad edə biləsən.

Amma bir etirafı etməyi bacarmaq lazımdır. Vəziyyət bu hakimiyyəti həmişə xilas edir. Üstəlik, onlar vəziyyətdən istifadə etməyi də bacarırlar. Bacarıqsız və uzağı görə bilməyən siyasi oyunçu çoxdan özünü bu keşməkeşdə itirə bilərdi.

Amma Azərbaycanda indi rəhbərlik edənlər özlərini itirmirlər. Hamıdan çox rusiyapərəst, hamıdan çox qərbpərəst rolunu eyni zamanda çox böyük məharətlə ifa edirlər. Ona görə ki, tərəflərin strateji hədəflərini çox düzgün müəyyənləşdirməyi bacarırlar.

80-Cİ İLLƏRDƏ QALANLAR...

Digərləri isə elə 1988-ci ildən “Qərb demokratik qüvvələri dəstəkləyir” nəğməsini oxuyurlar. Halbuki Qərbin onları həqiqətən də dəstəklədiyi vaxtları xatırlaya bilmirik, hətta 1992-ci ildə də belə dəstək olmamışdı, olsaydı 907-ci düzəlişi qəbul edilməzdi.
Bu qüvvələr hələ Rusiya kimi yaxın dövləti də öyrənib qurtara bilməyiblər.

Rusiya nə istəyir? Nəyi olmasa da bunu YAP funksionerləri çox düzgün əxz edə biliblər. Ona görə də həmişə səmt küləyini tuta bilirlər. Ən başlıcası isə onlar başqalarına öz yelkənlərini qaldırmağa imkan vermirlər.

Suala gəldikdə isə NATO-nun 1200-ə yaxın əməkdaşlıq layihəsi var. Azərbaycan həmin bu layihələrdən istədiyini seçə bilər, amma NATO-ya üzv olmamaq şərtilə. Rusiyanı belə perspektiv qane edir. Elə Azərbaycan rəsmilərinin də ürəyindən keçən budur. Deməli, ürəkdən ürəyə körpü var. Buna isə siyasətdə anlaşma deyirlər...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini yaz, aşağıdakı forumda bölüş.
XS
SM
MD
LG