-
SEÇKİ OLACAQ. AMMA BURADA YOX, TÜRKİYƏDƏ...
Bu həftənin də finalı Türkiyədəki bələdiyyə seçkiləri olacaq. Artıq seçkiyə sayılı günlər qalıb. Bələdiyyə seçkisinə bu qədər maraq, seçki ərəfəsi prosesin gedişi, 26 partiyanın keçirdiyi mitinqlər- bütün bunlar orta statistik azərbaycanlıda qibtə doğurmaya bilməz.
Guya bu il Azərbaycanda da bələdiyyə seçkiləri olacaq. Amma siz sorğu keçirsəniz məlum olar ki, hətta bəzi müxalifətçilərin də bundan xəbəri yoxdur.
Amma Türkiyəyə baxırsan, hər yanda mitinqdir, görüşdür.
Telekanallar da heç bir fərq qoymadan bu tədbirləri işıqlandırırlar. Azərbaycanda isə telekanllar neytrallıqlarını yalnız bir formada təzahür etdirə bilirlər-heç kimin tədbirini göstərmirlər. Bunu da yalnız bir və ya iki telekanal edə bilir. Qalanlar isə ümumi siyasi xora qoşulmaqdan savayı çıxış yolu görmürlər.
AY ALLAH, BUNDAN 5 DƏNƏ, YOX, 26 DƏNƏ VER...
Türkiyədə seçkidə 26 siyasi partiya iştirak edəcək. Amma hamı bu fikirdədir ki, mübarizə üç siyasi partiya arasında gedəcək.
Əvvəl hakim partiyanın şansları bir o qədər də yüksək qiymətləndirilmirdi. Hamı düşünürdü ki, son proseslər partiyanın seçkidə uduzmasına səbəb olacaq. Xüsusən də böyük şəhərlərdə, məsələn, İstanbulda hakim partiyanın uduzacağı güman edilirdi. Hələ seçkilər start götürməyib. Ona görə də indidən birmənalı olaraq heç nə demək mümkün deyil. Amma R.T.Erdogan özünün ən izdihamlı mitinqlərindən birini məhz İstanbulda keçirdi. Bu mitinqdə ən azı iki milyon adamın iştirak etdiyi deyilirdi.
“YAŞILLAŞAN” TÜRKİYƏ
Baş nazir bəyan etmişdi ki, partiyası seçkidə uduzarsa o, istefa verəcək. Görünür, o, öz gücünə arxayınmış. Burada diqqəti çəkən bir detal da var. İndi Türkiyədə mühafizəkarları dəstəkləyənlərin sayı artır. Mitinqlərdəki qadınların hamısı tədbirə baş örtüyü ilə qatılır. Bu, adi məsələ deyil. Türkiyə bir vaxt Rusiya qırmızılaşdığı kimi yaşıllaşmağa doğru gedir.
Amma müxalifətin də şansları aşağı qiymətləndirilmir. Seçkidən sonra üç partiyanın hansı düzümdə olacağı haqda indi yalnız ekstrasenslər, ən yaxşı halda isə nikbin futuroloqlar nəsə deyə bilərlər.
LİDER GÜCLÜ OLANDA...
R.T.Erdogan haqqında nə demək olar? Hər şeydən əvvəl onu demək lazımdır ki, o, çox enerjili və inadkar adamdır. Öz məqsədinə doğru gedir. Adama bəzən elə gəlir ki, bu yolda onu heç kim saxlaya bilməz. O, seçkidə bütün üsullardan istifadə etdi, hətta hava sərhədini pozmuş Suriya təyyarələrinin də vurulmasını özünün seçki təbliğatının bir elementinə çevirə bildi. Ona görə də o, uduzsa da böyük fərqlə uduzmayacaq. Fərq çox kiçik olacaq.
Müxalifət partiyaları da sınaq prosesindən möhkəmlənib çıxıblar. Amma onların mitinqləri hakim partiyanın mitinqləri kimi izdihamlı görünmür. Bir qədər zəiflik hiss olunur. Amma səslər, artıq qeyd etdiyimiz kimi üç əsas siyasi qüvvə arasında bölünəcək. Hər halda, əksər siyasi ekspertlər bu fikirdədir.
VƏ NƏHAYƏT: TÜRKİYƏNİN DƏRSLƏRİ...
Türkiyədəki bu proseslər müəyyən mənada dərs ola bilər. Ən əvvəl bələdiyyə strukturlarının özündən başlamaq lazımdır.
Azərbaycanda bu strukturlara hələ də Avropa Şurasının ölkəyə sırıdığı qurumlar kimi baxırlar. Amma bələdiyyə strukturlarını bu vəziyyətə gətirib çıxaran Avropa Şuarası deyil, Azərbaycanın özüdür. Zaman-zaman onların cəlahiyyətlərinin artırılması haqqında söhbətlər gəzir. Amma heç nə dəyişmir.
Seçkiyə maraq da müzakirə mövzusu ola bilər. Bələdiyyə seçkiləri Azərbaycanda iki qat maraqsızdır. Bunun bir səbəbi seçkilərin özünə marağın az olmasıdırsa digər səbəb bələdiyyələrə marağın olmamasıdır.
Və nəhayət, sonda bir məsələni də qeyd edək. Bu da türkiyəli seçicinin daha fəal olmasıdır. Bəli, Türkiyədə seçicilər, xüsusən də qadınlar, çox fəaldırlar.
Azərbaycanda isə bunu demək olmur. Ümumiyyətlə, seçicilər çox passivdir.
Tək Türkiyəni yox, elə Ukraynanı götürəndə bəzi müqayisələr aparmaq olur. Məsələn, Ukrayna müxalifətinə siyasi dəstək verildi. Amma ukraynalılar da bu dəstəyi əldə etmək üçün çox çalışdılar. Azərbaycanda isə bunların heç biri yoxdur-nə dəstək verən var, nə də dəstək uman. Sanki ortalıqda bir sövdələşmə-elə bil danışmağa, fəallıq göstərməyə bir moratorium qoyulub. Bu “moratorium” nə vaxt götürüləcək, bunu heç kim bilmir. Bu, artıq daha çox nəsillərin probleminə oxşayır-siyasətdə nəsil dəyişməsi baş verməli, yeni dalğa gəlməlidir. Hətta müxalifətçilərin özləri fürsət düşən kimi bunu etiraf edirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.