Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan yüksək inqlab ehtimallı ölkələr sırasında


İllüstrasiya
İllüstrasiya
İnqilabları əvvəlcədən proqnozlaşdırmaq mümkün olsaydı, yəqin ki, yıxılan prezidentlərin siyahısı belə sürətlə artmazdı. Ukraynadakı Avroinqilabdan sonra İngiltərənin Mançestr universiteində işlənib hazırlanmış proqnozlaşdırma metodu BBC-nin diqqətini cəlb edib.

Avromaydanla Böyük Britaniya univeristetinin nə əlaqəsi?

Çox sadə, bu universitetin İnkişaf informatikası mərkəzində, professor Richard Heeks-in başcılığı ilə hazırlanan modelə əsasən, 2013-cü ildə inqilab ehtimalı olan ölkələr siyahısına məhz Ukrayna başçılıq edirdi.

The Revolution İndex 2.0

Cəmiyyətlə informasiya texnologiyalarının qarşılıqlı münasibətinin analizi üzərində qurulan bu metod The Revolution İndex 2.0 adlanır və əslində ölkə liderlərinə xəbərdarlıq aləti deyil, tədris metodu kimi nəzərdə tutulurdu. Onun əsasında siyasi sistemlərin repressivliyi ilə bunun virtual dünyada doğurduğu əks-sədanın ölçülməsi durur.

Başqa sözlə, bu modelə görə, vətəndaşların online təşkilatlanmaq bacarığı, sosial şəbəkə fəallığı inqilab ehtimalını gücləndirən əsas amildir. İnterent azadlığı nə qədər güclüdürsə, dissident və müxaliflərin virtual şəbəkədəki fəalliyyəti nə qədər sərbəstdirsə, inqilab ehtimalı da bir o qədər güclüdür.

Yaxşı və pis xəbər var. Hansından başlayaq?

BBC-in bu yazısından Azərbaycan iqtidarına 2 xəbər var, biri yaxşı, biri pis.
Pis xəbər odur ki, yüksək riskli ölkələr siyahısında Keniya və Nigeriya ilə yanaşı Azərbaycanın da adı çəkilir.

Yaxşı xəbərsə odur ki, Ukraynayadan sonra yüksək inqilab riski olan ölkələr siyahısında kobud diktaturalar deyil, Argentina, Gürcüstan, Filippin və Braziliya kimi nisbətən demokratik ölkələrin adlarını görürük.

İnqilab internetdən doğur

Heeks-ə görə, nə qədər repressiv olsalar da, interneti nəzarət altında saxlayan rejimlərin qəflətən yıxılmaq təhlükəsi yoxdur. Təsadüfi deyil ki, “mançestr siyahısını” Kuba, İran və Çin kimi ölkələr tamamlayır.

Proqnoz mümkün deyil

Buna baxmayaraq Heeks inqilabların proqnozlaşdırılmasını mükünsüz sayır və deyir ki, bu hadisələr o qədər mürəkkəb amillərdən doğur ki, onları nəinki əvvəlcədən görmək, heç az-çox düzgün əks etdirmək belə mümkün deyil. Amma online fəalalıqda baş verən dəyişikliyi görmək olur.

“Bir çox rejimlər də elə məhz belə edir, müxalifət tərəfdarlarını izləmək və nəzarət etmək üçün məhz kiberfəzadan istifadə edir” – deyə Heeks əlavə edir.
XS
SM
MD
LG