Keçid linkləri

Təcili xəbərlər

Belə də seçki olur...


Gürcüstan prezidenti Giorgi Margvelashvili andiçmə mərasimində
Gürcüstan prezidenti Giorgi Margvelashvili andiçmə mərasimində
-
Noyabrın 17-si doğrudan da prezident seçilmiş adamın-bəli, Gürcüstan prezidentinin andiçmə mərasimi idi. Bu məqamı xüsusilə vurğulayırıq ki, Azərbaycandakılar də eşitsin.
Onlar qayıdıb deyə bilərlər ki, bəs Azərbaycanda da seçki keçirilmişdi.
Və hətta soruşarlar ki, haradan bilirsiniz ki, Gürcüstanda keçirilən seçki daha demokratik olub?
Nə cavab verərdik? Bircə onu deyərdik ki, əgər Gürcüstanda keçirilən prezident seçkisində bir qüsur olsaydı, bunu M. Saakashvilinin tərəfdarları dərhal qeyd edərdilər. Amma onların bu xüsusda heç bir iradı olmadı.
Gürcüstanda əsas rəqib tərəflərin hər ikisinin kifayət qədər inzibati resursları var idi və bu resurslar ən azı seçkinin düzgünlüyünə nəzarət etmək, onun düzgün keçirilməsi üçün kifayət idi.
Başqa vaxt ölkəyə təşrif buyuran ən adi qonağın belə prezident tərəfindən böyük təmtəraqla qəbul olunduğu, təbrik teleqramlarının televiziya ilə gündə bir neçə dəfə oxunduğu ölkədə- Azərbaycanda isə andiçmə mərasiminə dəvət etmək ənənəsinin olmadığını dedilər.
Bəs Azərbaycanda necə ? Onsuz da doğrusunu hamı yaxşı bilir.
Üstəlik, o da var ki, Gürcüstanda Azərbaycanda olduğu kimi az qala xəlvəti andiçmə mərasimi keçirmədilər-həftələrlə hazırlaşdılar, başqa ölkələrə dəvət göndərdilər.
Başqa vaxt ölkəyə təşrif buyuran ən adi qonağın belə prezident tərəfindən böyük təmtəraqla qəbul olunduğu, təbrik teleqramlarının televiziya ilə gündə bir neçə dəfə oxunduğu ölkədə- Azərbaycanda isə andiçmə mərasiminə dəvət etmək ənənəsinin olmadığını dedilər.
RUSİYASIZ DA ANDİÇMƏ MƏRASİMİ OLA BİLİRMİ?
Adama ən çox maraqlı görünən odur ki, Rusiya tərəfi mərasimə, ümumiyyətlə, dəvət almamışdı. Bunu hər iki tərəf ölkələr arasında diplomatik əlaqələrin olmaması ilə izah etdilər. Olsun. Amma baxıb görərik gələcəkdə nə olacaq, nə baş verəcək?
Mərasimə yalnız bir prezident dəvətli idi. O da Litvanın prezidenti idi. Bunun səbəbi o idi ki, Litva indi Avropa Birliyinə sədrlik edir.
Təxminən bir həftədən və bəlkə də on gündən sonra isə Gürcüstanla Avropa Birliyi arasında assosiativ sazişin imzalanması gözlənir.
Bu saziş müəyyən mənada elə Rusiya ilə münasibətlərə də bir işarədir. Güman etmirik ki, Gürcüstan bundan sonra Rusiyanın istədiyini etsin və təkrar olaraq MDB-yə qayıtsın. Böyük ehtimalla bu, olmayacaq, çünki gürcülər də inadkar millətdir.
ƏSL VƏTƏNDAŞ SÜLHÜNƏ APARAN YOL
Diqqət çəkən digər məqam tədbirə eks-prezidentlərin dəvət alması idi. Tədbirdə E. Shevardnadzenin və hətta M. Saakashvilinin iştirak edəcəyi gözlənirdi. Amma M. Saakashvili tədbirə qatılmadı.
Buna baxmayaraq, indi hamı baxıb görər ki, ölkədə əsl vətəndaş sülhü necə bərqərar edilir? Sözlər əməllərə uyğun olmalıdır.
Biz eks-prezident M. Saakashvilinin fəaliyyətini tamam təhlil etmək iqtidarında deyilik, bir çox nüanslar var ki, ola bilsin, onları yetərincə bilmirik.
Amma bildiyimiz odur ki, onun dövründə minimum iki dəfə əsl demokratik seçki keçirildi, hakimiyyət ilk dəfə olaraq dinc, seçki yolu ilə dəyişdi.
İndi yeni siyasi administrasiyadan da çox şey asılıdır. Bir məsələ var ki, hakimiyyəti elə almaq lazımdır ki, onu verənlər heç də peşman olmasın.
Yeni prezident G. Margvelashvilinin öz andiçmə mərasimində M. Saakashvili görmək istəməsi onu deməyə əsas verir ki, bu ölkədə bir az əvvəl deyilən məsələni nəzərə alırlar.
Ümumilikdə belə qənaət əldə etmək olar ki, bu ölkənin işləri artıq qaydasına düşmək üzrədir. M. Saakashvilinin də müsbət işləri xeyli çox oldu. İndi əsas odur ki, əvvəl müsbət nə vardısa, onların hamısı qorunub saxlanılsın, necə deyərlər, yaxşılıqların sayı artırılsın.
Yeni prezident G. Margvelashvilinin öz andiçmə mərasimində M. Saakashvili görmək istəməsi onu deməyə əsas verir ki, bu ölkədə bir az əvvəl deyilən məsələni nəzərə alırlar...
​O ki qaldı incə xarici siyasət məsələlərinə, onlar da böyük ehtimalla çözüləcək. Ona görə də Gürcüstana və gürcülərə azacıq bələd olan adam kimi deyərdik ki, bu ölkə və onun adamları irəli gedəcək. Buna heç şübhəniz olmasın.
MANEƏLƏR, MANEƏLƏR…
O ki qaldı Azərbaycana, onun işi, təəssüf ki, həmişə yerində saymaqdır. Hər şeydə hamıdan əvvəldə olmağa can atılır, amma gəlib yenə də axıra düşürlər. Azərbaycanın qarşısında həmişə iki maneə olub.
Birincisi, təbii ki, Ermənistandır. Bu ölkə Azərbaycanla ona görə qovğadadır ki, o, irəli getməsin, daim Rusiyanın həndəvərində fırlansın. Bütün bu Dağalıq Qarabağ münaqişəsi də bundan ötrüdür və onların bir məqsədi var- Azərbaycanın Avropaya gedən yolunda maneə olmaq.
Nə qədər ki, Ermənistan Gömrük Birliyinə öz münasibətini açıqlamamışdı İ.Əliyev hakimiyyəti bərk təlaş içində idi. Elə ki, Ermənistan Gömrük Birliyinə qoşulacağını bəyan etdi, bu hakimiyyət rahat nəfəs aldı.
Ona görə ki, Ermənistanın da assosiativ saziş imzalayacağı təqdirdə bu hakimiyyətin deməyə sözü olmayacaqdı. O, assosiativ saziş imzalamaq yolundakı əsas məneələrdən birini-Rusiyanın təzyiqini bəhanə gətirə bilməyəcəkdi.
İkinci maneə isə təbii ki, hakimiyyətin özüdür. Bu hakimiyyət Avropalıq deyil, daha doğrusu, dincəlmək, kapital yatırmaq üçün Avropa onun təmsilçiləri üçün xoşdur, amma oradakı kimi yaşamaq və idarə etmək bu hakimiyyətin işi deyil.
Onlar yalnız buradakı kimi idarə edə bilərlər. Özü də yalnız Azərbaycandakı kimi cəmiyyəti idarə edə bilərlər. Belə nəticə alınır ki, bu cəmiyyət sanki onlar üçün yaranıb.
Görünür, hər milləti yaradılanda ona bir rol düşünülüb. Azərbaycan cəmiyyətinin də rolu, tarixi missiyası bu hakimiyyətə xidmət etmək kimi müəyyənləşib.
Dünya malı, gündəlik qayğılar da azərbaycanlıların gözlərini o qədər örtüb ki, hətta bunun da fərqində deyillər. Ona görə də hamı yerində sayır.
Sonda da böyük Ü.Hacıbəylinin dediyi kimi olacaq.
Bir də ayılıb görəcəklər ki, qonşular fil düzəldib. İstəyəcəklər tez bir zamanda fil düzəltsinlər ki, qonşudan geri qalmasınlar. Amma sonradan… Sonrası nə olacaq, bunu hamı yaxşı bilir-lap axırda tez bir zamanda fil düzlətməyin mümkünsüzlüyünü anlayaraq hamı kor-peşman öz evlərinə dağılışacaq, heç qarışqa da düzəltməyəcəklər…

Ən son yazılan

XS
SM
MD
LG