-
H.ƏLİYEV QANUNU
Nəsə asan əldə olunanda onun yetərincə dəyəri də olmur. Demirik ki, Azərbaycanın əsas qanununda əks olunmuş hüquq və azadlıqlar, eləcə də qanunun özü çox asan əldə olunub.
Yox, bu, o qədər də asan olmamışdı. Amma tale elə gətirdi ki, Konstitusiyanın qəbulu xalq hərəkatının pik vaxtına deyil, əksinə insanların azadlıqdan və demokratiyadan soyuduğu, psixoloq E. Frommun təbirincə desək, azadlıqdan kütləvi qaçışın başlandığı dövrə təsadüf etdi.
Ona görə də böyük məsuliyyətlə bu sənədə H. Əliyev Konstitusiyası demək və bu fikirdə bütün mənfilikləri və müsbət cəhətləri ehtiva etmək olardı-bu sənəd sözün bütün mənalarında elə H. Əliyev qanunu idi.
Buna hətta tarixi təcrübə baxımından qeyri-adi bir hal kimi yanaşmaq lazım deyil. Bir çox hallarda mühüm qanunlar, lap elə əsas qanunun özü də bilavasitə onun yaradıcısının adı ilə adlandırılır.
O başqa məsələdir ki, qəbul edilmiş qanunlar mütərəqqi də ola bilər və əksinə, qeyri-mütərəqqi də. Axı qanunların heç də hamısı mütərəqqi olmur-bir çox hallarda onlar özlərində yeni-yeni məhdudiyyətləri ehtiva edirlər.
O vaxt Konstitusiyanın layihəsi ümumi müzakirəyə çıxarılsa da, əslində cəmi bir maddə sözün əsl mənasında müzakirə olunmuşdu. Bu da dövlət dilinin adı ilə bağlı maddə idi və son nəticədə elə o da H.Əliyevin istədiyi formada və məzmunda qəbul edildi. Başqa yadda qalan detal olmadı.
7 ƏDƏDİNİN MİSTİKASI
Bəlkə də cəmi yeddi ildən sonra - 2002-ci ildə sənədə ilk əlavə və dəyişikliklərin edilməsi də bunun göstəricisi hesab edilə bilər. Bu qədər tez və tələsik şəkildə əsas qanun çox az hallarda dəyişib.
Üstündən bir yeddi il keçəndən (bəlkə bu da simvolikdir?) sonra bir daha düzəlişlərin edilməsi də çox da asan yozula bilən məsələ deyil.
Dəyişikliklər obyektiv zərurətdən yaranmalıdır. Hansısa obyektiv siyasi reallıqlar yaranmalıdır. Həm də dəyişiklik özündə bir məzmunu ehtiva etməlidir- Konstitusiya daha demokratik olmalıdır.
Məsələn, ABŞ Konstitusiyasına ilk on düzəlişə baxanda əmin olursan ki, bəli, bunlar uzun müddət ölçülüb-biçilmiş və bilavasitə azadlıqların genişləndirilməsinə xidmət edən maddələrdir.
Azərbaycan Konstitusiyasına edilmiş düzəlişlərə baxanda isə adamda dərhal belə təsəvvür yaranır ki, bu ölkədə siyasi sistem tam şəkildə avtoritarlaşmaq istiqaməti götürüb.
HƏTTA GÜL BAYRAMI QƏDƏR…
Azərbaycanda mənasız bayramlar çoxdur. Onlardan biri də hər il keçirilən gül bayramıdır. Hər il bu bayrama milyonlarla vəsait xərclənir.
Konstitusiyanın qəbul olunduğu gün isə çox urvatsız keçirilir. İnsanların çoxu heç bunun fərqində olmur. Bəlkə bunun bir səbəbi də odur ki, azərbaycanlıların anlamında həyatın öz qanunları var. Bu qanunlar daha dəqiq və daha qüsursuz yerinə yetirilir.
Kağız üzərində olan qanunlar isə başqa şey üçündür. Onlar bəlkə də görüntü üçündür, təbliğat üçündür, amma həyat üçün deyil.
Nə edəsən ki, Konstitusiya da kağız üzərində olan qanundur. Çalışıb ona həyati qüvvə vermək olardı. Amma bunu heç kim istəmir. Ona görə ki, bu ölkədə qanunlara əməl etmək vərdişi azdır. Hətta məlum deyil ki, onlara kim əməl etməlidir? Kimin üçün yazılıb bu qanunlar?
HƏR ŞEY «YUXARI»LARDAN BAŞLAYIR
Qanun haradan pozulmağa başlayır? Mübaliğəsiz demək olar ki, onun pozulduğu ilk ünvan hakimiyyətin yuxarı eşelonudur. Qanunun bütün məzmununu bir prinsipdə ifadə etmək olardı: qanun hamının onun qarşısında bərabər olmasını nəzərdə tutur.
Amma hakimiyyətin yuxarı eşelonu özünü başqaları ilə heç də bərabərləşdirmək istəmir.
Onlar ümumi qaydaları deyil, istisnaları sevirlər. Səhv etmiriksə, 16-cı Lüdovik «Dövlət və qanun mənəm» demişdi.
Bu gün kiçik ölkələrin kiçik padşahları da özlərini belə aparır. Onlar açıq şəkildə «Qanun mənəm!» deyə bilməsələr də, amma «Daha düzgününü mən bilirəm!» deməkdən çəkinmirlər.
Qanun (fərqi yoxdur, adi qanundur, yoxsa əsas qanun!) onların həyatına müdaxilə edə bilmir, onları tənzimləyə bilmir. Ona görə ki, qanun bir məqsədlə-onları qorumaq, onları hifz etmək məqsədilə yaranır.
Kiminsə mülkiyyətini gizlətmək lazımdır? Problem deyil, belə bir qanun qəbul etmək olar! Kimisə tənqidlərdən qorumaq lazımdır? Bu da problem deyil! Belə də qanun qəbul etmək olar…
Qərəz, avtoritar ölkələrdə qanun çox məharətli heykəltəraşın əlindəki palçığa bənzəyir, o, bu palçığa istədiyi formanı, məzmunu verə bilir. Əsas odur ki, istək olsun…

Konstitusiyanın qəbul olunduğu gün çox urvatsız keçirilir. İnsanların çoxu heç bunun fərqində olmur. Bəlkə bunun bir səbəbi də odur ki, azərbaycanlıların anlamında həyatın öz qanunları var. Bu qanunlar daha dəqiq və daha qüsursuz yerinə yetirilir.
Üstündən bir yeddi il keçəndən (bəlkə bu da simvolikdir?) sonra bir daha düzəlişlərin edilməsi də çox da asan yozula bilən məsələ deyil.
Dəyişikliklər obyektiv zərurətdən yaranmalıdır. Hansısa obyektiv siyasi reallıqlar yaranmalıdır. Həm də dəyişiklik özündə bir məzmunu ehtiva etməlidir- Konstitusiya daha demokratik olmalıdır.
Məsələn, ABŞ Konstitusiyasına ilk on düzəlişə baxanda əmin olursan ki, bəli, bunlar uzun müddət ölçülüb-biçilmiş və bilavasitə azadlıqların genişləndirilməsinə xidmət edən maddələrdir.
Azərbaycan Konstitusiyasına edilmiş düzəlişlərə baxanda isə adamda dərhal belə təsəvvür yaranır ki, bu ölkədə siyasi sistem tam şəkildə avtoritarlaşmaq istiqaməti götürüb.
HƏTTA GÜL BAYRAMI QƏDƏR…
Azərbaycanda mənasız bayramlar çoxdur. Onlardan biri də hər il keçirilən gül bayramıdır. Hər il bu bayrama milyonlarla vəsait xərclənir.
Konstitusiyanın qəbul olunduğu gün isə çox urvatsız keçirilir. İnsanların çoxu heç bunun fərqində olmur. Bəlkə bunun bir səbəbi də odur ki, azərbaycanlıların anlamında həyatın öz qanunları var. Bu qanunlar daha dəqiq və daha qüsursuz yerinə yetirilir.
Kağız üzərində olan qanunlar isə başqa şey üçündür. Onlar bəlkə də görüntü üçündür, təbliğat üçündür, amma həyat üçün deyil.
Nə edəsən ki, Konstitusiya da kağız üzərində olan qanundur. Çalışıb ona həyati qüvvə vermək olardı. Amma bunu heç kim istəmir. Ona görə ki, bu ölkədə qanunlara əməl etmək vərdişi azdır. Hətta məlum deyil ki, onlara kim əməl etməlidir? Kimin üçün yazılıb bu qanunlar?
HƏR ŞEY «YUXARI»LARDAN BAŞLAYIR
Qanun haradan pozulmağa başlayır? Mübaliğəsiz demək olar ki, onun pozulduğu ilk ünvan hakimiyyətin yuxarı eşelonudur. Qanunun bütün məzmununu bir prinsipdə ifadə etmək olardı: qanun hamının onun qarşısında bərabər olmasını nəzərdə tutur.
Amma hakimiyyətin yuxarı eşelonu özünü başqaları ilə heç də bərabərləşdirmək istəmir.
Kiçik ölkələrin kiçik padşahları da özlərini belə aparır. Onlar açıq şəkildə «Qanun mənəm!» deyə bilməsələr də, amma «Daha düzgününü mən bilirəm!» deməkdən çəkinmirlər.
Onlar ümumi qaydaları deyil, istisnaları sevirlər. Səhv etmiriksə, 16-cı Lüdovik «Dövlət və qanun mənəm» demişdi.
Bu gün kiçik ölkələrin kiçik padşahları da özlərini belə aparır. Onlar açıq şəkildə «Qanun mənəm!» deyə bilməsələr də, amma «Daha düzgününü mən bilirəm!» deməkdən çəkinmirlər.
Qanun (fərqi yoxdur, adi qanundur, yoxsa əsas qanun!) onların həyatına müdaxilə edə bilmir, onları tənzimləyə bilmir. Ona görə ki, qanun bir məqsədlə-onları qorumaq, onları hifz etmək məqsədilə yaranır.
Kiminsə mülkiyyətini gizlətmək lazımdır? Problem deyil, belə bir qanun qəbul etmək olar! Kimisə tənqidlərdən qorumaq lazımdır? Bu da problem deyil! Belə də qanun qəbul etmək olar…
Qərəz, avtoritar ölkələrdə qanun çox məharətli heykəltəraşın əlindəki palçığa bənzəyir, o, bu palçığa istədiyi formanı, məzmunu verə bilir. Əsas odur ki, istək olsun…
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaz, polemikaya qoşul.