-
Rusiyanın F.İ.Tyutçev adlı şairi olub. Şair olduğu qədər də ziddiyyətli adam olub-şeir adamı olmasına baxmayaraq ömrü boyu senzor kimi çalışıb.
Həmin ziddiyyətli F.Tyutçev cənabları bir gün elə özü qədər də ziddiyyətli bir fikir deyib: «Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək mümkün deyil!».
Doğrusu, bu fikri təsadüfən xatırlamadıq. Hər dəfə Rusiyada cərəyan edən prosesləri başa düşməyə cəhd edəndə qeyri-ixtiyari olaraq adamın yadına bu fikir düşür.
Son bir ayda Rusiyada çox ziddiyyətli hadisələr baş verdi. Ölkə sanki birdən ayılıb içindəki özgələrə –əməkçi miqrantlara baxdı və elə bil onları birinci dəfə görürmüş kimi hamılıqla zora əl atdı.
Bəli, indi demək olar ki, heç də hamı belə etmədi və s.və i. Di gəl, elə sorğular da göstərir ki, rusların hamısı olmasa da, çox böyük əksəriyyəti əməkçi miqrantlardan birdəfəlik qurtulmağa meyllidir.
Bəs qeyri-rusların, əməkçi miqrantların mənsub olduqları ölkələrin insanları həmin bu ərəfədə nə haqda düşünürdü? Onlar Rusiyada miqrant problemi haqda düşünürdü, yoxsa başqa bir problem də vardı?
ƏLVİDA, GÖMRÜK BİRLİYİ?
Məsələnin qəlizliyi də elə bundadır. Bundan əvvəl beyinləri Gömrük Birliyi və Avrasiya İttifaqı kimi ideyalar məşğul edirdi. Hətta belə fikirlər də səslənirdi ki, bu dəfə, deyəsən, Rusiyanın növbəti inteqrasiya dalğası qarşısında dayanmaq mümkün olmayacaq.
Elə bu səbəbdən də bəziləri, hətta özlərini bu vaxta qədər qatı müstəqillik tərəfdarı kimi göstərənlər belə daha praqmatik çıxış yolu axtarmağa girişdilər.
Gəldikləri nəticə də bu oldu ki, əgər adı çəkilən birliklərə qoşulmaq labüddürsə, onda heç olmasa, Rusiyadan bunun əvəzində nəsə qoparaq!
Amma bu arada Rusiya elə hərəkət etdi ki, hətta «praqmatik siyasətşünaslar» kimi görünməyə çalışanlar belə çaşıb qaldılar.
Məlum oldu ki, Rusiyadan nəsə qoparmaq çətin məsələdir, əksinə Rusiya qonşuluğundakı dövlətlərdən nələrisə qorparmaq əzmindədir.
V. PUTİNİ EŞİTMƏDİLƏR? YOXSA…
Çox maraqlıdır ki, iğtişaşlar başlamazdan bir neçə gün əvvəl V. Putin bəyan etdi ki, keçmiş sovet ölkələri ilə viza rejimi tətbiq etmək onları Rusiyadan uzaqlaşdıra bilər.
Amma bir-iki gün sonra elə hadisələr baş verdi ki, keçmiş sovet ölkələri nəinki Rusiyadan qaçıb uzaqlaşmaq, hətta ondan mümkün qədər kənar dolanmaq haqqında düşünməyə başladılar.
Adi məntiqə görə böyük inteqrasiya prosesi ərəfəsində Rusiya qonşuları ilə mülayim davranmalı, onları hətta şirnikləndirməli idi. Amma bunun əksi baş verdi. Bəs səbəb?
Bəlkə bu addımla Rusiya inteqrasiya prosesinə qoşulmaq istəməyənləri bir növ silkələmək, qorxutmaq istəyirdi? Əgər belə düşünülmüşdüsə də bu, çox səhv addım idi.
İndi Qafqaz ölkələrini, Mərkəzi Asiya ölkələrini Rusiyaya nə bağlayır? Yalnız əməkçi miqrantlar. Bütün bu ölkələr ondan ehtiyat edir ki, Rusiya bir gün bütün miqrantları öz ölkələrinə göndərə bilər.
İndi deyilənə görə miqrantlar geri qayıtmaq əzmindədirlər. Belə olan təqdirdə Rusiya öz cazibəsini tamamilə itirmirmi? Məsələ də elə bundadır ki, itirir.
MİLLƏTÇİLƏRİN XOFU
Bəzi mülahizələrə görə bütün bu proses daxili siyasi konyunkturaya hesablanmaşdı və V. Putin növbəti dəfə demək istəyirdi ki, əgər mən olmasam, onlar olacaq!
Amma bu, nə qədər reallığı əks etdirir? Hər halda mübahisəli fikirdir. Düzdür, Rusiyanın təhlükəsizlik strukturları çox cəhd edir ki, millətçilər onların yaratdığı obrazdan fərqli şəkildə görünməsin.
Fəqət, millətçilərin elə bu günlərdə təşkil etdikləri «Rusiya yürüşü» də bir daha sübut etdi ki, onlar elə bir böyük siyasi güc də deyillər.
Bəs onda problem nədədir? Bütün dünyada miqrant problemi konservativ sağçıların əsas qayəsi olur. Amma daha dərin təhlillər göstərir ki, əslində miqrant probleminə ortaq baxış daha çox adamı birləşdirir.
Hətta Rusiya siyasətinin «yeni ulduzu» A. Navalnıy da bu mövzuda danışmağı sevir. Deməli, məsələ tək millətçilərdə deyil. Bəs onda nədədir?
Birincisi, ya bilərəkdən, ya bilməyərəkdən, ya da ki, hansısa xarici qüvvənin təhriki ilə, hər halda V.Putin özünün inteqrasiya ideyalarının cazibəsini xeyli zəiflətdi.
İkincisi, Rusiyada miqrant məsələsi çox anormal bir səviyyədə qurulub. Bir gün V. Putin olmasa da, kimsə başqa bir adam bu sahədə sahman yaratmağa çalışacaq. Ona görə də ən praqmatik addım artıq indidən o günə hazırlaşmaqdır. O gün isə çox da uzaqda deyil.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Rusiyanın F.İ.Tyutçev adlı şairi olub. Şair olduğu qədər də ziddiyyətli adam olub-şeir adamı olmasına baxmayaraq ömrü boyu senzor kimi çalışıb.
Həmin ziddiyyətli F.Tyutçev cənabları bir gün elə özü qədər də ziddiyyətli bir fikir deyib: «Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək mümkün deyil!».
«Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək mümkün deyil!»
Son bir ayda Rusiyada çox ziddiyyətli hadisələr baş verdi. Ölkə sanki birdən ayılıb içindəki özgələrə –əməkçi miqrantlara baxdı və elə bil onları birinci dəfə görürmüş kimi hamılıqla zora əl atdı.
Bəli, indi demək olar ki, heç də hamı belə etmədi və s.və i. Di gəl, elə sorğular da göstərir ki, rusların hamısı olmasa da, çox böyük əksəriyyəti əməkçi miqrantlardan birdəfəlik qurtulmağa meyllidir.
Bəs qeyri-rusların, əməkçi miqrantların mənsub olduqları ölkələrin insanları həmin bu ərəfədə nə haqda düşünürdü? Onlar Rusiyada miqrant problemi haqda düşünürdü, yoxsa başqa bir problem də vardı?
ƏLVİDA, GÖMRÜK BİRLİYİ?
Məsələnin qəlizliyi də elə bundadır. Bundan əvvəl beyinləri Gömrük Birliyi və Avrasiya İttifaqı kimi ideyalar məşğul edirdi. Hətta belə fikirlər də səslənirdi ki, bu dəfə, deyəsən, Rusiyanın növbəti inteqrasiya dalğası qarşısında dayanmaq mümkün olmayacaq.
Elə bu səbəbdən də bəziləri, hətta özlərini bu vaxta qədər qatı müstəqillik tərəfdarı kimi göstərənlər belə daha praqmatik çıxış yolu axtarmağa girişdilər.
Gəldikləri nəticə də bu oldu ki, əgər adı çəkilən birliklərə qoşulmaq labüddürsə, onda heç olmasa, Rusiyadan bunun əvəzində nəsə qoparaq!
...Rusiya qonşuluğundakı dövlətlərdən nələrisə qorparmaq əzmindədir
Məlum oldu ki, Rusiyadan nəsə qoparmaq çətin məsələdir, əksinə Rusiya qonşuluğundakı dövlətlərdən nələrisə qorparmaq əzmindədir.
V. PUTİNİ EŞİTMƏDİLƏR? YOXSA…
Çox maraqlıdır ki, iğtişaşlar başlamazdan bir neçə gün əvvəl V. Putin bəyan etdi ki, keçmiş sovet ölkələri ilə viza rejimi tətbiq etmək onları Rusiyadan uzaqlaşdıra bilər.
Amma bir-iki gün sonra elə hadisələr baş verdi ki, keçmiş sovet ölkələri nəinki Rusiyadan qaçıb uzaqlaşmaq, hətta ondan mümkün qədər kənar dolanmaq haqqında düşünməyə başladılar.
Adi məntiqə görə böyük inteqrasiya prosesi ərəfəsində Rusiya qonşuları ilə mülayim davranmalı, onları hətta şirnikləndirməli idi. Amma bunun əksi baş verdi. Bəs səbəb?
Bəlkə bu addımla Rusiya inteqrasiya prosesinə qoşulmaq istəməyənləri bir növ silkələmək, qorxutmaq istəyirdi? Əgər belə düşünülmüşdüsə də bu, çox səhv addım idi.
İndi Qafqaz ölkələrini, Mərkəzi Asiya ölkələrini Rusiyaya nə bağlayır? Yalnız əməkçi miqrantlar. Bütün bu ölkələr ondan ehtiyat edir ki, Rusiya bir gün bütün miqrantları öz ölkələrinə göndərə bilər.
İndi deyilənə görə miqrantlar geri qayıtmaq əzmindədirlər. Belə olan təqdirdə Rusiya öz cazibəsini tamamilə itirmirmi? Məsələ də elə bundadır ki, itirir.
MİLLƏTÇİLƏRİN XOFU
Bəzi mülahizələrə görə bütün bu proses daxili siyasi konyunkturaya hesablanmaşdı və V. Putin növbəti dəfə demək istəyirdi ki, əgər mən olmasam, onlar olacaq!
İndi Qafqaz ölkələrini, Mərkəzi Asiya ölkələrini Rusiyaya nə bağlayır?