Sosial şəbəkələrin sürətlə yayılan video, foto, mahnı, rəqs, ifadə və s. yoluxucu hadisələri az deyil. Deyəsən bu fenomenin daha bir janrı yaranır: tapmaca.
Son günlər virtual fəzada "Zürafə tapmacası" deyiilən bir təzahür baş verir. Bu, Azərbaycan facebookunda o qədər də hiss olunmur, amma dostları əsasən Qərb ölkələrindən olan aktiv FB istifadəçiləri son günlər profil şəkillərində zürafə mövzusunun şübhəli şəkildə artmasına diqqət yetiriblər.
Profil şəkilləri ilə etiraz və ya həmrəylik nümayiş etdirmək yeni fenomen deyil. Məsələn, Azərbaycanda kimsə həbs olunanda və ya mükafat alanda onun fotosu dərhal çoxlarının profil şəklini əvəz edir.
Lakin zürafə? Haradasa zürafələrin kütləvi qırğını baş versəydi media mütləq xəbər verərdi, belə xəbər isə yox idi.
Medianı, online forumları dolandıqdan, şəklini zürafə ilə dəyişənlərlə əlaqə yaradandan sonra məlum oldu ki, söhbət "Böyük zürafə çağırışı" adlı tapmacadan gedir.
Tapmaca təxminən belə səslənir:
"3.00. Qapının zəngi çalınır. Yuxudan oyanırsan. Gözlənilməz qonaqlar sənin valideynlərindir, səhər yeməyinə buyurubar. Səndə çörək, pendir, mürəbbə, bal və çaxır var. İlk növbədə nəyi açarsan?"
Bu tapmacanın cavabı kimi ağıla gələn ilk fikir - qapıdır. Çoxları elə belə də cavab verir - "Valideynlərim gəlib, əlbəttə qapını açaram". Elə buna görə də son günlər profillərdəki zürafə şəkillərinin sayı kəskin şəkildə artıb.
Çünki "qapı" cavabı doğru deyil, tapmacanın şərtinə əsasən isə ona cavab verən istifadəçi əvvəlcədən vəd edir ki, səhv etsə profilini 3 günlüyə zürafə şəklinə dəyişəcək.
Tapmaca hansısa sayta yerləşdirilməyib, istifadəşçilər bir-birinə göndərirlər. "Qapı" cavabının yanılış olduğunu və doğru cavabı biləndən sonra zürafə şəkli ilə təmsil olunmağa çoxları etiraz etmir.
Tapmacanın doğru cavabı isə "GÖZLƏR"dir. Gecə saat 3-də qapı döyülürsə, hər bir adam ilk növbədə gözlərini açır.
"Zürafə" axtarışında rastımıza virus xəbərdarlıqları da çıxdı. Müxtəlif bloqlarda oxuduq ki, bu təşəbbüsü irəli sürən hackerlər əvvəlcədən Google-un şəkil axtarışı mühərrikinə "tələlər" qoyublar. "Giraf" "Girafe" sözlərini axtarışa verən istifadəçilərin Facebook parolu həmin tələlərə düşəcək.
Lakin nə Google, nə də Facebook rəsmi mənbələrində belə bir xəbərdarlıq edir, nə də bloqqerlərin istinad etdikləri mənbələrin online fəzada izi-sorağı var.
Biz riskə gedib zürafə şəklini axtardıq. 2-3 gündən sonra yazının və AzadliqFM-in "başına bir iş gəlsə", deməli təhlükə var imiş.
3 gündən sonra hamınızı geri gözləyirik.