Keçid linkləri

Təcili xəbərlər

İqtisadiyyat üzrə Nobel mükafatını 3 amerikalı alır


Eugene Fama, Lars Peter Hansen və Robert Shiller
Eugene Fama, Lars Peter Hansen və Robert Shiller
2013-cü il İqtisadiyyat üzrə Nobel mükafatına 3 ABŞ alimi – Eugene Fama, Lars Peter Hansen və Robert Shiller layiq görülüb.

İsveç Kral Elmlər Akademiyası bildirir ki, iqtisadçılar bu yüksək mükafata “aktivlərin qiymətləndirilməsinin empirik analizinə” görə layiq görülüblər. “Onlar aktivlərin qiymətlərinin indiki anlamının əsaslarını qoyublar”.

Chikago Universitetinin Biznes Məktəbinin professoru Fama effektiv bazar hipotezinin prinisplərinin həmmüəlliflərindən biridir.

Chikago Universitetinin professoru Hansen ümumiləşmiş momentlər nəzəriyyəsinin yaradıcısıdır. O, bu nəzəriyyəsini iqtisadiyyatın müxtəlif sahələrə tətbiq edib.

Yale Universitetinin professoru Shiller isə maliyyə sahəsində tədqiqiatları ilə tanınıb. Thomson Reuters hələ 2012-ci ildə onu Nobel mükafatına əsas namizəd hesab edirdi.
Hətta Thomson Reuters hesab edirdi ki, Shiller Nobel mükafatını “maliyyə bazarının volatilliyi və aktivlərin qiymətinin dinamikası sahəsində tədqiqatlara” görə alacaq.

Shiller hələ 2006-cı ildə qlobal böhran təhlükəsizndən danışırdı: “Çox böyük ehtimalla biz çox pis dövrün kandarındayıq. Bu dövrdə satış azalır, qiymətlər düşür, defoltlar olur, maliyyə bazarları sarsılır. Ola bilsin ki, biz tənəzzülün kəndarındayıq. Və bu tənəzzül düşündüyümüzdən tez başlana bilər”.

İqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyəti ilə təsis olunan mükafatlar arasında olmayıb. Onu 1968-ci ildə İsveç Bankının təşəbbüsü ilə təsis ediblər.
Bu ilki mükafat 1 milyon 200 min ABŞ dolları həcmindədir.

Ən son yazılan

XS
SM
MD
LG