Keçid linkləri

Təcili xəbərlər

Siyasi Məhbuslar: Avropa soruşmur, Azərbaycanın yadına düşmür…


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Ötən həftə mən Azərbaycanın bəzi millət vəkillərinin Avropa Parlamentində Azərbaycanda insan hüquqlarına dair tədbiri necə pozmasından yazmışdım.

Bildirmişdim ki, bu, rəsmi Bakının, ölkənin insan haqlarına dair hər hansı beynəlxalq tədbirin hakimiyyət tərəfdarlarının diqqətindən kənarda qalmaması üçün göstərdiyi daha geniş cəhdinin bir hissəsidir.

Amma belə görünür ki, bu strategiya heç də bütün tədbirlərə aid deyilmiş. Mən bu həftə Azərbaycan və beynəlxalq insan haqları təşkilatlarının nümayəndə heyətinin tərkibində, Azərbaycanda seçkiöncəsi mühitdə insan haqları pozuntularına Avropa Şurasının diqqətini çəkmək üçün Strasburqa gəlmişdim.

Bu səfərin çərçivəsində biz oktyabrın 1-də “Seçkiöncəsi təqib: Azərbaycanda İnsan Haqları” adlı tədbir keçirdik.

Azərbaycanda siyasi motivlərlə həbs edilmiş və ya məhkum olunmuş şəxslərin sayının ötən yanvardakı 60-dan 142-yə qalxıb
Bu tədbirin həm-sponsorluğunu Polşa millət vəkili Robert Biedroń, Estoniya millət vəkili Mailis Reps və Britaniya millət vəkili Paul Flynn etmişdilər. Bu təbirə Almaniya, İrlandiya, Latviya, Rumıniya və Britaniya millət vəkilləri də daxil olmaqla 70 nəfər qatılmışdı. Tədbiri Bakıda mənzillənmiş İnsan Haqları Klubu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ), habelə International Media Support, Platform London və Polşa Helsinki İnsan Haqları Fondu təşkil etmişdilər.

Biz bu tədbirdə iki mühüm sənədi təqdim etdik. Bunlardan biri İnsan Haqları Klubu tərəfindən Azərbaycanda hazırda siyasi məhbus hesab edilən 142 nəfərin işlərinə dair tərtib edilmiş sənəd, digəri isə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına qoşulduqdan bəri insan haqlarına dair öhdəliklərini sistematik olaraq yerinə yetirməkdən imtina etməsinə dair RATİ-nin hesabatı idi.

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ NİYƏ GƏLMƏDİ?


Siyasi məhbusların siyahısının elan edilməsi xüsusilə əhəmiyyətli hadisə idi, beləki, bu məsələ, yanvar ayında “Azərbaycanda siyasi dustaqlara dair qətnamə” Avropa Şurasında səsvermə zamanı məğlub edildikdən sonra, ilk dəfə yenidən qaldırılırdı.

Bu siyahı Azərbaycanda siyasi motivlərlə həbs edilmiş və ya məhkum olunmuş şəxslərin sayının ötən yanvardakı 60-dan 142-yə qalxdığını göstərirdi.

Onlar elə düşünürlər ki, bu məsələ artıq ölüb...
Doğrusu, biz Azərbaycanın AŞPA-dakı nümyəndə heyətindən keçirdiyimiz tədbirə qarşıdurma münasibəti gözləyirdik. Axı bu nümayəndə heyəti siyasi məhbus məsələsinə qarşı dörd il lobbi fəaliyyəti göstərmiş və qətnamənin məğlubiyyətini qələbə kimi qeyd etmişdi.

Onlar elə düşünürlər ki, bu məsələ artıq ölüb və o zamandan bəri hər imkan düşəndə, “Azərbaycanda siyasi məhbus yoxdur” deyə bəyanatlar verirlər. Hətta belə bir bəyanatı bir dəfə prezident İlham Əliyev də Brüsseldə vermişdi.

Əksinə, onlar yenidən alovlandırılmış bu debatı görməməzliyə vurdular. Azərbaycan nümayəndə heyətindən tədbirə heç kim gəlmədi, hərçənd Azərbaycanın Avropa Şurasındakı daimi missiyasının bir nümayəndəsi hər halda göründü.

Lakin ən təəccüblüsü bu idi ki, hökumətpərəst məddahlardan və təşviqatçılardan heç biri gəlmədi. AŞPA-nın monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Joseph Debono GrechPedro Agramunt, hətta Əliyev rejimini açıq müdafiə edən Britaniya millət vəkili Mike Hancock da bu tədbirə təşrif buyurmadılar.

Rebecca Vincent
Rebecca Vincent
Ola bilsin ki, onların əks –arqumentləri olmadığı üçün gəlməmişdilər, ola da bilər ki, onlar bizim tədbirin və açıqladığımız informasiyanın mühümlüyünü azaltmağa çalışmışdılar. Bu da ola bilər ki, onların gəlməməsi indi üstünlüyün Avropa Şurasına deyil, Avropa Parlamentinə verilməsinə işarə idi.

Çünki elə oktyabrın 3-də Azərbaycanda 9 oktyabr prezident seçkiləri ərəfəsində bu ölkədə siyasi iqlimə aid tədbirə qatılan hökumət tərəfdarları seminarın işini pozmağa çalışmışdılar.

TƏKCƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DEYİL, AVROPA DA İTİRƏCƏK

Azərbaycan nümayəndə heyətinin və onların tərəfdarlarının tədbirə qatılmamasına baxmayaraq, bu mühüm məsələyə dair debatların AŞPA-da yenidən canlandırılması son dərəcə əhəmiyyətli hadisə idi.

Biz indi ümid edirik ki, AŞPA bu səhvi düzəldəcək
Biz AŞPA-da ötən yanvarda keçirilmiş səsvermə ilə Azərbaycanda siyasi həbslərin artması arasında bağlılığın sübutunun şahidi olduq. Aydın görünür ki, Azərbaycan hökuməti səsvermənin nəticələrini, ona istədiyini etmək üçün verilən lisenziya kimi qəbul edib.

Biz indi ümid edirik ki, AŞPA bu səhvi düzəldəcək. Biz bu qurumu təcili qaydada siyasi məhbuslar məsələsini qaldırmağa, vəziyyəti öyrənmək üçün yeni mandatın verilməsinə və Azərbaycan nümayəndə heyətinin haqqında çox danışdığı siyasi məhbus kriteriyasının tətbiqinə çağırırıq.

Biz həmin Avropa siyasətçilərini Azərbaycan 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə gəlmədən, ondan öhdəliklərini yerinə yetirilmədiyi üçün haqq-hesab sorulmasına çağırırıq.

...itirən təkcə Azərbaycan vətəndaşları olmayacaq
Lakin əgər biz səhv ediriksə, və əgər insan haqlarının müdafiəsi və ona hörmət etdirilməsi üçün yaradılmış AŞPA Azərbaycanın bu yüksək məqama onun öz öhdəliklərinə ən az əməl etdiyi bir vaxtda gəlməsinə yol verərsə, itirən təkcə Azərbaycan vətəndaşları olmayacaq.

Onda vəziyyət Avropada Sabitlik Təşəbbüsünün hazırladığı “Kürü diplomatiyası” hesabatındakı kimi olacaq. Həmin hesabatda isə deyilirdi ki, “bu, Avropa Şurasının tarixində ən ciddi böhrandır və təşkilat bundan sonra da mövcudluğuna haqq qazandırmaq istəyirsə, öz dəyərlərini təcili qaydada xilas etməlidir”.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG