-
Uşaqlıqda bizi məcburən paradlara aparırdılar. Hamımızın da əlinə böyük portretlər, transporantlar verirdilər. Biz də daşıyırdıq və bu yolla kommunist öndərlərə öz sayğımızı bildirirdik.
Birdən-birə bunu niyə xatırladıq? Başqa vaxt ölkədə bir sorğu görməzsən. Elə ki, seçki başlayır, hamı dönüb olur sorğu üzrə mütəxəssis, sanki əsl sosiologiya paradına start verilir.
Deyə bilərsiniz ki, burada nə var ki? Hamı hakimiyyətə yarınmağın bir yolunu tapır. Bunlar da bu yolu seçiblər.
Düzdür, amma kiçik bir düzəlişlə. O da budur ki, yarınmağı da, heç olmasa, peşəkar şəkildə etmək lazımdır ki, bunun bir nəticəsi olsun, heç olmasa, üç adamın diqqətini çəksin.
DOQQUZ NƏFƏRƏ CƏMİ 16 FAİZ!
Müstəqilliyə ən çox iddia edən telekanallardan (adını reklam olmasın deyə çəkmirik!) biri teledebatlar başlayandan guya ki, öz saytında sorğu keçirir və hər gün onun «nəticələr»ini elan edir. Maraqlısı nədir?
İ.Əliyevə əvvəldən təxminən 84 faiz səs yazıblar. Bu «göstərici» əsla dəyişmir, olduğu kimi qalır. Qalan 16 faizi isə 9 müxalifətçi və müstəqil namizədlər arasında bölüşdürürlər -birinin «göstərici»sini azacıq azaldır, o biri namizədin «göstəricisi»ni isə azacıq çoxaldırlar, amma elə edirlər ki, onlara ayrılan 16 faiz sabit qalır, dəyişmir.
Prinsipcə, digər elektron-informasiya vasitələri də internet sorğusu keçirir. Amma onlar heç olmasa qeyd edirlər ki, bu, sadəcə internet sorğusudur və onu sosioloji sorğu kimi qəbul etmək olmaz.
Üstəlik, onlar öz nəticələrini belə ciddi-cəhdlə reklam etmirlər. Həm də nəticələr variasiya edir, azacıq da olsa dəyişir, baxırsan ki, bəli, bu gün bu namizəd bir az önə keçib, o birisi isə, əksinə geriləyib.
Qeyd etdiyimiz telekanalın «sorğusu» isə heç İ. Əliyevin də könlünü oxşamayacaq, çünki ötən prezident seçkisində ona təxminən 89 faiz səs yazmışdılar.
Seçkinin lap əvvəlində hakim partiyanın funksionerləri demişdi ki, bu il - 2013 ildə bir qədər də yüksək nəticəyə ümid edirlər. Amma telekanal İ.Əliyevə 84 faiz səs verib.
Bu nə deməkdir? İ. Əliyevin göstəricisi birdən-birə 5 faiz azalıbmı? Bəs onda ölkədə aparılan abadlıq və quruculuq işləri, milyonlarla yeni açılmış iş yerləri necə olsun? Xalq onları dəstəkləmirmi?
Həqiqətən də «çətin» sualdır. Amma görünür ki, telekanalın əməkdaşları onun «cavab»ını seçkidən sonra verəcəklər və hətta bunun niyə belə olduğunu da izah edəcəklər.
ƏSL SORĞU OLSAYDI…
Bir dəfə bir moskvalı politoloq mənə yazı sifariş vermişdi. Amma istəyirdi ki, əsas seçkilərin–parlament və prezident seçkilərinin nəticələrini necə var təhlil edim, diaqramlar qurum.
Mən ona başa sala bilmədim ki, bizdə belə nəticələr yoxdur. Belə nəticələr bəlkə heç MSK-da da yoxdur. Bunun əvəzində güclü təxəyyül məhsulu var.
Bütün bölgələrdə bir qayda olaraq hakim partiyanın nümayəndələri triumfial qələbələr qazanırlar. Bunun nəyini təhlil edək? Qərəz, onu başa sala bilmədim ki, bilmədim.
O vaxtdan bir neçə il keçib. Amma mənim özümə də maraqlıdır ki, Bakıdakı seçici ilə Gəncədəki seçici, Şamaxıdakı seçici ilə Sumqayıtdakı seçici arasındakı fərq nədədir? Azərbaycanın şimal bölgəsi kimlərə səs verir? Bəs cənub bölgəsi seçkilərdə ən çox nəyə diqqət yetirir?
Bəlkə də nə vaxtsa bu sualların cavabı tapılacaq. Amma bundan əvvəl bir iş görülməlidir-ölkədə əsl seçki keçirilməlidir ki, sosioloqlar da bunu araşdırıb müəyyən nəticələrə gəlsinlər.
Amma hələki bu, yoxdur. Ona görə də sorğu adi bir yarınma vasitəsinə çevrilib. Hamı çalışır ki, bir ay qabaqdan hakimiyyətin nəticələrini, MSK-nın təqdim edəcəyi göstəriciləri təsdiq etsin. Sonra da desinlər ki, elə ölkədə aparılan sorğular da göstərirdi ki…
Məhz buna görə də bu gün sosiologiya üzrə alimlik dərəjəsi almış adamlara ibn Həldundan danışmaq daha asandır, nəinki seçkilərdən. Üstəlik, müqayisə edəndə görürsən ki, ibn Həldunun öz dövründəki cəmiyyətləri araşdırmaq, onları təsnif etmək və tendensiyaları müəyyənləşdirmək imkanları daha çox idi, nəinki indiki azərbaycanlı sosioloqların. Bu da müsəlman aləminin bir paradoksudur- bütün yaxşı, öyünüləsi şeylərin hamısı keçmişdə qalıb.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Uşaqlıqda bizi məcburən paradlara aparırdılar. Hamımızın da əlinə böyük portretlər, transporantlar verirdilər. Biz də daşıyırdıq və bu yolla kommunist öndərlərə öz sayğımızı bildirirdik.
Hamı hakimiyyətə yarınmağın bir yolunu tapır
Deyə bilərsiniz ki, burada nə var ki? Hamı hakimiyyətə yarınmağın bir yolunu tapır. Bunlar da bu yolu seçiblər.
Düzdür, amma kiçik bir düzəlişlə. O da budur ki, yarınmağı da, heç olmasa, peşəkar şəkildə etmək lazımdır ki, bunun bir nəticəsi olsun, heç olmasa, üç adamın diqqətini çəksin.
DOQQUZ NƏFƏRƏ CƏMİ 16 FAİZ!
Müstəqilliyə ən çox iddia edən telekanallardan (adını reklam olmasın deyə çəkmirik!) biri teledebatlar başlayandan guya ki, öz saytında sorğu keçirir və hər gün onun «nəticələr»ini elan edir. Maraqlısı nədir?
İ.Əliyevə əvvəldən təxminən 84 faiz səs yazıblar. Bu «göstərici» əsla dəyişmir, olduğu kimi qalır. Qalan 16 faizi isə 9 müxalifətçi və müstəqil namizədlər arasında bölüşdürürlər -birinin «göstərici»sini azacıq azaldır, o biri namizədin «göstəricisi»ni isə azacıq çoxaldırlar, amma elə edirlər ki, onlara ayrılan 16 faiz sabit qalır, dəyişmir.
Prinsipcə, digər elektron-informasiya vasitələri də internet sorğusu keçirir. Amma onlar heç olmasa qeyd edirlər ki, bu, sadəcə internet sorğusudur və onu sosioloji sorğu kimi qəbul etmək olmaz.
Hakim partiyanın funksionerləri 2013 ildə bir qədər də yüksək nəticəyə ümid etdiklərini demişdilər
Qeyd etdiyimiz telekanalın «sorğusu» isə heç İ. Əliyevin də könlünü oxşamayacaq, çünki ötən prezident seçkisində ona təxminən 89 faiz səs yazmışdılar.
Seçkinin lap əvvəlində hakim partiyanın funksionerləri demişdi ki, bu il - 2013 ildə bir qədər də yüksək nəticəyə ümid edirlər. Amma telekanal İ.Əliyevə 84 faiz səs verib.
Bu nə deməkdir? İ. Əliyevin göstəricisi birdən-birə 5 faiz azalıbmı? Bəs onda ölkədə aparılan abadlıq və quruculuq işləri, milyonlarla yeni açılmış iş yerləri necə olsun? Xalq onları dəstəkləmirmi?
Həqiqətən də «çətin» sualdır. Amma görünür ki, telekanalın əməkdaşları onun «cavab»ını seçkidən sonra verəcəklər və hətta bunun niyə belə olduğunu da izah edəcəklər.
ƏSL SORĞU OLSAYDI…
Bütün bölgələrdə bir qayda olaraq hakim partiyanın nümayəndələri triumfial qələbələr qazanırlar
Mən ona başa sala bilmədim ki, bizdə belə nəticələr yoxdur. Belə nəticələr bəlkə heç MSK-da da yoxdur. Bunun əvəzində güclü təxəyyül məhsulu var.
Bütün bölgələrdə bir qayda olaraq hakim partiyanın nümayəndələri triumfial qələbələr qazanırlar. Bunun nəyini təhlil edək? Qərəz, onu başa sala bilmədim ki, bilmədim.
O vaxtdan bir neçə il keçib. Amma mənim özümə də maraqlıdır ki, Bakıdakı seçici ilə Gəncədəki seçici, Şamaxıdakı seçici ilə Sumqayıtdakı seçici arasındakı fərq nədədir? Azərbaycanın şimal bölgəsi kimlərə səs verir? Bəs cənub bölgəsi seçkilərdə ən çox nəyə diqqət yetirir?
Bəlkə də nə vaxtsa bu sualların cavabı tapılacaq. Amma bundan əvvəl bir iş görülməlidir-ölkədə əsl seçki keçirilməlidir ki, sosioloqlar da bunu araşdırıb müəyyən nəticələrə gəlsinlər.
Amma hələki bu, yoxdur. Ona görə də sorğu adi bir yarınma vasitəsinə çevrilib. Hamı çalışır ki, bir ay qabaqdan hakimiyyətin nəticələrini, MSK-nın təqdim edəcəyi göstəriciləri təsdiq etsin. Sonra da desinlər ki, elə ölkədə aparılan sorğular da göstərirdi ki…
Ölkədə əsl seçki keçirilməlidir ki, sosioloqlar da bunu araşdırıb müəyyən nəticələrə gəlsinlər