-
Siyasətdə səmimiyyət məsələsi həmişə mübahisəli olub. Amma Gürcüstan prezidenti M. Saakaşvilinin BMT Baş Assambleyasındakı çıxışını oxuyandan sonra nədənsə belə təsəvvür yarandı ki, hərdən bir belə çıxışlar da etmək lazımdır, çünki siyasətin dəmir çərçivələri bir çox hallarda siyasətçilərin hətta özlərini də sıxır.
Düzdür, deyə bilərlər ki, M. Saakaşvili artıq böyük siyasətdən getmək ərəfəsindədir, ona görə də özünə belə çıxışları rəva görə bilər. Amma sözün düzünü desək, M.Saakaşvili həmişə belə çıxışlar edib, hər yerdə və həmişə olmasa da, böyük tribunalarda hər an düşündüyünü deyib.
Bunu nədən xatırlatdıq? Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri yazarların başını o qədər qatıb ki, unutmuşuq ki, bu ay Qafqazın başqa bir ölkəsində – Gürcüstanda da prezident seçkisi olacaq.
Azərbaycanda heç kim heç yerə getməyə hazırlaşmır. Amma Gürcüstanda prezident mütləq dəyişiləcək, ən azı ona görə ki, prezident M.Saakaşvilinin üçüncü dəfə seçilmək hüququ yoxdur.
Siyasi olimpə kim gələcək? Bu, indiki prezidentin komandasının üzvü olacaq, yoxsa B. İvanaşvilinin «adamı» olacaq, ya da ki, N.Burjanadze olacaq-bunu bilmirik, amma çox yaxın bir vaxtda, təxminən üç həftədən sonra biləcəyik.
HƏM OXŞAYIR, HƏM DƏ OXŞAMIR
Bu gün iki ölkəni- Azərbaycanı da, Gürcüstanı da bir ümumi cəhət birləşdirir. Hər iki ölkədə seçkiyə maraq o qədər də böyük deyil. Əgər bu iki ölkədən birində- Azərbaycanda seçkiyə marağın azlığı ona inamın azlığının nəticəsidirsə, Gürcüstanda səbəb başqadır.
Təzə qaydalara görə bu ölkədə prezidentin səlahiyyətləri kəskin şəkildə məhdudlaşmalıdır, bunun əvəzində isə baş nazirin səlahiyyətləri artmalıdır. Ona görə də təhlilçilər bu detalı Gürcüstanda seçkiyə marağın az olmasının əsas səbəbi kimi götürürlər.
Amma düşünürük ki, başqa səbəblər də olmamış deyil. Azərbaycanlılar da, gürcülər də bir növ siyasətdən küsüblər. Azərbaycanlıların küskünlüyünün bir səbəbini bir qədər əvvəldə dedik.
Başqa bir səbəb də odur ki, Azərbaycan cəmiyyətinin başına nə bəla gəlirsə onun çox bilməyindən gəlir, çünki onlar hesab edirlər ki, nəinki indi hakimiyyətdə olanları, hətta onların yerini tutmaq istəyənləri də çox yaxşı tanıyırlar.
Gürcüstan cəmiyyəti də çaşqınlıq içindədir. M. Saakaşvili həm haqlı çıxdı, həm də haqsız. O, Rusiya və onun Qafqaz siyasəti haqqında nə demişdi, hamısı düz çıxdı, amma bu xüsusda nə etmişdisə, hamısı səhv oldu, çünki siyasətçilər bildiklərinin hamısını etsələr Yer kürəsi öz məhvərindən çıxa bilər.
B.İvanaşvili öz rəqibindən fərqli olaraq daha hiyləgərdir. O, da gözəl bilir ki, Rusiya ilə heç nə alınmır, heç alınmayacaq da, çünki Rusiyanın bir xasiyyəti var ki, tutduğunu buraxmır. Ona görə də B.İvanaşvilinin Osetiya ilə Abxaziyanı görməsi onun öz boynunun ardını görməsi kimi bir şeydir.
M.Saakaşvili BMT-də çıxış edərkən Rusiyanın nümayəndələri zalı tərk etmişdi. O, çıxışı biz də oxuduq və dərhal sual yarandı: «Cənablar, bəlkə bu adam düz demir?».
Yox, Saakaşvili hər şeyi düz deyirdi. Bir şeyi səhv edirdi ki, hər şeyi demək olmaz. Necə ki, İ.Əliyev demir.
Bu vaxta qədər onun Qərbə ünvanlanan bir çox ismarıclarını, mesajlarını Saakaşvili çatdırırdı. Qərbdə də belə təsəvvür yaranırdı ki, Azərbaycan da harasa can atır, amma bacarmır. Bax, bu məsələdə Saakaşvili bir qədər rəngləri tündləşdirirdi.
Əslində İ. Əliyev heç yerə can atmır. O indiki vəziyyətində də özünü heç pis hiss etmir. Rusiyanın onun üçün yaratdığı problemlər isə yalnız filologiya ilə bağlı sönük bir dissertasiyanın mövzusu ola bilər.
Düzdür, burada da Gömrük İttifaqı, Avrasiya İttifaqı kimi məsələlər hallandırılır. Hətta prezidentliyə namizədlərin teledebatlarında bəzi hakimiyyətə yaxın namizədlər Azərbaycanın bu birliklərə qoşulacağı halda Qarabağ probleminin həll olunacağı haqda «siyasi nəğmələr» düzüb qoşurlar.
Bu çıxışlara ən yaxşı cavab elə M. Saakaşvilinin adı çəkilən çıxışında verilib. Rusiya Ermənistanın güclənməsini istəyirmi? İstəmir! Azərbaycanı necə, güclü görmək istəyirmi? Yox, istəmir!
Bəs bu Rusiya nə istəyir, nə təklif edir? V.Putin ruslara böyük Rusiya, digər xalqlara isə böyük sarsıntılar vəd edir. Məqsəd də odur ki, onlar heç bir vaxt Rusiyanın ətəyini buraxmasınlar, ondan bərk-bərk yapışsınlar, balaca uşaq öz anasının ətəyindən yapışan kimi. Yalnız o vaxt «matuşka Rossiya» rahat ola bilər.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Siyasətdə səmimiyyət məsələsi həmişə mübahisəli olub. Amma Gürcüstan prezidenti M. Saakaşvilinin BMT Baş Assambleyasındakı çıxışını oxuyandan sonra nədənsə belə təsəvvür yarandı ki, hərdən bir belə çıxışlar da etmək lazımdır, çünki siyasətin dəmir çərçivələri bir çox hallarda siyasətçilərin hətta özlərini də sıxır.
Siyasətdə səmimiyyət məsələsi həmişə mübahisəli olub
Bunu nədən xatırlatdıq? Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri yazarların başını o qədər qatıb ki, unutmuşuq ki, bu ay Qafqazın başqa bir ölkəsində – Gürcüstanda da prezident seçkisi olacaq.
Azərbaycanda heç kim heç yerə getməyə hazırlaşmır. Amma Gürcüstanda prezident mütləq dəyişiləcək, ən azı ona görə ki, prezident M.Saakaşvilinin üçüncü dəfə seçilmək hüququ yoxdur.
Siyasi olimpə kim gələcək? Bu, indiki prezidentin komandasının üzvü olacaq, yoxsa B. İvanaşvilinin «adamı» olacaq, ya da ki, N.Burjanadze olacaq-bunu bilmirik, amma çox yaxın bir vaxtda, təxminən üç həftədən sonra biləcəyik.
HƏM OXŞAYIR, HƏM DƏ OXŞAMIR
Bu gün iki ölkəni- Azərbaycanı da, Gürcüstanı da bir ümumi cəhət birləşdirir. Hər iki ölkədə seçkiyə maraq o qədər də böyük deyil. Əgər bu iki ölkədən birində- Azərbaycanda seçkiyə marağın azlığı ona inamın azlığının nəticəsidirsə, Gürcüstanda səbəb başqadır.
Təzə qaydalara görə bu ölkədə prezidentin səlahiyyətləri kəskin şəkildə məhdudlaşmalıdır, bunun əvəzində isə baş nazirin səlahiyyətləri artmalıdır. Ona görə də təhlilçilər bu detalı Gürcüstanda seçkiyə marağın az olmasının əsas səbəbi kimi götürürlər.
Azərbaycanda seçkiyə marağın azlığı ona inamın azlığının nəticəsidirsə, Gürcüstanda səbəb başqadır
Başqa bir səbəb də odur ki, Azərbaycan cəmiyyətinin başına nə bəla gəlirsə onun çox bilməyindən gəlir, çünki onlar hesab edirlər ki, nəinki indi hakimiyyətdə olanları, hətta onların yerini tutmaq istəyənləri də çox yaxşı tanıyırlar.
Gürcüstan cəmiyyəti də çaşqınlıq içindədir. M. Saakaşvili həm haqlı çıxdı, həm də haqsız. O, Rusiya və onun Qafqaz siyasəti haqqında nə demişdi, hamısı düz çıxdı, amma bu xüsusda nə etmişdisə, hamısı səhv oldu, çünki siyasətçilər bildiklərinin hamısını etsələr Yer kürəsi öz məhvərindən çıxa bilər.
«Cənablar, bəlkə bu adam düz demir?»
M.Saakaşvili BMT-də çıxış edərkən Rusiyanın nümayəndələri zalı tərk etmişdi. O, çıxışı biz də oxuduq və dərhal sual yarandı: «Cənablar, bəlkə bu adam düz demir?».
Yox, Saakaşvili hər şeyi düz deyirdi. Bir şeyi səhv edirdi ki, hər şeyi demək olmaz. Necə ki, İ.Əliyev demir.
Bu vaxta qədər onun Qərbə ünvanlanan bir çox ismarıclarını, mesajlarını Saakaşvili çatdırırdı. Qərbdə də belə təsəvvür yaranırdı ki, Azərbaycan da harasa can atır, amma bacarmır. Bax, bu məsələdə Saakaşvili bir qədər rəngləri tündləşdirirdi.
Əslində İ. Əliyev heç yerə can atmır. O indiki vəziyyətində də özünü heç pis hiss etmir. Rusiyanın onun üçün yaratdığı problemlər isə yalnız filologiya ilə bağlı sönük bir dissertasiyanın mövzusu ola bilər.
Rusiya Azərbaycanı güclü görmək istəyirmi? Yox, istəmir!