Keçid linkləri

Təcili xəbərlər

İ.Əliyev neçə faizlə qalib olmaq niyyətindədir?


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-
Seçki prosesi özünün əsas məqamlarından birinə-təbliğat mərhələsinə yaxınlaşır. Artıq doqquz namizəd qeydə alınıb, üç namizədin sənədlərinə isə yaxın vaxtlarda baxılacağı deyilir.

Əslində hakim partiya çoxdan öz təbliğatını aparır. Düzdür, bunlar daha çox prezidentin adi iş rejimi kimi təqdim olunur, amma ən həvəskar baxış belə bu səfərələrin içində təbliğat elementlərinin olduğunu sezə bilər.

ƏVVƏLİ SEÇKİYƏ OXŞAYIR…

Azərbaycanda seçki prosesinin öz özəllikləri var. Səslərin sayılma mərhələsinə qədər bu proses seçkini xatırladır, ona bənzəyir. Amma elə ki, ilk rəsmi açıqlamalar verilir, ədədlər göstərilir, onda məlum olur ki, necə deyərlər, bu dəfə də alınmadı, ümid qaldı növbəti seçkilərə.

Məsələ bundadır ki, hakim partiyanın nümayəndəsinə o qədər səs yazılır ki, digər namizədlərə az qala onların qeydə alınmaq üçün təqdim etdikləri imzalardan belə az sayda səs düşür.

2008-ci ilin prezident seçkiləri zamanı İ.Əliyevin göstəricisi 88.73 faiz olmuşdu. Bu yaxınlardakı müsahibələrində hakim partiyanın funksionerləri bildirmişdilər ki, onlar bu seçkidə daha yüksək nəticə gözləyirlər. Amma bu nəticə nə qədər ola bilər?

Qeydə alınmış doqquz namizədin hər birinə heç olmasa bir faiz səs düşücəyini fərz etsək, İ.Əliyevin göstəricisi yenə də təxminən 90 faiz və ya ona yaxın hüdudlarda olmalıdır. Əgər hakim partiya bu göstəricini bir qədər də artırmaq niyyətindədirsə onda bəzi namizədlərin ümumiyyətlə səs almayacağını zənn etmək olar. Amma belə şey ola bilərmi?

Rusiyada federal miqyaslı seçkilərə inam azdır, çünki elə federasiya subyektləri var ki, onlar hələ də keçmiş sovetlərin qaydaları ilə yaşayırlar. Amma ən azı paytaxtda-Moskvada keçirilmiş seçkilərə inanmaq olar.

Rusiyada federal miqyaslı seçkilərə inam azdır, çünki elə federasiya subyektləri var ki, onlar hələ də keçmiş sovetlərin qaydaları ilə yaşayırlar. Amma ən azı paytaxtda-Moskvada keçirilmiş seçkilərə inanmaq olar.
Bu günlərdə Moskvada keçirilmiş mer seçkilərində müxalifət nümayəndəsi A.Navalnıy 27 faizdən bir qədər artıq səs topladı. O yenə də seçkilərin düzgün keçirilməsinə inanmadığını iddia etsə də, hər halda 27 faiz inandırıcı görünür, onu qəbul etmək olar.
Gəl Azərbaycanda nə baş verir? Bir nəfər bütün səsləri götürür, digərləri isə 1-2 faizlə barışmalı olurlar.

REALLIQDA BELƏ NƏTİCƏLƏR OLA BİLƏRMİ?

Məsələ də elə bundadır ki, bu, inandırıcı görünmür. Dünyanın elə bir normal ölkəsi yoxdur ki, orada seçkilərdə 90 faiz göstəricilər olsun. Hətta qonşu ölkələrdə-Gürcüstanda və Ermənistanda da belə şey olmur, o ki qaldı, digər ölkələr olsun.

Seçki müəyyən mənada təsadüfi prosesdir, kimin necə səs verəcəyini yalnız təxmin etmək olar. Amma nə parlament, nə prezident seçkilərində göstərilən ədədlər heç də təsadüfi ədədləri xatırlatmır. Bütün səviyyəli seçkilər düz 20 ildir ki, hakim partiyanın triumfial «qələbəsi» ilə bitir, digər partiyalar bir faizi belə çətinliklə aşırlar.

...bu prosesin əvvəli seçkilərə oxşayır, sonu isə lap təyinatlara.
Dərhal nəzərə çarpan amillərdən biri göstəricilərin sabitliyidir. Məsələn, parlament seçkilərini götürsək bütün mandatlar hakim partiyanın payına düşür, digər partiyalar isə 1-2 mandatla kifayətlənməli olurlar. Özü də bunu elə tərtib edirlər ki, adamda dərhal bir sual yaranır: əcəba, bu göstəricilər 20 il ərzində azacıq da olsa dəyişmirmi? Axı ola bilməz ki, bir partiya 20 il ərzində öz göstəricisini azacıq da olsa yaxşılaşdırmasın və yaxud da heç mandat almasın, parlamentdən kənarda qalsın!

Hakim partiyanın dövründə keçirilmiş ilk parlament seçkiləri zamanı göstəricilər necə tərtib edilibsə, elə də qalıb, demək olar ki, dəyişməyib. Bu sözləri prezident seçkiləri haqqında da demək olar.

Ən maraqlısı bu göstəriciləri qəbul edən beynəlxalq təşkilatların reaksiyasıdır. Onların ölkəsində belə seçki göstəricilərinə heç təsadüf olunubmu? Doğrudanmı onlar bu ədədlərin reallığı əks etdirmədiyinin, süni məzmun kəsb etdiyinin fərqində deyillər?
Qərəz, adam istəyir ki, heç səsvermə mərəhələsi yaxınlaşmasın. Ona görə ki, bir az əvvəldə dediyimiz kimi, bu prosesin əvvəli seçkilərə oxşayır, sonu isə lap təyinatlara.
Ona görə də istəyirsən ki, proses uzansın, çünki təxminən bir ay bundan sonra bu ölkə dünyanı bir daha qeyri-adi göstəricilərilə təəccübləndirəcək. Başqa sahələri bilmirik, amma bu ölkədə keçirilən seçkilərin həqiqətən də analoqu yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG