-
Twiplomacy Twitterdə olan dünya liderləri ilə bağlı araşdırma aparıb.
Twiplomacy Twitterdə olan dünya liderləri ilə bağlı araşdırma aparıb.
193 BMT ölkəsinin hökumətinin təxminən 80 faizi Twitterdən istifadə edir.
Tədqiq edilən 500-dən çox hesabın prezidentlərə, baş nazir və nazirlərə məxsus olması aşkar edilib.
Tədqiqat müəyyən edib ki, Twitter milyonlarla izləyiciyə mesaj ötürmək üçün çox böyük vasitə olub.
Dünya liderlərinin və hökumətlərin 1/4 ABŞ prezindenti Barack Obamanı və Ağ Evi izləyir.
İsveçin xarici işlər naziri @CarlBildt bu sosial şəbəkədə daha çox əlaqəsi olan dünya lideridir.
Afrika ölkələri hökümətlərinin 2/3-si fəal Twitter istidafəçiləridir. Elə Latın Amerikası liderlərinin də tvitlərinin çox saylı izləyicisi var.
Argentina prezindenti Cristina Fernández de Kirchne-ni Twitterdə 2.1 milyondan çox adam izləyir.
Twiplomacy dünyada ən çox izləyicisi olan ilk 50-liyi açıqlayıb.
Bu siyahıya Barack Obama 33 milyonluq izləyicisi ilə başçılıq edir.
İkinci yerdə Pope Fransic gəlir. Onun izləyicilərinin sayı 7 milyonu ötür.
3-cü yerdə Ağ Ev, 4-cü yerdə Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğandır.
Rusiyanın baş naziri Dmidri Medvedvin bu cədvəldə yeri 8-cidir. «Rusiya prezidenti» adı ilə qeydiyyatdan keçən hesabın (Putinin) izləyicilərinin Medvedevinkindən 1 milyon az olması onu 23 yerdə qərarlaşdırıb.
Azərbaycan prezindeti İlham Əliyevin adı bu siyahıda yoxdur. Twiplomacy-nin açıqlamasına görə, İlham Əliyevin 58 mindən çox izləyicisi var və onun özü yalnız 2 hesabı izləyir. Bunlardan biri İlham Əliyevin ingiliscə tvitlərinin yayıldığı, digəri isə Azərbaycan Prezident Aparatının Twitter hesabıdır.
Onun ilk tviti 2010-cu ilin 27 iyulunda olub: «Dövlət Bayrağı Meydanında tamamlama işləri ilə tanış olmuşdur».