Keçid linkləri

Təcili xəbərlər

M. Əliyevanın namizədliyi nəyi dəyişə bilərdi?


Mehriban Əliyeva
Mehriban Əliyeva
-

Seçkidə vahid namizəd problemi təkcə müxalifəti məşğul etmir. Elə hakimiyyət də bir qədər fərqli olsa da, həmin problemi yaşamaqdadır: hakim partiyanın qurultayında İ. Əliyev seçkidə namizəd kimi müəyyənləşsə də, həmin tədbirdə iştirak edən M. Əliyeva da bu qərara səs versə də sonuncunun namizəd olmaq perspektivi gündəmdən düşmür, gah bu, gah da başqa siyasi təşkilatlar, eləcə də ayrı-ayrı fərdlər onun namizədliyini aktuallaşdırmaqda davam edirlər.

YAP funksionerləri bu məsələyə münasibət bildirməyə cəhd ediblər. Amma maraqlısı budur ki, M. Əliyevanın özü susur, halbuki bir açıqlama ilə o belə təşəbbüslərə son verə bilərdi, amma o, bunu etmir. Nə qədər o, bunu etməyəcəksə onun namizəd olması ilə bağlı təşəbbüslər də dayanmayacaq.

Görünür, M. Əliyeva öz adının siyasi gündəmdə olmasında maraqlıdır. O ki qaldı belə təşəbbüslə çıxış edənlərə, söhbət təkcə M. Əliyevanın siyasi və ictimai nüfuzundan getmir. Məsələ bundadır ki, İ. Əliyevə hər hansı çıxışı olanlar onun namizədliyini dəstəkləyir, belə çıxışı olmayanlar isə M. Əliyevanın adını vahid namizəd kimi hallandırmaqla hakimiyyətdə güclü təsirləri olan daha bir nəfərin rəğbətini və himayəsini qazanmağa çalışırlar.

SİYASİ GÜNDƏMDƏ DAHA BİR AİLƏ

2003-cü ildən sonra Paşayevlər ailəsi ölkənin elitasının əsas komponentlərindən birinə çevrilib. Onların indiki vəziyyətdə konkret siyasi iddialarda bulunmağı bir o qədər də təəccüblü deyil, əksinə bu, o vaxt təəccüblü olardı ki...
Bu, təsir isə artıq təkcə M. Əliyevanın özü ilə məhdudlaşmır. 2003-cü ildən sonra Paşayevlər ailəsi ölkənin elitasının əsas komponentlərindən birinə çevrilib. Onların indiki vəziyyətdə konkret siyasi iddialarda bulunmağı bir o qədər də təəccüblü deyil, əksinə bu, o vaxt təəccüblü olardı ki, belə bir imkanlı ailənin iqtisadi resursları həm də siyasi iddialarla tamamlanmayaydı.

İndisə hər şey olduqca təbii görünür. Hətta o da təəccüblü deyil ki, neftlə zəngin bir ölkədə siyasət yalnız varlıların məşğuliyyətinə çevrilir. Bunun neqativ tərəfi odur ki, adi insanlar da belə düşünməyə başlayırlar və beləcə ölkədə yeni siyasi obraz yaranır.

SOSİAL ƏDALƏT GÖRÜNTÜSÜ

Amma bir təsəlliverici fakt var ki, ölkə əhalisinin çox hissəsi, bəlkə də əksər hissəsi tamamilə fərqli bir durumda yaşayır. Onlar üçün oliqarxiya və yaxud plutokratiya heç də doğma siyasi-iqtisadi sistem deyil.

Böyük inamla demək olar ki, ölkənin varlı təbəqəsi bir növ marginallaşır, onları sadə insanlardan böyük bir uçurum ayırır.

Düşünürük ki, M. Əliyevanın adının potensial namizəd kimi hallanması həm də bu uçurumu bir qədər azaltmaq məqsədi güdür. Məsələ bundadır ki, sadə insanlar üçün bu on ildə H. Əliyev Fondu bir növ alternativ dövlət strukturu rolunu oynayıb, insanlar dövlət strukturlarında anlaşma tapmayanda həmin Fonda müraciət etməyi sevirlər və bəzi hallarda dəstək tapırlar.

Aydındır ki, sadə insanların dərdi-səri də özləri kimi sadə olur. Ona görə də bəzi hallarda bu dərd-səri ölkənin «bazis prinsipləri»nə xələl gətirmədən də yoluna qoymaq olar. İnsanlarda da elə təsəvvür yaranır ki, hansısa strukturdan fərqli olaraq filan yerdə ədalət var.

Beləcə, ədalət olmayan ölkədə bu yolla bir növ ədalət görüntüsü yaradılır. İnsanlar da bunun fərqində deyillər, onlar üçün əsas məsələ öz xırda problem və qayğılarını yoluna qoymaqdır.

M. ƏLİYEVANIN SİYASİ PERSPEKTİVİ

Böyük dövlətlərin, beynəlxalq təşkilatların çiynindən ağır bir yük asılıb. Onlar İ. Əliyevin növbəti, özü də üçüncü dəfə qeyri-demokratik yolla prezident seçilməsi ilə barışmalıdırlar. Amma onlar öz siyasi reputasiyaları haqda da düşünməyə məcburdurlar.
Maraqlı suallardan biri də budur ki, M. Əliyevanın namizəd olmasına beynəlxalq münasibət necə olardı? Düşünürük ki, indiki məqamda böyük dövlət və təşkilatlar üçün bu, göydəndüşmə hədiyyə olardı.

Onlar indi çox çətin bir vəziyyətdədirlər. Gözəl bilirlər ki, Azərbaycanda demokratik seçki keçirilmir. Üstəlik, İ. Əliyev də üçüncü dəfə prezident olmağa hazırlaşır.

Böyük dövlətlərin, beynəlxalq təşkilatların çiynindən ağır bir yük asılıb. Onlar İ. Əliyevin növbəti, özü də üçüncü dəfə qeyri-demokratik yolla prezident seçilməsi ilə barışmalıdırlar. Amma onlar öz siyasi reputasiyaları haqda da düşünməyə məcburdurlar. Necə ola bilər ki, hər yerdə «uzunömürlülərin» siyasi səhnəni tərk etdiyi bir vaxtda daha bir adama kart-blanş verəsən? Bunun çətinliyini təsəvvür etmək o qədər də müşkül məsələ deyil…

Bu yerdə M. Əliyevanın namizəd olması onlar üçün əsl tapıntı olardı. Ən azı ona görə ki, bu, yol prinsipial olaraq heç nə dəyişmir, hər şey olduğu kimi qalır, amma belə görüntü yaranır ki, dəyişiklik baş verdi, bir nəfər üçüncü dəfə prezident olmadı, hakimiyyətə «yeni» bir adam gəldi.

Doğrusu, YAP-ın bu məsələ üzərində ciddi dayanmaması bir qədər təəccüblü görünür, halbuki bu yolla onlar həm özlərini, həm də onlara dəstək verəcək ölkələri, təşkilatları xilas edə bilərdilər. Amma görünür hakimiyyətdə də müxtəlif qruplar var və onların maraqları siyasi gündəmə vəsiqə almış daha bir ailənin maraqları ilə heç də uzlaşmır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG