-
Bir sıra telekanallar Milli Şurada ikinci namizədin olacağını elə səbirsizliklə müjdələyirlər ki, adamı lap təəccüb götürür: əcəba, bunların özləri təsadüfən namizəd olmaq fikrində deyil ki?
Təbii ki, problem var. Əslində məsələ taktika məsələsidir. Bunu ikinci namizədin də olmasını istəyən tərəf - Müsavat partiyası bir neçə dəfə açıqlayıb. Amma görünür ki, bu açıqlamalar kifayət etmir.
HƏR TƏRƏFİN ÖZ ARQUMENTİ…
Hər tərəfin öz arqumenti var. Bir tərəf deyir ki, bir təşkilatdan iki adamın namizəd olması hakimiyyəti şirnikləndirə və onlardan birini «seçməyə» sövq edə bilər. Haqlı arqumentdirmi?
Haqlıdır. Həqiqətən də belə şey ola bilər. Bunu heç də inkar etmək fikrində deyilik. Amma indiki vahid namizədin – R. İbrahimbəyovun həqiqətən də qeydiyyatla bağlı müəyyən problemləri yarana bilər. Tutaq ki, belə problem yarandı və ehtiyat namizəd də olmadı. Onda nə baş verəcək?
Digər tərəf - Müsavat isə bildirir ki, bu, sadəcə seçki taktikasıdır. Amma birdən hakimiyyət həqiqətən də Milli Şuranın iki namizədindən birini qeydə aldı?
Lap açığı, belə ehtimal edilir ki, hakimiyyət iki namizədin veriləcəyi təqdirdə indiki vahid namizədi – R. İbrahimbəyovu deyil, İ. Qəmbəri qeydə alacaq. Bunun təhlükəsi varmı?
Bu variant o vaxt qeyri-məqbul sayıla bilər ki, gərək apriori əmin olasan ki, indiki vahid namizədin – R. İbrahimbəyovun qeydə alınması daha məqsədəuyğundur. Amma bunun özünü də əsaslandırmaq lazımdır, çünki Milli Şurada bəzi partiyalar belə hesab edir ki, bu, heç də düzgün yanaşma deyil.
BİR MƏHƏLLƏLİ İKİ NAMİZƏD…
Ən maraqlısı nədir? Hər iki potensial namizəd eyni gücə arxalanır və bu güc indiki vahid namizədin deyil, əsasən digər tərəfin - Müsavat Partiyasının gücüdür. Müsavat Partiyası da bunu bilir, ona görə də özünün şərtlərini, oyun qaydalarını diktə etməyə çalışır.
İndiki vahid namizədin yeganə siyasi kapitalı onun özüdür. Uzun illər ərzində dünyada qazandığı imic ona müəyyən üstünlüklər verir. Onun namizəd olması üçün bütün keyfiyyətləri var: imic, məntiq, fikirlər, davranış, bir sözlə, hər şey öz qaydasındadır.
Amma o, daha çox ictimai fiqurdur. Onun haqsızlığa düçar olacağı təqdirdə, seçki saxtalaşdırılacağı halda bu adamı yenə də Milli Şurada təmsil olunan əsas siyasi qüvvələr dəstəkləməlidir. Başqa bir qüvvə, siyasi vektor və ictimai təzyiq vasitəsi yoxdur. O, bunun fərqindədirmi?
Ola bilsin, hər iki cinahın liderinə bizim bilmədiyimiz hansısa başqa ciddi mətləblər məlumdur, çünki siyasətçinin tonunu onun gücü müəyyən edir.
Amma bu, hansı mətləblər ola bilər?
BİZƏ MƏLUM OLMAYAN MƏTLƏBLƏR…
Güman edirik ki, hansısa dərin mətləb yoxdur. Tərəflərdən biri - R. İbrahimbəyov güman ki, Milli Şuradakı ziddiyyətlərdən faydalanmaq istəyir. Bu, açıq sezilir. Digər tərəf –Müsavat isə çox illik təcrübəsinə və özünün Milli Şurada əsas siyasi vektor olmasına arxayındır. O, əmindir ki, Milli Şuradan ayrılacağı təqdirdə belə bu qurumdan kimlərisə özü ilə apara biləcək.
Ən başlıcası odur ki, bu məsələyə nöqtə qoyulması həm də üçüncü bir tərəfdən - AXCP-dən, onun mövqeyindən, sona qədər kimi dəstəkləməsindən asılıdır.
Bu təşkilatın mövqeyi hələ ki dəyişməzdir. Gələcəklə bağlı isə ümid etmək olar ki, seçki taktikası ilə bağlı yaranmış vəziyyət tərəflərin tamam ayrılmasına, siyasi münasibətlərin bir daha aydınlaşdırılmasına gətirib çıxarmayacaq.
Bu polemikaların ziyanı nədir? O müəyyən səbəblərdən gündəmdə qalmağa yardımçı olsa da, əsas işdən ayırır. Əslində Milli Şura artıq özünün seçki qərargahının yaradılmasına başlamalıdır.
Amma Şuranın indiki toplantıları çox sönük görünür. Onları canlandırmaq üçün diskussiyalardan ayrılıb, işə başlamaq lazım gəlir. Qarşıda çox böyük bir iş var. Ölkədə əsl seçki olmasa da, ona azacıq da olsa, bir seçki mahiyyəti vermək üçün çox işləmək lazımdır. Tək ura-optimizm ilə iş getmir.
Lap əvvəldən yazmışdıq ki, ümumi seçki strategiyasının hazırlanması müəyyən çətinliklərlə rastlaşacaq. Bu çətinliklərin ən ümdəsi isə seçkidə iştirakın formasını razılaşdırmaqdır. Amma həmin məsələnin seçkiyə qədər Milli Şuranın vaxtını alması da heç də arzuolunan deyil.
Ümid etmək olar ki, lap tezliklə hansısa praqmatik bir seçim olacaq. Onun baş verməyəcəyi təqdirdə ölkə daha beş il ümidsizlik zolağına düçar olacaq və insanlara deməyə bir söz olmayacaq, necə ki, bu, 2003-cü ildə belə oldu.
O vaxt bütün müxalifət elə bir zərbə aldı ki, onun fəsadlarını hələ də aradan qaldıra, onu tamam dəf edə bilməyib.
Hər böyük uğursuzluqdan sonra müxalifətin sıraları seyrəlir. Onun bərpa olunması üçün isə bəzən illər tələb olunur.
Nəzərə alanda ki, müxalifətin zaman ehtiyatları da qeyri-məhdud deyil, onda builki seçkinin nə qədər önəm daşıdığı bir daha aydın olur…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bir sıra telekanallar Milli Şurada ikinci namizədin olacağını elə səbirsizliklə müjdələyirlər ki, adamı lap təəccüb götürür: əcəba, bunların özləri təsadüfən namizəd olmaq fikrində deyil ki?
Təbii ki, problem var. Əslində məsələ taktika məsələsidir. Bunu ikinci namizədin də olmasını istəyən tərəf - Müsavat partiyası bir neçə dəfə açıqlayıb. Amma görünür ki, bu açıqlamalar kifayət etmir.
HƏR TƏRƏFİN ÖZ ARQUMENTİ…
Hər tərəfin öz arqumenti var. Bir tərəf deyir ki, bir təşkilatdan iki adamın namizəd olması hakimiyyəti şirnikləndirə və onlardan birini «seçməyə» sövq edə bilər. Haqlı arqumentdirmi?
Haqlıdır. Həqiqətən də belə şey ola bilər. Bunu heç də inkar etmək fikrində deyilik. Amma indiki vahid namizədin – R. İbrahimbəyovun həqiqətən də qeydiyyatla bağlı müəyyən problemləri yarana bilər. Tutaq ki, belə problem yarandı və ehtiyat namizəd də olmadı. Onda nə baş verəcək?
Amma birdən hakimiyyət həqiqətən də Milli Şuranın iki namizədindən birini qeydə aldı?