Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda daha bir «xuliqan» barmaqlıqlar arxasında


Rebecca Vincent
Rebecca Vincent
-
Ötən həftə Azərbaycanda hökumətin daha bir tənqidçisi siyasi motivli xuliqanlıq ittihamı ilə dəmir barmaqlıqlar arxasına göndərildi. 2013-cü il, iyunun 27-də müxalif Müsavat Partiyasının fəalı Yadigar Sadıqov yaşadığı Lənkəran rayonunda həbs edildi. Sadıqov bundan iki gün əvvəl Masallı şəhərindəki çayxanada bir nəfərə hücum etməkdə ittiham olunurdu. Həbsindən əvvəl Sadıqov bəyanat vermiş və bildirmişdi ki, bu hadisə qurama olub və kiməsə hücum etməyib, əksinə, ona qarşı təxribatdan yayınmaq istəyib.

Sadıqov Azərbaycanda belə bir situasiya ilə üzləşən ilk fəal deyil. Son altı ildə xuliqanlıq Azərbaycan hakimiyyətinin rejimi tənqid edən jurnalist və fəalları siyasi səbəblərlə həbs etmək üçün faydalandığı ən populyar ittiham olub. Mən belə nəticəyə gəlmişəm ki, xuliqanlıq - daha ağlabatan səbəb tapmayanda hakimiyyətin susdurmaq istədiyinə qarşı irəli sürdüyü şablon ittihamdır.

Azərbaycanda ən çox tanınmış xuliqanlıq ittihamı YouTube saytında satirik video yerləşdirdikləri üçün 2009-2010-ci illərdə 17 ay müddətində həbsxanada olmuş fəallar və bloqqerlər Emin MilliAdnan Hacızadənin işidir. Bu videoda bir qrup gənc eşşək qiyafəsində olan bir nəfərin mətbuat konfransını əks etdirirdi. Bu süjetlə hökumətin Almaniyadan çox baha qiymətə iki eşşək alması lağa qoyulurdu. Milli deyirdi ki, hərəsinə 41 min dollar ödənmiş bu eşşəklərdə yəqin nəsə bir qeyri-adi qabiliyyət var. Yəni, bu, bir yumor idi.

Lakin hökumətdə heç də hamı bu yumor hissini bölüşmürdü. 2009-cu il, iyulun 8-də Milli və Hacızadə dostları ilə Bakıdakı restoranlardan birində şam etdikləri vaxt tanımadıqları iki nəfər tərəfindən qarşıdurmaya və hücuma məruz qaldılar. Basqından sonra Milli və Hacızadə şikayət etmək və tibbi yardım almaq üçün polisə getdilər, lakin nəticədə özləri xuliqanlıq ittihamı ilə həbs olundular. Onlar müvafiq olaraq 2 il yarım və iki il müddətinə azadlıqdan məhrum edildilər. Lakin cəzalarının qalan hissəsi şərti surətdə davam etməklə, 2010-cu ilin noyabrında azadlığa buraxıldılar.

QURAMA DAVA-DALAŞ

Azərbaycanda rejimi tənqid edənlərə qarşı xuliqanlıq ittihamından siyasi məqsədlə istifadənin başqa nümunələri də var. Belə bir ittihamdan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı daha əvvəl istifadə edilmişdi. O da noyabrın 7-də baş vermiş qurama hadisədən sonra 2 il yarım müddətinə azadlıqdan məhrum edildi və 2007-ci ildən 2010-cu ilədək həbsxana cəzası çəkdi. Hadisə isə belə olmuşdu. Noyabrın 7-də Zahid öz ofisinin yaxınlığında küçədə gedirdi. Bu zaman ona heç vaxt görmədiyi bir qadın yaxınlaşdı və iddia etdi ki, Zahid ona sataşıb. Elə bu vaxt tanımadığı bir kişi mübahisəyə müdaxilə edərək dava saldı. Bundan sonra Qənimət Zahid xuliqanlıqda və ciddi olmayan bədən xəsarəti törətməkdə ittiham olunaraq 4 il azadlıqdan məhrum edildi. O, 2010-cu ilin martında prezidentin əfvi ilə azad olundu.
İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

Sadıqovdan başqa azı iki nəfər siyasi motivli xuliqanlıq ittihamı ilə həbsdədir. Azad Gənclər Təşkilatından İlkin Rüstəmzadə Bakıda «Harlem Shake» filmini çəkdiyi üçün bu il mayın 17-də həbs edilib. Müstəqil jurnalist Fuad Hüseynov Ucar rayonunda yerli rəsmilərin arasında korrupsiya hallarını faş etdiyinə görə 2010-cu ilin oktyabrında yenə də xuliqanlıq ittihamı ilə 6 il yarım həbsxana cəzası alıb.

Bundan başqa, Xalq Cəbhəsi Partiyasının fəalı Dəyanət Babayevin xuliqanlıq ittihamı ilə məhkəməsi davam edir və o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ona qarşı ittihamlar 2012-ci ilin 7 noyabrında o və dostu başqa bir şəxslə, belə görünür ki, qurama dava-dalaşa düşəndə irəli sürülüb. Babayevə qarşı xuliqanlıq ittihamı onun 7 sutkalıq inzibati həbsindən dərhal sonra elan edilib. İnzibati həbs cəzası ona 2012-ci ilin 17 noyabrında etirazda iştirak etdiyi üçün verilmişdi və o, noyabrın 26-da azad olunmuşdu.

Xuliqanlıq ittihamlarından siyasi motivli başqa işlərdə də istifadə edilir. Xeber44.com saytının redaktoru Araz Quliyev hazırda 8 illik həbs cəzası çəkməkdədir. Onu müxtəlif ittihamlarla məhkum ediblər, lakin ilk dəfə ona qarşı da xuliqanlıq ittihamı irəli sürülmüşdü.
Foto: Arxiv
Foto: Arxiv
, guya 2012-ci ilin sentyabrında beynəlxalq folklor festivalının işini pozubmuş. «Xural» qəzetinin müxbiri Aydın Caniyev də Lənkəran rayonunda bir məscidin şüşələrini sındırmaqla xuliqanlıq törətməkdə ittiham olunmuş, 2011-ci ilin sentyabrından 2012-ci ilin dekabrınadək həbsxanada saxlanmışdı.

İnsan haqları fəalı Taleh Xasməmmədov Ucar rayonundakı rəsmilərin korrupsiyasını açıqladığına görə xuliqanlıqda ittiham olunmuş və ona verilmiş 4 illik həbs cəzasının 2011-ci ilin noyabrından 2012-ci ilin dekabrınadək 4 ayını çəkdikdən sonra azad edilmişdi. «Gündəm xəbər» qəzetinin əməkdaşı İlham Süleymanov Saatlı rayonunun bələdiyyə başçısını tənqid edən məqalələr yazdıqdan sonra, 2012-ci il avqustun 30-da xuliqanlıq ittihamı ilə 6 aylıq şərti həbs cəzası alıb.

«MƏN DƏ XULİQANAM»

Xuliqanlıq ittihamı, fotojurnalist, bloqqer və fəal Mehman Hüseynovun işində olduğu kimi, tənqid edən şəxsləri həbslə qorxudaraq susdurmaq üçün həmişə hazır olan vasitədir. 2012-ci ildən bəri Hüseynov dəfələrlə xuliqanlıq ittihamı ilə həbs edilmək təhdidləri ilə üzləşib. Buna səbəb kimi göstərilir ki, o, guya, «Eurovision» mahnı yarışından əvvəl, 2012-ci il mayın 21-də keçirilən etiraz aksiyasını jurnalist kimi işıqlandırarkən polis zabiti ilə dava-dalaş salıb.

Mehman Hüseynov
Mehman Hüseynov
Hüseynovun indiyədək yalnız 48 saat həbsdə olmasına baxmayaraq, xuliqanlıq ittihamı ilə 5 illik həbs cəzasının mümkünlüyü onun başı üstdən qılınc kimi daim asılı vəziyyətdədir. O, hələ də xaricə səfər etmək üçün hakimiyyət orqanlarından icazə almalıdır. Hüseynov Fritt Ord Fondunun və ZEIT Fondunun nüfuzlu mətbuat mükafatını almaq üçün 2013-cü ilin 17 iyununda Norveçə getmək istəyəndə, rəsmi orqanlar ona icazə verməyiblər. Hüseynov bütün sənədlərini hazırlasa da, onu hava limanında saxlayıblar və bildiriblər ki, səfər qadağanı hələ də qaldırılmayıb.

Əlbəttə, xuliqanlıq hökuməti tənqid edənləri məhbəsə atmaq üçün Azərbaycan hakimiyyətinin ixtiyarında olan yeganə ittiham deyil. Hazırda Azərbaycanda narkotik maddə və qanunsuz silah saxlamaq, habelə kütləvi iğtişaşları qızışdırmaq, dövlətə xəyanət və fırıldaqçılıq da daxil olmaqla, müxtəlif qondarma ittihamlarla məhkum edilmiş 80 siyasi məhbus var.

Bu işlərdə əsl cinayət xuliqanlıq və ya hər hansı başqa ittiham yox, hakim rejimin tənqididir. Azərbaycanda adamlar sadəcə olaraq hökumətlə razılaşmadıqları üçün ağır həbsxana cəzaları çəkirlər.

Millinin və Hacızadənin dinləmə prosesi zamanı onların məhkəmə binasının qarşısına toplaşmış dostları və tərəfdarları sinəsində «Mən də xuliqanam» yazılmış mayka geyinmişdilər. Əlbəttə, belə kriteriyalarla bu ittiham hamımıza şamil edilə bilər.

Rebecca Vincent Amerika-Britaniya insan haqları fəalı və beynəlxalq, həmçinin Azərbaycan insan haqları və ifadə azadlığı təşkilatları ilə geniş miqyasda işləmiş keçmiş ABŞ diplomatıdır. Onu Twitter-də @rebecca_vincent hesabında izləyə bilərsiniz.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG