-
Cari ildə elə bu sual da, vahid namizəd məsələsi də сavabını tapaсaq və bəlkə də məlum olaсaq ki, qələbəyə aparan yolda bu, heç də əsas maneə deyilmiş, çünki zaman-zaman siyasi uğursuzluqların əsl səbəblərindən qaçaraq сavabları başqa ünvanlarda axtarıblar.
Nəticədə də illər uzunu əsl siyasi miflər yaranıb. Belə miflər çox olub. Onların hamısını bir-bir çözmək imkanımız olmasa da bəzilərinə ötəri də olsa, toxunmaq mümkündür.
Onlardan biri bu idi ki, əgər ölkə müxalifətinin efir imkanları olarsa o, öz məqsədlərinə doğru daha tez irəliləyər. Düşünürük ki, artıq bu mif də sıradan çıxmaqdadır.
Düzdür, əlahəzrət efirin əsl missiyası, onun əsl sınağı hələ bir az qabaqda, seçki vaxtında olaсaq. O vaxt məlum olaсaq ki, bu efir deyilən ictimai-siyasi instrument nə qədər adekvat, arzuolunan sosial-siyasi davranış tərzi yaratmaq iqtidarındadır.
Hələlik isə onu demək olar ki, bir-iki rayonda baş vermiş etirazları çıxmaq şərtilə, bu vaxta qədər ölkədə efirin köməyilə ciddi siyasi tərpəniş, ciddi irəliləyiş hesab edilə bilən siyasi hərəkət yaratmaq mümkün olmayıb.
Bəzi rayonlardakı etirazlara gəldikdə isə, onların siyasi müxalifətlə, ümumiyyətlə, böyük siyasətlə əlaqəsi yox idi, onlar daha çox lokal xarakterli sosial etirazlar idi.
Yerli hakimiyyətlərə münasibətdən qaynaqlanan bu etirazlar zahirən məqsədinə çatmış sayılsa da, onlar ciddi repressiyalarla müşayiət olunmaqda davam edir.
Bir tərəfdən yerli hakimiyyətlərin başçıları vəzifələrindən uzaqlaşdırılır və belə bir təəssürat yaranır ki, insanlar istədiklərinə nail olublar, digər tərəfdən isə etirazlarda iştirak edən şəxslər təqib olunur, şərlənir, həbs edilir…
Bu, ölkədəki siyasi gerçəkliyin bəlkə də ən eybəcər təzahürüdür, çünki başa düşmək olmur ki, bu insanlar, yəni etiraz edənlər haqlı idi, ya yox.
SON 20 İLİN ƏN BÖYÜK SİYASİ MİFİ
Digər əsas miflərdən, son illərdə müxalifət üçün əsl qınaq predmetinə çevrilmiş miflərdən biri də müxalifətin seçkiyə vahid namizədlə getmək məsələsidir.
Daha çox hakimiyyət və hakimiyyətə yaxın media strukturlarının zaman-zaman aktuallaşdırdığı bu dırnaqarası problemin süniliyi ondan görünür ki, zəruri hallarda hakimiyyət özünü belə bir problemlə - vahid namizəd probleminin buxovları ilə məhdudlaşdırmır, hətta lazım olanda seçkiyə iki namizədlə də qatılır, ya da daha əlavə siyasi səfərbərlik yaratmaq üçün potensial namizədlərdən istifadə etməkdən, əsl namizədlə bağlı irəlicədən düşünülmüş qeyri-müəyyənlik yaratmaqdan belə çəkinmir.
Bir dəfə bu, 2003-сü ildə oldu. O vaxt həm H. Əliyevin özü, həm də İ. Əliyev namizəd idi. İndi də hakim partiyanın qurultayında İ. Əliyevin namizədliyi elan olunsa da, M. Əliyevanın da namizədliyi tam istisna olunmur, nəinki sadə seçicilər, hətta bəzi ciddi təhlilçilər belə hesab edir ki, sonda hakimiyyət M. Əliyevanın namizədliyinin üzərində dayanaсaq.
Amma bizə elə gəlir ki, M. Əliyevanın adının hallanması daha çox ona işarədir ki, əhali düşünsün ki, o, böyük siyasətə bilavasitə təsiri olan əsas simalardan biridir.
Burada həm də yenilik etmək, M. Əliyevanın da tərəfdarlarını səfərbər etmək cəhdi sezilir. Hətta istisna deyil ki, İ. Əliyevin prezidentliyinin növbəti dönəmində o da yüksək siyasi postlardan birinə gətirilsin.
SUALLARIN SUALI
Vahid namizəd mövzusu mediada çox çözüldüyündən onun üzərində bundan artıq dayanmayacağıq. Təbii ki, bir namizədlə seçkiyə getməyin öz üstünlükləri var, bir şərtlə ki, həmin məsələ səmimi olaraq həllini tapsın, insanlar vahid namizəd elan edilmiş şəxsin seçilməsi üçün öz liderləri üçün edəcəklərindən az fədakarlıq etməsinlər.
Fədakarlıq sözünü ona görə xüsusi vurğulayırıq ki, bəzi sistemlərdə insanlardan seçki vaxtı lazım olduğundan daha çox səfərbər olmaq, daha çox əziyyət çəkmək tələb olunur. İndi müxalifət düşərgəsində belə qətiyyət hiss olunmur. Hətta belə bir təəssürat yaranır ki, R. İbrahimbəyovun artıq reallaşmış vahid namizədlik məsələsi daha çox liderlərin qərarıdır.
Amma özünün əvvəlki etiraflarına görə, Bakıya qayıtması müəyyən problemlərlə müşayiət olunacağı güman edilən R. İbrahimbəyov da ölkə siyasətinin bir nömrəli probleminin həllini tapmaqdan hələ çox uzaqdır. Həmin problem isə budur ki, mövcud resurslarla hakimiyyəti düzgün seçki keçirməyə, onun nəticələrini elan etməyə və tanımağa necə vadar etmək olar? Bakıdan kənarda qalmaqla bu problemi həll etmək mümkündürmü?
Təsadüfi deyil ki, onun kənarda olması Milli Şuranın bu günkü toplantısında da dilə gətirildi. Ən maraqlısı isə bu idi ki, Milli Şura sədrinin imzaladığı öhdəliklərdə seçki vaxtı Bakıda olmaq tələbi yox idi.
Təbii ki, seçkidə iştirak edəcəyi təqdirdə R. İbrahimbəyov özü haqda xoş təəssürat yarada biləcək, hətta müəyyən dəyişikliklər olacaq, ən azı siyasi obrazlar dəyişəcək. Amma bu dəyişikliklər müxalifətçilərin ondan gözlədiyi başlıca dəyişikliyə adekvatdırmı?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Cari ildə elə bu sual da, vahid namizəd məsələsi də сavabını tapaсaq və bəlkə də məlum olaсaq ki, qələbəyə aparan yolda bu, heç də əsas maneə deyilmiş, çünki zaman-zaman siyasi uğursuzluqların əsl səbəblərindən qaçaraq сavabları başqa ünvanlarda axtarıblar.
Nəticədə də illər uzunu əsl siyasi miflər yaranıb. Belə miflər çox olub. Onların hamısını bir-bir çözmək imkanımız olmasa da bəzilərinə ötəri də olsa, toxunmaq mümkündür.
Onlardan biri bu idi ki, əgər ölkə müxalifətinin efir imkanları olarsa o, öz məqsədlərinə doğru daha tez irəliləyər. Düşünürük ki, artıq bu mif də sıradan çıxmaqdadır.
Düzdür, əlahəzrət efirin əsl missiyası, onun əsl sınağı hələ bir az qabaqda, seçki vaxtında olaсaq. O vaxt məlum olaсaq ki, bu efir deyilən ictimai-siyasi instrument nə qədər adekvat, arzuolunan sosial-siyasi davranış tərzi yaratmaq iqtidarındadır.
Hələlik isə onu demək olar ki, bir-iki rayonda baş vermiş etirazları çıxmaq şərtilə, bu vaxta qədər ölkədə efirin köməyilə ciddi siyasi tərpəniş, ciddi irəliləyiş hesab edilə bilən siyasi hərəkət yaratmaq mümkün olmayıb.
Bəzi rayonlardakı etirazlara gəldikdə isə, onların siyasi müxalifətlə, ümumiyyətlə, böyük siyasətlə əlaqəsi yox idi, onlar daha çox lokal xarakterli sosial etirazlar idi.
Bir tərəfdən yerli hakimiyyətlərin başçıları vəzifələrindən uzaqlaşdırılır və belə bir təəssürat yaranır ki, insanlar istədiklərinə nail olublar, digər tərəfdən isə etirazlarda iştirak edən şəxslər təqib olunur, şərlənir, həbs edilir…
Bir tərəfdən yerli hakimiyyətlərin başçıları vəzifələrindən uzaqlaşdırılır və belə bir təəssürat yaranır ki, insanlar istədiklərinə nail olublar, digər tərəfdən isə etirazlarda iştirak edən şəxslər təqib olunur, şərlənir, həbs edilir…
Bu, ölkədəki siyasi gerçəkliyin bəlkə də ən eybəcər təzahürüdür, çünki başa düşmək olmur ki, bu insanlar, yəni etiraz edənlər haqlı idi, ya yox.
SON 20 İLİN ƏN BÖYÜK SİYASİ MİFİ
Digər əsas miflərdən, son illərdə müxalifət üçün əsl qınaq predmetinə çevrilmiş miflərdən biri də müxalifətin seçkiyə vahid namizədlə getmək məsələsidir.
Daha çox hakimiyyət və hakimiyyətə yaxın media strukturlarının zaman-zaman aktuallaşdırdığı bu dırnaqarası problemin süniliyi ondan görünür ki, zəruri hallarda hakimiyyət özünü belə bir problemlə - vahid namizəd probleminin buxovları ilə məhdudlaşdırmır, hətta lazım olanda seçkiyə iki namizədlə də qatılır, ya da daha əlavə siyasi səfərbərlik yaratmaq üçün potensial namizədlərdən istifadə etməkdən, əsl namizədlə bağlı irəlicədən düşünülmüş qeyri-müəyyənlik yaratmaqdan belə çəkinmir.
Bir dəfə bu, 2003-сü ildə oldu. O vaxt həm H. Əliyevin özü, həm də İ. Əliyev namizəd idi. İndi də hakim partiyanın qurultayında İ. Əliyevin namizədliyi elan olunsa da, M. Əliyevanın da namizədliyi tam istisna olunmur, nəinki sadə seçicilər, hətta bəzi ciddi təhlilçilər belə hesab edir ki, sonda hakimiyyət M. Əliyevanın namizədliyinin üzərində dayanaсaq.
Amma bizə elə gəlir ki, M. Əliyevanın adının hallanması daha çox ona işarədir ki, əhali düşünsün ki, o, böyük siyasətə bilavasitə təsiri olan əsas simalardan biridir.
Burada həm də yenilik etmək, M. Əliyevanın da tərəfdarlarını səfərbər etmək cəhdi sezilir. Hətta istisna deyil ki, İ. Əliyevin prezidentliyinin növbəti dönəmində o da yüksək siyasi postlardan birinə gətirilsin.
SUALLARIN SUALI
Belə bir təəssürat yaranır ki, R. İbrahimbəyovun artıq reallaşmış vahid namizədlik məsələsi daha çox liderlərin qərarıdır.